Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə51/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   47   48   49   50   51   52   53   54   ...   140
Azf-286777

Maraq, məqsəd və siyasət  
 
 
Dövlət  özü  maraqlardan  yaranan  bir  nəticədir,  vəziyyətdir,  hadisədir, 
canlı  komponentlərdən  ibarət  olan  kompleksdir.      Bu  aspektdə  siyasətini,  öz 
fəaliyyətini   maraqların təmin olunmasına doğru yönəldir. Məqsədlər özündə 
maraqları  yaradır.  Şərait  məqsədləri  aşkar  edir.  Məqsədlər  hədəflərə  yönəlir. 
Dövlət    ayrı-ayrı  tərəflərin,  dövlətin  özünün  təşkil  edən  elementlərin  (burada 
subyektlərin)  maraqlarını  təmin  edən  siyasət  həyata  keçirir,  fəaliyyət  təşkil 
edir.  Maraqların  tərkib  zənginliyi  və  çoxlu  sayda  məkanları  əhatə  etməsi  öz-
özlüyündə  siyasəti  təmin  edir.  Dövlət  vətəndaşların  ölkədaxili  və  beynəlxalq 
maraqlarını təmin etməkdə maraqlı olur. Vətəndaşların ölkədaxili və ölkəxarici 
maraqlarının  təmin  olunması  özlüyündə  dövlət  maraqlarının  böyüməsini 
meydana  gətirir.  Çünki  dövlətin  maraq  obyektində  məhz  vətəndaş 
(ümumilikdə  insanlar)    dayanır.  İnsan  maraqlarının  məkan  üzrə  genişlənməsi 
özündə  dövlət  maraqlarının  məkan  üzrə  genişlənməsinə  səbəb  olur.  Dövlətin 
maraqlarının  insanların  maraqlı  olduqları  resurslar  da  yaradır.  Resursların 
dövriyyəsi  və  məkan  üzrə  hərəkəti  özündə  dövlət  maraqlarının    “gəzməsinə” 
səbəb  olur.  Dövlət  maraqların  təmin  olunması  fəaliyyətini  şəbəkəli  edir  və 
kateqoriyalar  üzrə  həyata  keçirir.  Dövlət  siyasəti  maraq  müstəvisini 
formalaşdırır.  Bu  müstəvi  də  geosiyasi  maraqların  təmin  olunması  üçün 
ə
sasları  ortaya  qoyur.  Dövlət  insanların  maraq  müxtəlifliyini  təmin  edir.  Bu 
anda  fərqli  tərkibə  malik  olan  maraqlar  şəbəkəsi  meydana  gəlir.  Maraq 
tərkibinin zənginliyi (subyektə və obyektə münasibətdə) dövlətin maraq təmin 
etmək fəlsəfi düşüncələrini yaradır.  

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin