Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


İlk gənclik dövrünün əsas psixoloji xüsusiyyətləri



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə37/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

İlk gənclik dövrünün əsas psixoloji xüsusiyyətləri (15-17 yaş)

493

-ÖZÜNÜ DƏRK ETMƏNİN (mənlik şüurunun) – özü haqqında

təsəvvürlərin, özünün zahiri görkəmini, əqli, mənəvi, iradi

keyfiyyətlərinin qiymətləndirilməsi

-Özünün öz ideallarına münasibətləri baş verir,  özünütərbiyə

imkanları meydana gəlir

-İRADİ TƏNZİM yüksəlir

-Diqqətin mərkəzləşməsi,  hafizənin həcmi,  təlim materialının

məntiqiləşdirilməsi

yüksəlir, 

mücərrəd-məntiqi

təfəkkür


formalaşır

-Mürəkkəb məsələlərdən müstəqil olaraq baş çıxarmaq bacarığı

meydana gəlir

-Tam baxışlar,  bilik,  inam,  özünün həyat fəlsəfəsi sistemi kimi

DÜNYAGÖRÜŞÜ formalaşır

-Özünün şəxsi həyat,  məhəbbət,  siyasət nəzəriyyəsinin

yaranması, mühakimələrinin maksimalizmi

-Özünün müstəqilliyi, orijinallığının təsdiqinə cəhd

-Böyüklərin məsləhətinə məhəl qoymamaq

-Tənqidbazlıq, inamsızlığın təzahüri

-Quru rasionalizm, praktisizm

-Özünüidarəyə, ətrafdakıları yenidən anlamağa cəhd göstərmək, 

psixoloji yetginliyin müəyyən dərəcəsinə yiyələnmək

-İdrak


fəaliyyətinin

əsas


motivi

kimi


PEŞƏYƏ

YİYƏLƏNMƏYƏ cəhd

-Həqiqi müstəqilliyin olmaması. Həmyaşıdlarının təsirinə meyl-

lilik, həmyaşıdlarına münasibətdə yüksək təlqin və konformizm

-Cinsi yetişmənin başa çatması

-İlk MƏHƏBBƏT hissinin, dostluğun meydana gəlməsi

-Emosional sahədə əsaslı yenidənqurmanın baş verməsi

-Öz hərəkətlərini kifayət qədər dərk edə bilməməsi.

İlk gənclik dövrü dünyagörüşünün formalaşması üçün

də həlledici dövrdür.  Bu dövrdə təlim və tərbiyənin, 

məktəblilərin idrak imkanları və sahələrinin genişlənməsinin

təsiri altında böyük məktəblilərdə dünyagörüşü formalaşır. 

İlk gənclik dövründə məktəblilər yeni aparıcı fəaliyyət

tipinə – tədris-peşə fəaliyyətinə keçirlər.  Bu fəaliyyət tipinin



494

düzgün


təşkili

şagirdlərin

sonrakı

əmək


fəaliyyətinin

subyektinə çevrilməsini, onların əməyi sevmələrini şərtləndirir.

İlk gənclik dövründə təlim-peşə fəaliyyəti əsas

fəaliyyətə çevrilməklə bu dövrdə məktəblilərdə peşəyönümü və

peşəseçməyə meyli də yüksəlir.  Gənclər öz maraq və

imkanlarına uyğun peşələri seçməyə meyl edirlər. Lakin bəzən

imkanlarını düzgün qiymətləndirə bilmədiklərinə görə bu

sahədə düzgün olmayan istiqamət tuturlar. Ona görə də bu işdə

müəllimin gənclərə istiqamət verməsi zəruridir.

Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1.Gənclik yaşının ümumi xarakteristikası haqqında      

danışın.

2.İlk gənclik dövründə mənlik şüuru necə inkişaf edir?

3.İlk

gənclik


dövründə

əxlaqi


şüurun

inkişaf


xüsusiyyətləri haqqında danışın.

4.İlk gənclik dövründə təlim fəaliyyətinin ümumi

xarakteristikası nədən ibarətdir?

5.İlk gənclik dövründə idrak proseslərinin inkişafı

haqqında danışın.

Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.

         1. İlk gənclik yaşının psixoloji xüsusiyyyətləri.

         2. İlk gənclik yaşı dövründə yoldaşlıq və dostluq.

          3.    Böyük məktəblilərin şəxsiyyətinin ümumi xarakte  

ristikası.

           4.  Tələbə təlim fəaliyyətinin subyekti kimi.



Ədəbiyyat

     Qədirov Ə.Ə.  Yaş psixologiyası. – Bakı, 2002, səh.341-

371


495

Kovalev A.Q. Psixoloqiə liçnosti. – M., 1970, s.370-381.

Mudrik A.V.  O vospitanii starşeklassnikov. – M., 1981.

Vozrastnaə i pedaqoqiçeskaə psixoloqiə.  Xrestomatiə.  –

M., 2001, s.229-243

Kon İ.S.  Psixoloqiə önoşeskoy drujbı. – M., 1973.

Kon İ.S. Drujba. – M., 1980.

Kon İ.S.  Psixoloqiə ranney önosti. – M., 1989

Stolərenko L.D Pedaqoqiçeskaə psixoloqiə.  «Feniks». 

2000, s. 165-173.

Razvitie liçnosti rebenka. – M., 1987, s.231-266.

Nemov R.S.    Psixoloqiə.  V 3-x kn.,  kn.2.  – M.,  1998, 

s.235-248

.


496

2 3 - c ü F Ə S İ L

TƏRBİYƏ PSİXOLOGİYASI

Qısa xülasə

Şəxsiyyətin formalaşması tərbiyə psixologiyasının əsas

problemi kimi. Tərbiyə hər bir cəmiyyətin başlıca vəzifələrindən bi-

ridir.


Şəxsiyyətin

formalaşmasının

psixoloji

mexanizminin

öyrənilməsi.  Şəxsiyyətin strukturu,  əlamət və keyfiyyətləri, 

xassələrinin dəqiqləşdirilməsi.



Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının psix-

oloji şərtləri. Tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri, 

onların qarşılıqlı münasibətləri,  tərbiyənin məqsədi,  tərbiyə

prosesində istifadə olunan yollar.

Tərbiyəvi tədbirlərin psixoloji cəhətdən əsaslandırılması və

məktəblilərin tərbiyəlilik səviyyəsinin müəyyənləşdirilməsi prob-

lemi. Tərbiyə işinin metodları və formalarının nəzərə alınması. 

Məktəblilərin tərbiyəlilik göstəriciləri və kriteriyaları: davranışın ix-

tiyarilik səviyyəsi,  özünün tələbatlarına yiyələnmək səviyyəsi, 

nəzarət, məcburiyyət olmadan düzgün və əxlaqi davranmaq.



Şəxsiyyətin  özünütərbiyəsinin psixoloji əsasları. Tərbiyənin

idarə olunması. Xarici və daxili idarəolunma. Özünütərbiyə və onun

motivləri.  Şəxsiyyətin inkişafı və özünütərbiyənin xüsusiyyətləri. 

Şagirdlərin özünütərbiyəsinin təşkili.



Şagirdlərin əxlaq tərbiyəsinin psixoloji əsasları. Əxlaqi şüur

əxlaqi



davranışın

formalaşmasının

vəhdəti.  Şagirdlərin

kollektivdə tərbiyəsi.  Kollektivin uşaq şəxsiyyətinin inkişafı üçün

şərait və alət rolunu oynaması.  Yüksək əxlaqi

hisslərin

formalaşmasında kollektivin rolu.  Yeni nəslin əxlaq tərbiyəsində

ailənin rolu.



“Çətin”  uşaqlar və onlarla aparılan işin xüsusiyyətləri.

“Çətin” uşaqlar və onların psixologiyası. “Çətin” uşaqların pedaqoji

baxımsızlıqdan və ailə tərbiyəsinin nöqsanları ilə bağlılığı.  “Çətin” 

uşaqlarla işin əsas istiqamətləri.



497

VI.23.1. Şəxsiyyətin formalaşması tərbiyə

psixologiyasının əsas problemi kimi

Hər bir cəmiyyətdə tərbiyə həmin cəmiyyətin başlıca

vəzifələrindən birini təşkil edir. Müasir dövrdə gənc nəslin el-

mi dünyagörüşünə,  yüksək əxlaqi keyfiyyətlərə malik olan, 

mənəvi zənginliyi,  əxlaqi saflığı və fiziki kamilliyi özündə

birləşdirən şəxsiyyət kimi tərbiyə olunması,  formalaşdırılması

ən vacib,  təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur.  Bu

mühüm


vəzifənin

həyata


keçirilməsində

məktəb


müəllimlərimiz həlledici mövqe tutur.

Məktəblərimizin,  müəllim və tərbiyəçilərimizin bu

vəzifəni müvəffəqiyyətlə yerinə yetirmələri tərbiyə prosesinin

psixologiyası,  psixoloji əsasları,  qanunauyğunluqları haqqında

biliklərdən çox asılıdır. Təsadüfi deyildir kişəxsiyyətin forma-



laşmasının psixoloji mexanizminin öyrənilməsi tərbiyə

psixologiyasının başlıca vəzifəsi hesab olunur.

Şəxsiyyətin əxlaqi-iradi sahəsinin,  əxlaqi şüurunun, 

əxlaqi təsəvvür, anlayış, prinsip və inamının, əxlaqi hisslərinin, 

adətlərinin,  başqa adamlara,  cəmiyyətə,  əməyə münasibətdə

ifadə olunan davranış tərzlərinin formalaşmasının psixoloji me-

xanizmlərini açmaqla,  tərbiyə psixologiyası böyüyən gənc

nəslin şəxsiyyətinin fəal şəkildə istiqamətləndirilməsi üçün im-

kan verir.

Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin

qanunauyğunluqlarını,  məktəblilərin özünütərbiyəsinin psix-

oloji əsaslarını aşkara çıxarmaqla,  tərbiyə psixologiyası

şəxsiyyətin keyfiyyətlərinin formalaşmasına imkan yaradan

həmin təsirlərin mexanizmlərini də öyrənir.

Tərbiyə şəxsiyyətin formalaşmasına yönəldilmiş xüsusi

fəaliyyət sahəsidir.  Bu prosesdə daha yaşlı nəsl özünün

təcrübəsini,  ehtiraslarını,  inamını kiçik nəslə verir.  Tərbiyə



498

şəxsiyyətin daxili və xarici amillərin təsiri altında baş verən

inkişafının idarə olunmasıdır.  Ona görə də şəxsiyyətin necə

formalaşması,  bu prosesə təsir edən amillər diqqəti birinci

növbədə cəlb edən cəhətlərdəndir.  Bu baxımdan ilk növbədə

nəyi tərbiyə etmək məsələsi, başqa sözlə şəxsiyyətin strukturu, 

əlamət və keyfiyyətləri, xassələrini dəqiqləşdirmək lazım gəlir. 

Məlum olduğu kimi,  şəxsiyyət hər bir keyfiyyəti bir-biri ilə

ayrılmaz şəkildə bağlı olan bir vahiddir.  Ona görə də

şəxsiyyətin hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılı

olaraq çox vaxt tamamilə fərqli xarakter daşıyır, özünəməxsus

əhəmiyyət kəsb edir.  Ona görə də tərbiyə prosesində

şəxsiyyətin formalaşmasının bu cür cəhətlərinin nəzərə

alınması zəruridir.  Başqa sözlə,  insanı hissə-hissə deyil,  bir

şəxsiyyət kimi tam halında tərbiyə etmək lazımdır. Şəxsiyyətin

əlamət və keyfiyyətlərinin əlaqəsini, qarşılıqlı təsir imkanlarını

nəzərə almadan onun düzgün,  məqsədəuyğun formalaşmasına

nail olmaq mümkün deyildir.



