partiyalarla malların aimması və satılması sahəsində sərgi-satışlarmın çox
böyük rolu olmuşdur. Belə sərgilərin təşkilinə çəkilən xərclər çox da
böyük olmasa da, nəticə etibarı ilə faydalığı çox yüksək olmuşdur.
Xarici reklam vasitəsi ilə alıcılara nə evdə, nə də idarədə deyil, ancaq
küçələrdə, yaxud da səfərə gedən vaxtı, yollarda məlumatlar verilir. Son
zamanlar əhaliyə məlumatların çatdırılmasında, xarici reklam vasitələrinin
xidmətindən geniş istifadə edilir. Xarici ölkələrin tədqiqatları göstərir ki,
xarici reklamlardan istifadə edilməsi, həftə ərzində yaşlı nəslə aid
285
bazarın 80%-ni əhatə edir, üç- gün ərzində xarici reklam vasitələrindən
istifadə və reklam müraciətlərinin yapışdırılması nəticəsində əhalinin
90%-ə yaxmı hətnin xarici reklam məlumatlarla tanış olmaq imkanına
malik olurlar.
Xarici reklam üçün beş əsas qayda mövcuddur.
1. Gözə düz sataşan
2. Diqqəti özünə cəlb edən olsun
3. Məzmunca qısa və yadda qalan olsun
4. Yol gedərkən oxumaq çətinlik törətməsin
5. Məzmunu aydm olsun.
Beləliklə, xarici reklamdan o vaxt faydalı və səmərəli istifadə etmək
lazımdır ki, rəsmidə hər hansı mal və ya xidmət haqqmda qısa, konkret və
yığcam məlumat verilsin. Bununla da, tamnmış malların keyfiyyəti
haqqmda məlumatlarm verilməsinə şərait yaradılır. Beləliklə də xarici
reklam ya xatırladır, ya da məlumatlandırır.
Xarici reklam sahəsində işləyən, reklam agentlikləri, reklamın
harada yerləşdirilməsini, tərtibatmı və müvafiq yerə pasport aimmasmm
razılaşdırılması, plakatlarm hazırlanması və eskizlərin razılaşdırılması,
reklam konstruksiyasım və onun yerləşdirilməsini öz üzərlərinə
götürməlidirlər. Xarici reklamm, harada quraşdırılmasmdan asılı
olmayaraq və ya digər yer üçün, şəhərin müvafiq sahəsindən razılıq və
həmin yerə pasport alınmalıdır. Məsələn bağlarda, səkilərdə, küçələrdə və
s. yerlərdə plakat reklamları yerləşdirilərkən pasport almaq üçün. Şəhərin
yaşıllaşdırma idarəsindən razılıq aimmalıdır. iri həcmli reklam- məlumat
eskizlərinin quruluşu haqqmda layihə xidməti idarəsindən icazə
aimmalıdır.
Reklam fəaliyyətinin təcrübəsində adamlarm ağlına və düşüncəsinə
təsir göstərəm müxtəlif iqtisadi və psixoloji təsiredici reklam vasitələri
mövcuddur. Xüsusi ilə də, psixoloji reklam vasitəsi o vaxt daha faydalı
hesab olunur ki, imkanlı alıcıları mal almağa sövq edə bilsin. Beləliklə,
reklamm iqtisadi faydalığı onun psixoloji təsirindən asılıdır. Reklamm
faydahlığı, hər şeydən əvvəl, mal dövriyyəsinin inkişafma necə təsir
etməsilə
286
ölçülür. Reklamın təsir qüvvəsi, satışm tədiricən yüksəlməsi, təchizatm
yaxşılaşdırılması və s. ilə də ölçülə bilər. Çox zamanlar reklamın təsir
qüvvəsi gündəllik tələbat mallarmın reklam edilməsi ilə daha çox
müşahidə olunur.
287
|