28) Dərman vasitələri haqqında Qanuna əsasən dərman vasitələri ilə davranış
nədir?
A) Dərman vasitələrinin sənaye üsulu ilə istehsal edilməsi
B) Dərman vasitələrinin elmi axtarışı, istehsalı, dövlət qeydiyyatı, təhlükəsizliyinə
nəzarət edilməsi və yararsız hala düşdükdə məhvi, habelə dərman vasitələri ilə bağlı
digər əməliyyatların həyata keçirilməsi və s.
C) Dərman vasitələrinin hazırlanması, istehsalı, topdan və pərakəndə satış ilə bağlı
fəaliyyət göstərmək
D) Dərman vasitələrinin pərakəndə satışının, həmçinin fərdi sifarişlər əsasında
hazırlanmasının həyata keçirilməsi.
E) Dərman vasitələrinin tibbi praktikada istifadə məqsədi ilə müvafiq sənədlər
əsasında ekspert qiymətləndirilməsi
Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanun
06.02.2007.
|