VI.23.2. Məktəb yaşı dövründə şəxsiyyətin forma-

laşmasının psixoloji şərtləri

Tərbiyədən söhbət açarkən biz birinci növbədə məktəbli

şəxsiyyətinin formalaşması haqqında düşünürük.  Başqa sözlə, 

məktəbin və müəllimin imkanları dairəsində,  şəxsiyyətin

formalaşması pedaqoji psixologiyada ən zəruri məsələ kimi

qarşıda durur. Hələ məktəb yaşının ilk günlərindən tərbiyə işin-

in düzgün qurulmaması, pedaqoji baxımsızlığın hökm sürməsi

şagird


şəxsiyyətində

arzu


olunmayan

keyfiyyətlərin

formalaşmasına gətirib çıxarır. Bu cür mənfi keyfiyyətləri ara-

dan qaldırmaq isə yenidəntərbiyə işi tələb edir ki, bu da əvvəl-

cədən yeni keyfiyyətləri formalaşdırmaqdan qat-qat çətindir.

Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki,  tərbiyə

böyüməkdə olan nəslin şəxsiyyətinin formalaşması prosesinin

idarə olunmasından ibarətdir.  Ona görə də bu proses özünün



499

xüsusi psixoloji mexanizminə malikdir.  Bu mexanizmi nəzərə

almadan tərbiyə işində müvəffəqiyyət qazanılacağı barədə dü-

şünmək olmaz.  Burada birinci növbədə tərbiyə prosesinin

mahiyyətini təşkil edən və psixoloji nöqteyi-nəzərdən bir-birilə

bağlı olan aşağıdakı cəhətlərə diqqət yetirmək lazım gəlir



tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri,  onların

qarşılıqlı münasibətləri,  tərbiyənin məqsədi,  tərbiyə prose-

sində istifadə olunan yollarMəhz buna görə də tərbiyə prose-

sini düzgün idarə edə bilmək üçün həmin cəhətlərin hər birinin

xüsusiyyəti nəzərə alınmalıdır.  Yalnız bu zaman tərbiyə

prosesində şəxsiyyətin tələbatları,  maraq və meylləri, 

dünyagörüşü, əqidə və idealları, qabiliyyət və xarakteri lazımi

şəkildə formalaşdırıla bilər.

Tərbiyə prosesində biz daima inkişaf edən,  keyfiyyətcə

dəyişən uşaqlarla işləməli oluruq.  Tərbiyə olunan həmin

uşaqlar özlərinin şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərinə, 

tələbat və motivlərinə görə bir-birlərindən fərqlənirlər.  Ayrı-

ayrı yaş dövrlərində bu fərqlər müxtəlifləşir və özünəməxsus

tərbiyəvi iş tələb edir.  Ona görə də tərbiyə prosesində

müvəffəqiyyət qazanmaq üçün birinci növbədə tərbiyə

olunanların yaş və fərdi xüsusiyyətlərini öyrənmək və nəzərə

almaq lazımdır.

Psixoloji tədqiqatlar göstərmişdir ki, şagird şəxsiyyətinin

təşəkkülündə həlledici yeri təkcə onun fəaliyyətinin düzgün

təşkili,  şagirdin əxlaqi davranış təcrübələri toplaması tutmur, 

eyni zamanda burada düzgün əxlaqi davranış motivlərinin

tərbiyə edilməsi də mühüm rol oynayır.  Bu baxımdan

şagirdlərin tələbat sahəsinin öyrənilməsi mühüm əhəmiyyətə

malikdir. Çox vaxt şagirdin davranışındakı bu və ya digər cəhət

onun tələbatı ilə bağlı olur.  Bir motiv kimi tələbatlar şagirdin

davranışını şərtləndirir.  Buradan tərbiyə prosesində psixoloji

cəhətdən diqqəti cəlb edən və nəzərə alınması zəruri olan bir

tələb-şagirdin davranışına qiymət verərkən onun motivini

müəyyənləşdirmək tələbi meydana çıxır.  Psixoloji tədqiqatlar


500

sübut etmişdir ki,  motivdən asılı olaraq eyni fəaliyyət

nəticəsində şagirdlərdə müxtəlif əxlaqi keyfiyyətlər formalaşa

bilər.


Bu cəhəti nəzərə alaraq psixoloji ədəbiyyatda belə bir

müddəa irəli sürülür ki,  tərbiyə işində başlıca cəhət düzgün

davranış motivlərinin yaranmasına, əməli işdə əsas tutulmasına

və bütün oxşar situasiyalarda şagirdin eyni dərəcədə əxlaqi

davranmasına nail olmaqdır.

Tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün

tərbiyəvi tədbirin tətbiq edildiyi konkret şəraitin nəzərə

alınması da həlledici əhəmiyyətə malikdir.  Adətən,  konkret

şərait nəzərə alınmadan tətbiq olunan şablon tərbiyəvi tədbir

istənilən nəticəni vermir,  bəzən hətta mənfi təsir göstərir. 

Tərbiyəvi tədbir o zaman daha səmərəli rol oynayır ki, burada

müəllimin pedaqoji təxəyyülü iştirak etsin.  Belə olduqda

müəllim konkret şəraitdən asılı olaraq tətbiq etdiyi tədbirin nə

kimi nəticə verəcəyini qabaqcadan görə bilir. Ona görə də daha

səmərəli,  şəraitə daha uyğun tərbiyəvi tədbirin həyata keçi-

rilməsi mümkün olur.

Bununla əlaqədar olaraq tərbiyə işini düzgün təşkil etmək

üçün “İnkişafın sosial şəraitinin”  (L.S.Vıqotski)  nəzərə

alınması da zəruridir. Bunun üçün tərbiyəçi birinci növbədə öz

şagirdlərinin inkişafının sosial şəraitini aşkara çıxarmalı, 

tərbiyə işini ona uyğunlaşdırmalıdır.

Tərbiyəçi uşağın inkişafının sosial şəraitini öyrənmək

üçün ilk növbədə onun yaşadığı obyektiv şəraitlər sistemini, 

digər tərəfdən onun həmin şəraitə münasibətinin xarakterini

aşkara çıxarmalı və təhlil etməlidir.  Bu ona görə zəruridir ki, 

həyat şəraiti şagird şəxsiyyətinin formalaşmasını bilavasitə, av-

tomatik olaraq birbaşa təyin etmir,  o,  uşağın həmin şəraitdə

hansı qarşılıqlı münasibətdə,  qarşılıqlı təsir prosesində olma-

sından asılıdır.

Tərbiyə prosesinin müvəffəqiyyətlə yerinə yetirilməsində

mühüm rol oynayan amillərdən biri də tərbiyənin məqsədinin


501

düzgün müəyyənləşdirilməsindən ibarətdir.  Tərbiyəçi son

nəticədə nəyə nail olacağını aydın dərk etmədən,  başqa sözlə

qarşısına konkret məqsəd qoymadan yüksək müvəffəqiyyətə

nail ola bilməz.  Məqsəd aydın olduqda isə onun həyata

keçirilməsi üçün səmərəli tərbiyəvi tədbirlərin seçilməsi və

tətbiqi də mümkün olur.

Tərbiyə


prosesində

nəzərə


alınması

zəruri


olan

cəhətlərdən biri də həmin prosesin tərbiyə olunanın fəaliyyəti

ilə əlaqələndirilməsindən ibarətdir.  Hər bir yaş dövründə o

dövr üçün əsas olan fəaliyyət növünə istinad etməklə həmin

fəaliyyət prosesində müvafiq tərbiyəvi iş aparmaq mümkündür. 

İstər oyun,  istər təlim,  istərsə də əmək fəaliyyəti elə təşkil

edilməlidir ki,  şəxsiyyətin formalaşmasına,  onda müsbət

keyfiyyətlərin tərbiyə olunmasına gətirib çıxarsın.



VI.23.3. Tərbiyəvi tədbirlərin psixoloji cəhətdən

əsaslandırılması və məktəblilərin tərbiyəlilik səviyyəsinin

müəyyənləşdirilməsi problemi

Tərbiyə işinin metodları və formalarının psixoloji

əsasları. Tərbiyə prosesinin müvəffəqiyyətlə həyata keçi-

rilməsi üçün psixoloji cəhətdən zəruri olan şərtlərdən biri

tərbiyəvi işin metod və formalarının düzgün seçilməsindən

ibarətdir.  Ona görə də tərbiyəçilərdən biri müvafiq metod və

formalardan istifadə etdiyinə görə onun tərbiyəvi tədbiri

səmərəli nəticə verir. Əksinə, başqa birinin tərbiyəvi metodlar-

dan düzgün istifadə etməməsi nəinki şagirdin davranışındakı

qüsurların aradan qalxmasına səbəb olmur,  həm də həmin

qüsurların daha dərin köklər salmasına,  oraya yeni mənfi əla-

mətlərin daxil olmasına gətirib çıxarır. Bir cəhəti nəzərə almaq

lazımdır ki,  tərbiyəvi işin metod və formalarından həmişə

şablon halında istifadə etmək mümkün deyildir.  Ona görə də

psixoloqlar tərbiyəvi metodları tətbiq edərkən aşağıdakı


502

cəhətləri nəzərə almağı zəruri hesab edirlər:  birincisitərbiyə

olunan şagirdin yaş və fərdi xüsusiyyətləri;  ikincisişagirdin

daxil olduğu uşaq kollektivinin xüsusiyyətləri;  üçüncüsü,

tərbiyəvi tədbirin həyata keçirildiyi konkret şərait. Bu cəhətlər

nəzərə alınmaqla seçilən və tətbiq edilən tərbiyəvi tədbir öz

bəhrəsini verir.  Lakin məktəb təcrübəsi göstərir ki,  heç də

tərbiyəçilər,  müəllimlər bütün hallarda tərbiyəvi tədbirlərdən

müvafiq şəkildə istifadə edə bilmir, onun düzgün hesab etdiyi

tərbiyəvi üsul əksinə mənfi nəticələr verir.  Bu mənada

tərbiyəvi təsirin müvəffəqiyyəti təkcə tərbiyəçinin öz təsirinə

hansı məna verməsindən deyil, eyni zamanda tərbiyə olunanın

onu necə, hansı mənada başa düşməsindən də asılı olur. Psix-

oloqlar belə bir cəhəti aşkara çıxarmışlar ki, tərbiyəvi tədbirin

tətbiqi zamanı, müəllim və tərbiyəçilər öz təsirlərində bir məna, 

şagird isə tamamilə başqa bir məna görür.  Yaşlılarla uşaqlar

arasında baş verən bu cür anlaşılmazlıq psixologiyada “məna

maneəsi”  adlanır.  Bu cür məna maneəsinin” yaranması

tərbiyəvi tədbirin təsir gücünü aradan qaldırır.

Məna maneəsi ilə müəllim və valideynlər hələ

məktəbəqədər və kiçik məktəb yaşı dövründə rastlaşa bilirlər. 

Uşaqların daha çox küsəyən və tez özündən çıxdığı dövrü olan

yeniyetməlik zamanı məna maneəsi daha tez yaranır, daha par-

laq təzahür edir və çətinliklə aradan qaldırılır.

Psixoloji tədqiqatlar zamanı aşkara çıxarılmışdır ki, məna

maneələrinin baş vermə səbəblərini bilməyən və bu cür

maneələrin yaranmasının qarşısını almağa çalışmayan tərbiyəçi

qarşısında qoyduğu tərbiyəvi vəzifəni həll etməkdə çətinlik

çəkir. Həmin məsələnin mahiyyətini açmağa çalışaq.

Zahirən məna maneələri onunla xarakterizə olunur ki, 

sanki uşaq böyüklərin dediklərini eşitmir. Əslində isə uşaq ona

deyilən sözü yaxşı eşidir, hətta onu təkrar da edə bilir.

Lakin həmin sözün mənasını qavramır.  Psixoloqlar

müəyyən etmişlər ki,  məna maneəsi həm uşağın qarşısında

hansı tələbi qoymasından asılı olmayaraq,  konkret adama


503

münasibətdəhəm də kimin irəli sürməsindən asılı olmayaraq, 

konkret tələbə münasibətdə özünü göstərə bilir. 

Hər iki halda tərbiyəvi tədbirin metodlarından düzgün

istifadə olunmaması faktı məna maneəsinin yaranmasına, 

nəticədə isə tərbiyəvi tədbirin təsirinin aradan çıxmasına səbəb

olur. 

Konkret adama münasibətdə məna maneəsinin yaranması



ən çox tərbiyəçi tərəfindən uşağın davranış motivinin nəzərə

alınmaması,  uşaqda olmayan motivi bir növ ona bağlamaq

nəticəsində baş verir.  Məsələn,  uşaq xəstəliyinə görə dərsdən

gedir. Müəllim onu da dərsdən qaçan başqa uşaqlarla birlikdə

cəzalandırır.  Yaxud,  onu təhqir edən yoldaşlarına qarşı cavab

qaytaran uşağı da o birisi kimi intizamsız,  xuliqan adlandırır. 

Bu hal bir neçə dəfə təkrar olunduqda şagirddə müəllimə, 

tərbiyəçiyə qarşı məna maneəsi yaranır.  Nəticədə həmin

müəllimin ən ədalətli tələbi belə şagird tərəfindən ədalətsiz

tələb kimi qarşılanır. 

Lakin konkret adama qarşı məna maneəsi müəllim

tamamilə obyektiv,  düzgün hərəkət etdiyi halda,  şagirdin öz

davranış motivini dərk edə bilməməsindən asılı olaraq da yara-

na bilər. Məsələn, müəllim tapşırığı yerinə yetirməyən şagirdi

haqlı olaraq danladığı,  cəzalandırdığı halda,  şagird kitabı

olmadığına görə cəzalandırmanın ədalətsiz olduğunu zənn

etməsi sayəsində yaranan məna maneəsini buna misal

göstərmək olar. 

Konkret tələbə münasibətində özünü göstərən məna

maneəsi isə tamamilə başqa səbəblərdən irəli gələ bilir. 

Məsələn,  tərbiyəçi müsbət nəticə vermədiyi halda eyni tələbi

dəfələrlə təkrar edir.  Nəticədə bu cür tələblərə uşaq o qədər

alışır ki, onu bir növ qavramamağa başlayır. 

Təcrübə göstərir ki, bu cür məna maneələrinin yaranması

şagirdlərlə aparılan tərbiyə işinin çətinləşməsinə,  bir növ

nəticəsiz qalmasına səbəb olur.  Ona görə də müəllim birinci

növbədə bu cür məna maneələrinin yaranmasının qarşısını


504

almağa çalışmalıdır.  Bu cəhətdən müəllim üçün əsas problem

zəruri təsir vasitəsini seçmək deyil,  həm də şagirdin rəftar və

davranışının motivlərini,  onun baxışlarını,  münasibətlərini

bilməkdir.  Belə olduqda məna maneələrinin yaranmasının

qarşısı alınır, tərbiyəvi tədbirin gücü artır. 

Məktəbdə şagirdlərlə aparılan tərbiyəvi işlərin mühüm

yollarından biri əxlaqi söhbətlərdən ibarətdir. Şagirdlərin əxlaq

tərbiyəsində bu cür söhbətlərin səmərəli nəticə verməsi üçün

istər fərdi, istərsə də kollektiv şəkildə aparılan əxlaqi söhbətlər

zamanı aşağıdakı prinsiplərə əməl olunmalıdır. 

1. 


Əxlaqi söhbətlərin məzmunu şagirdlərin yaş səviy-

yəsinə uyğun olmalıdır. 

2. 

Söhbət aparılan kollektivi,  onların istiqamətini, 



qarşılıqlı münasibətini, təlimə, müəllimə münasibətlərini yaxşı

bilmək və nəzərə almaq lazımdır. 

3. 

Söhbəti konkret bir səbəblə,  ölkənin və kollektivin



həyatında baş verən bir hadisə ilə, yeni kitab və ya kinofilmlə

əlaqələndirərək, onlarla bağlı şəkildə təşkil eləmək zəruridir. 

4. 

Söhbətə aydın,  konkret misallardan başlamaq daha



münasibdir. Söhbət zamanı şagirdlər üçün yeni olan, inandırıcı

faktlardan, misallardan istifadə edilməlidir. 

Bu zaman məharətlə çatdırılan,  təhlil edilən mənfi

nümunələr də böyük tərbiyəvi əhəmiyyətə malikdir.  Məsələn, 

borc hissindən danışarkən eqoizimin nə qədər çirkin keyfiyyət

olduğunu konkret misallarla açıb göstərmək faydalı olur. 

5. 

Əxlaqi söhbət zamanı şagirdlərdə maksimum fəallıq



yaratmaq,  onları canlı fikir mübadiləsinə cəlb etmək onlarda

fikir oyatmaq,  əxlaq məsələləri üzərində düşünməyə məcbur

etmək lazımdır. 

6. 


Şagirdlərin şüuruna çatdırılan məsələlərin yaxşı

əsaslandırılması da böyük əhəmiyyətə malikdir.  Bu cəhətə

əməl olunması xüsusilə yeniyetmə və böyük məktəblilərlə iş

zamanı daha çox zərurət təşkil edir. 

7. 

Əxlaqi söhbət zamanı şagirdlərdə dərin və aydın



505

emosiyaların yaranmasına nail olmaq lazımdır. Bu isə o zaman

mümkün ola bilər ki, müəllim söhbəti etinasız, həvəssiz deyil, 

emosional və canlı keçirsin. 

Şagirdlərin tərbiyəsində nəzərə alınması zəruri olan yol-

lardan biri də müəllimin,  tərbiyəçinin şəxsi nümunəsindən

düzgün istifadə olunmasından ibarətdir.  Adətən,  kiçik

məktəblilər çox vaxt müəllimi təqlid edir,  ona oxşamağa

çalışırlar.  Lakin bəzən bunu şüursuz,  düşünmədən edirlər. 

Bəzən də özlərindən asılı olmayaraq onun xarici davranış

tərzini bir növ yamsılayırlar.  Yeniyetmələr və böyük

məktəblilər isə çox vaxt nümunədən şüurlu olaraq istifadə

edirlər.  Özünü artıq böyük hesab etməyə başlayan yeniyetmə

böyüklərin hərəkət və davranışlarını təqlid etməyə cəhd

göstərir.  Ona görə də yeniyetmələrdə onları əhatə edən

adamların (xüsusilə onlara yaxın və əziz olan adamların) dav-

ranışına qarşı kəskin maraq və diqqət yaranır. Böyüklərin bu və

ya digər keyfiyyətini şüurlu şəkildə təqlid edən yeniyetmə çox

vaxt onların mənfi keyfiyyət və hərəkətlərini də təkrar edir. 

Məhz buna görə də müəllimin özünü müsbət bir nümunə kimi

təqdim etməsi zəruridir. 

Şagirdlərin şəxsiyyətini tərbiyə edərkən,  şübhəsiz onun

birdən-birə, bütün hallarda düzgün davranış forması seçəcəyini

gözləmək olmaz.  Bəs onda şagirdin davranışı necə təshih

olunmalıdır?  Şagirdlərin davranışını istiqamətləndirmənin, 

təshih etmənin ən təsirli yolları onun təriflənməsi və



məzəmmət

olunması, 

rəğbətləndirilməsi



cəzalandırılmasından ibarətdir. 

Təriflənmə,  rəğbətləndirmə davranışın düzgün motiv və

formalarını möhkəmləndirməyə xidmət edir.  Məzəmmət və

cəzalandırma isə,  mənfi təhriklərin və düzgün olmayan

davranış formalarının qarşısını alır,  onları ləngidir.  Lakin

tərbiyə zamanı bunlardan düzgün istifadə olunmalıdır.  Tərif-

lənmə,  rəğbətləndirilmə nə şişirdilməməli,  nə də lazım olduğ-

undan aşağı səviyyədə olmamalıdır. Adətən, şagirdin bu və ya



506

digər davranış tərzi həddindən artıq şişirdildikdə onda yersiz

bədgumanlıq,  lovğalıq keyfiyyəti yarana bilər.  Məzəmmət və

cəzalandırma da şagirdin günahının dərəcəsinə uyğun, ədalətli

olmalıdır. 

Nəhayət tərbiyəvi işin mühüm formalarından biri də



özünütərbiyədirSonrakı bölmədə özünütərbiyədən geniş bəhs

etdiyimizə görə bir daha onun üzərində dayanmırıq. 



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin