Əlyazması hüququnda mustafayev ramil piRŞAH


 Yabanı halda yetişən təbii boyaq bitkilərinin



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix18.05.2020
ölçüsü0,97 Mb.
#31338
1   2   3   4   5   6   7   8
MUSTAFAYEV-RAM-L-P-R-AH


 

1.1. Yabanı halda yetişən təbii boyaq bitkilərinin  

bioloji xüsusiyyətləri 

 

Dünyanın  demək  olar  ki,  bütün  ölkələrində  yabanı  halda  yetişən  və  təbii 



boyaq  maddələrinə  malik  olan  bitkilər  mövcuddur.  Bütün  iqlim  növlərinin  9-na 

malik  olan  Azərbaycan  bu  boyaq  bitkilərinin  zənginliyinə  görə  dünya 



 

ölkələrinin  bir  çoxundan  fərqlənməklə,  bu  bitkilərin  tərkibində  olan  boyayıcı 

maddələrin  keyfiyyətinə  görə üstünlük  təşkil  edir.  

Azərbaycanda  ən  çox  yayılmış  boyaq  bitkilərindən  andız,  at  əvəliyi,  ağ 

söyüd,  birgöz,  boyaq  ulaxqanqalı,  qaraqınığ,  qarağat,  rəvəndi,  qara  kəndəlaş, 

qoz,  dərman  gülümbaharı,  yemişan,  zirinc,  indiqofer,  itburnu,  gicitkən,  gürcü 

boyaqotu,  murdarça,  biyan  və  bu  kimi  bir  çox  digərlərini  misal  göstərmək  olar 

ki, bunlar da olduqca böyük əraziləri  əhatə edir.  



A n d ı z – (İ n u l a   h e l e n i u m  L.)   –  çoxillik ot bitkisi olub, 1 – 2 

metr  hündürlükdə  gövdəyə  malikdir.  İri  kökləri  və  bütöv  kənarlı,  növbə  ilə 

düzülmüş  yarpaqları  vardır.  Qızılı  –  sarı  rəngli,  ətirli  çiçəkləri  gövdəsinin 

təpəsində  səbət  şəklində  yerləşmişdir.  Əsas  təsiredici  maddəsi  efir  yağı  (1  –  3 

%)  hesab  olunur.  Köklərindən  hazırda  tinktura  və bişmiş halda öskürək əleyhinə 

və  bəlğəmgətirici  dərman  vasitəsi  kimi  istifadə  edilir.  XIX  əsrin  əvvəllərində, 

yəni  1804-cü  ildə  müəyyən  edilmişdir  ki,  bu  bitki  növünün  köklərində  efir 

yağından başqa, 44 %-ə qədər boyaq maddəsi olan  i n u l i n  vardır.  



A t   ə v ə l I y I – (R u m e x   c o n v e r t u s   w I l l d) – Bu, gövdəsinin 

hündürlüyü    120  –  150  sm-ə  çatan  ot  bitkisidir.  Kökyanı  və  yerüstü  gövdəsinin 

aşağı  hissələrindəki  yarpaqları  çox  böyük  olur.  Üçkünc  xırda  qovuqcuqlardan 

ibarət  meyvəsi  vardır.  Bitki  may  və  iyun  aylarında  çiçəkləməyə  başlayır.  At 

əvəliyi  qiymətli  dərman,  aşı  və  boyaq  bitkisidir.  Onun  kökünün  tərkibində  8  – 

12  %-ə  qədər  aşı  maddəsi,  5  %-ə  qədər  antraxion,  xrizofan  turşusu,  katexin, 

flavonoid və bu kimi  bir sıra digər boyaq maddələri vardır.  

A  ğ    s  ö  y  ü  d  –  (S  a  l  i  x   a l b a  L.) – Söyüd cinsinin Yer kürəsinin 

mülayim  və  soyuq  ölkələrində  600-ə  qədər  növü  vardır.  Söyüdün  yarpaq, 

tumurcuq,  çiçək  və  qabıq  hissələrində  flavonoid,  xrizin,  katexin,  kversitrin 

tərkibli  boyaq maddələri vardır.  



B i r g ö z – (L i g u s t r u m   v u l q a r e  L.) – hündürlüyü 1-3 metrə 

qədər  olan  kol  bitkisidir.Yarpaqları  uzunsov,  neştərşəkilli,  çılpaq  və  parlaqdır. 

Çiçək  qrupu,  süpürgə  şəklində  olun  budaqların  uclarındadır.  Tacı  ağdır, 

meyvələri  qara  və  ovalşəkillidir.  Çiçəkləri  çox  ətirlidir,  ondan  alınan  yağ 

ətriyyat  sənayesində istifadə edilir.   


 

 

 



Yarpaqlarında  və  gövdəsinin  qabığında  aşı  maddəsi  ilə  yanaşı,  kimyəvi 

cəhətdən tam öyrənilməmiş  boyaq maddəsi də vardır.  



B o y a q  u l a x q a n q a l ı – (C a r t h a m u s    t i n c t o r i u s  L.) – 

Birillik,  çılpaq  bitkidir.  Gövdəsi  silindirvari,  boyu  30  –  80  sm-dir.  Çiçəkləri 

narıncı  –  qırmızı  rəngə  çalır.  Boyaq  ulaxqanqalı  Avropa,  Asiya  və  Amerika 

qitələrinin  bir  çox  ölkələrində  mədəni  halda  geniş  surətdə  əkilib  –  becərilir. 

Bunun  toxumlarının  tərkibində  27  –  32  %-ə  qədər  qiymətli  yağ  vardır.  Bu 

yağdan  sənayedə  marqarin,  əlif,  lak  və  sabun  hazırlanmasında  istifadə  olunur. 

Çiçəklərindən  alınan  boyaq  maddəsindən  qida  sənayesində  istifadə  olunur. 

Çiçəklərinin  tərkibində  kartamin,  C

24

H

30



O

15  


tərkibli  boyaq maddələri vardır.  

Q a r a   k ə n d ə l a ş – (S a m b u s u s   n i g r a  L.) – (Doqquzdon 

fəsiləsi – Caprifoliaceae). Bu, hündürlüyü 2 – 10 metr olan kol və ya ağac bitkisi 

olub, cüt lələyə oxşar, qarşı – qarşıya düzülmüş yarpaqları vardır. Sarımtıl – ağ 

rəngli  xırda,  ətirli  çiçəkləri  bir  yerə  toplanaraq  dəstələr  əmələ  gətirir.  Bitkinin 

gövdəsi və yaşlı budaqları boz rəngli qabıqla örtülmüşdür. Kürəcik formalı şirəli 

meyvələri  yetişən  vaxt  qaralır.  Bitki,  may  –  iyun  aylarında  çiçək  açır,  meyvəsi 

iyul  – avqust aylarında yetişir.  

Qara  gəndəlaş  Respublikamızın  Quba,  Qusar,  Xaçmaz,  Şabran,  Şəki, 

Şuşa,  Xankəndi,  Ağdam,  Qax,  Qəbələ,  Ağsu,  Oğuz,  Balakən,  Zaqatala, 

İsmayıllı,  Şamaxı,    və  bu  kimi  bir  çox  digər  rayonlarında,  o  cümlədən  talış 

bölgəsində geniş yayılmışdır.  

Qara  gəndəlaş  bitkisinin  çiçəklərində  sambutin  C

14

H

17



O

  tərkibli qlükozid 



maddəsi  vardır  ki,  bu  da  fermentlərin  təsirindən  parçalandıqda  benzoaldehid, 

hidrogen  –  sionid  və  qlükoza  kimi  maddələrin  alınmasına  səbəb  olur.  Bundan 

başqa  çiçəyin  tərkibində  rutin,  0,32  %-ə  qədər  yarıbərk  halda  ətirli  yağ,  xolin, 

kofein,  valerian,  alma  və  sirkə  turşuları,  82 mq % askorbin  turşusu (C vitamini), 

etil  –  izobutil,  boyaq  və  aşı  maddələri  tapılmışdır.  Yarpaqlarının  tərkibində  isə 

0,11  %  miqdarında  sambunigirin  ətirli  yağ,  xolen,  aşı  və  boyaq  maddələri 

müəyyən  edilmişdir.   


 

Meyvələrinin  tərkibində  isə  50  mq  %  askorbin  turşusu,  karotin,  antosian 

tərkibli  maddələr  –  sionidin  qlikozidlərinin  xloridləri  tapılmışdır.  Bundan  əlavə, 

meyvələrinin  tərkibində  sambunigiren  qlikozidi,  toxumlarında  isə  piyli  yağ 

olduğu müəyyən  edilmişdir.   

Qida  sənayesində  qara  kəndəlaş  meyvələrindən  alınan  təbii  boyaq 

maddəsindən müxtəlif  içkilər  istehsalında geniş istifadə  olunur.  

Moskva  pivə  və  alkoqolsuz  içkilər  istehsalı  kombinatında  kəndəlaş 

boyağının  tətbiqi  ilə  “Lesnaya  Yaqoda”  limonadı  istehsal  edilir.  Həmçinin  qara 

kəndəlaşın  yetişmiş  meyvələrindən  alınan  boyaq  ekstraktından  istifadə  edib, 

konfet,  tort,  marmelad,  şokolad,  likor,  limonad  və  eləcə  də  konserv 

məhsullarının  rəngini  və keyfiyyətini  daha da yaxşılaşdırmaq olar [6].  



İ t b u r n u   –   (R o s a    s p.    d v    (G ü l ç i ç ə k l i l ə r    f ə s il ə s i  

–  R o s a c e a e ).  Bu, hündürlüyü 1 – 2 metr olan tikanlı kol bitkisidir. Növbə 

ilə  düzülmüş  yarpaqları,  qırmızı,  çəhrayı  və  bəzən  də  ağ  rəngli,  ətirli  çiçəkləri 

vardır.  Meyvəsi  giləmeyvəyə  oxşayır,  yetişən  vaxt  qırmızı  və  qonur  –  qırmızı 

rəngdə  olur.  Meyvələrinin  üzəri  qalın  qabıqla  örtülmüşdür.  İtburnu  növlərinin 

hamısı bütün yayı çiçəkləyir. Meyvələri  avqust – sentyabr aylarında yetişir.  

Keçmiş  Sovetlər  İttifaqında  itburnu  bitkisinin  60  növünə  təsadüf 

olunurdu. Bəzi  rayonlarda itburnu  bitkisinə  “d ə r g i l” də deyirlər.  

Azərbaycanda  yayılan  bir  sıra  dərgil  növləri  tədqiq  olunmuş  və  onların 

tərkibində  çoxlu  miqdarda  müxtəlif  vitaminlərin  olduğu  müəyyən  edilmişdir. 

İtburnu  meyvələri  adətən  sentyabr  –  oktyabr  aylarında  toplanır.  Bu  dövrdə 

qırmızı  –  çəhrayı  rəngə  boyanan  dərgil  meyvələrini  əllə  toplayırlar,  sonra  isə 

xüsusi  quruducu  qurğularda  70  –  80 

0

C  temperatur  rejimində  qurudurlar.  Qeyd 



etmək  lazımdır  ki,  itburnu  meyvələri  şaxta  düşənədək  toplanılmalıdır.  Əks 

təqdirdə  keyfiyyəti  pisləşir.  İtburnu  meyvələri  qurudulduqdan  sonra  tərkibində  5 

–  6  %-ə  qədər  C  vitamini  olur  [11].  Lakin  seleksiya  yolu  ilə  yetişdirilən  dərgil 

meyvəsində  C  vitamininin  miqdarı daha çox, məsələn 15 – 16 % olur. Ona görə 

də itburnu çox zəngin C vitamini  mənbəyi  hesab olunur.  

Dərgil  meyvəsində  C  vitaminindən  başqa  12  –  18  mq%  karotin, 

(provitamin  A),  0,3  mq%  B

1

  və  B



vitaminləri,  1  qramında  40  bioloji  vahid  K 



 

 

 



vitamini,  karotinoidlər,  P  vitamini,  flavonoidlər,  18,0  %-ə    qədər  şəkər,  4,0  % 

aşı  maddələri,  3,7  %  limon  və  alma  turşuları,  pektin  maddələri  və  digər 

birləşmələr  vardır.  Toxumlarının  tərkibində  isə  çoxlu  miqdarda  piyli  yağ  və  E 

vitamini  mövcud olur.  

Dərgil  meyvələrinin  tərkibində  çoxlu  miqdarda  C  vitamini  və  karotin 

olduğundan,  onun  meyvələrindən  C  vitamini  və  eləcə  də  polivitamin  mənbəyi 

kimi  təbabətdə geniş istifadə  olunur.  

Meyvələrindən 

çay  kimi  dəmləmə  şəklində,  bir  sıra  vitamin 

komplekslərinin  tərkibində,  bundan  əlavə  toz  və  həb  formasında,  təzə  dərilmiş 

meyvələrindən  isə  konsentrat,  şərbət  və  mürəbbə  şəkilində  bir  sıra  xəstəliklərin 

müalicəsində:  məsələn,  sinqa,  raxit,  qızılyel,  qanazlığı,  vərəm,  böyrək,  öd 

xəstəliklərində  geniş  istifadə  edilir.  Son  illərdə  toxumlarından  piyli  yağ  da  alınır 

ki,  bu  yağdan  da  müxtəlif  yanıqlarin  müalicəsində,  eləcə  də  dermatit  xəstəliyi 

zamanı  yara  sağaldıcı  dərman  preparatı  kimi  istifadə  olunur.  Ümumiyyətlə 

dərgil  meyvəsi  son  illərdə  ödqovucu,  sidikqovucu,  eləcə  də  ateroskleroza  qarşı 

geniş  tətbiq  olunur.  Bu  məqsədlə  dərgil  meyvəsindən  bir  sıra  preparatlar 

hazırlanır. 

Qeyd  etmək  lazımdır  ki,  dərgil  meyvəsinin  müalicəvi  əhəmiyyəti  əsas 

etibarı  ilə  onda  olan    C    vitamini  ilə  xarakterizə  olunur.  Doğrudur,    C    vitamini 

ilə  yanaşı,    dərgil  meyvələrinin  tərkibində  digər  vitamin  növləri  və bir çox başqa 

üzvi  və  qeyri  –  üzvi  birləşmələr  də  müəyyən  dərəcədə  tibbi,  farmakoloji  və 

texnoloji  əhəmiyyətə  malikdir.  Lakin  burada  olan    C    vitamini  miqdarca  çox 

olduğu üçün onun rolu müəyyənedicidir.   

Məlum  olduğu  kimi,  insan  orqanizmində    C    vitamini  sintez  olunmur. 

Aparılan  çoxsaylı  araşdırmalar  nəticəsində  müəyyən  edilmişdir  ki,  orta  hesabla 

böyük  adamlar  üçün  bir  sutka  ərzində  50  mq,  daim  fiziki  əməklə  məşğul  olan 

insanlar  üçün  75  –  100  mq  civarında  C    vitamini  tələb  olunur.  Hamilə  qadınlar 

üçün  sutkada  75  mq,  7  yaşlı  uşaqlar  üçün  isə  30  –  35  mq    C    vitamini  normal 

hədd    hesab  olunur.  İnsanın    C    vitamininə  olan  ehtiyacını  nəzərə  alaraq  son 

illərdə    C    vitaminini  süni  üsulla  istehsal  edirlər.  Buna  baxmayaraq,  hazırda 


 

insanların  sağlamlığının  mühafizəsi  nöqteyi  –  nəzərindən,  təbii  mənbələrdən 

alınan  C  vitamininə  daha böyük ehtiyac vardır.  

Ümumiyyətlə,  texnoloji  məqsədlər  üçün    C    vitamini  ilə  zəngin  olan 

itburnu  meyvəsi  olduqca  böyük  əhəmiyyət  kəsb  edir.  Müxtəlif  çeşiddə 

vitaminləşdirilmiş  qənnadı  məmulatları  və  çörək  –  bulka  məhsulları  istehsalında 

itburnu  meyvəsindən  alınmış  ekstrakt,  yaxud  da  tozlar  əlavə  edilməsi 

probleminin  geniş perspektivləri  vardır.  

Qənnadı  məmulatları  istehsalı  üçün  böyük  əhəmiyyət  kəsb  edən  bitkilər 

içərisində  yemişanın  özünə məxsus yeri vardır.  



Y e m i ş a n – (C r a t a e q u s   p e n t a q y n a  W.  e t   K.) – Bu bitki,  

qızılgülçiçəklilər  (Rosaceae)  fəsiləsindəndir.  Ağac  və  ya  iri  kol  bitkisi  olan 

yemişanın  növbə  ilə  düzülmüş  yumurtaşəkilli  yarpaqları  vardır.  Yarpaqların 

kənarları  diş  –  dişdir.  Ağ  rəngli  nəzəri  cəlb  edən  ətirli  çiçəkləri  vardır. Uzunsov 

kürəşəkilli  giləmeyvəyə  oxşayan,  ətli  və  şirəli  meyvəsi  olur.  Yetişəndə  qırmızı 

rəngə  boyanan  meyvələrinin  içərisində  açıq  –  sarı  rəngli  toxumaları  olur. 

Meyvəsinin  azca  büzüşdürücü  dadı  vardır.  Yemişan  bitkisinin  meyvələri  may  – 

iyun  aylarında  çiçək  açır,  meyvələri  isə  avqust  –  sentyabr aylarında yetişir [10]. 

Texniki  yetişkənlik  mərhələsində  tədarük  olunan  meyvələri  texnoloji  məqsədlər 

üçün istifadəyə  yararlı  hesab olunur.  

 

 

 



 

 

 



 

 

Qırmızı yemişan meyvələri                              Qonur yemişan meyvələri 



 

Yemişan  bitkisi  haqqında  ilk  məlumatlara  eramızdan  əvvəl  372  – 287 – ci 

illərdə yaşamış qədim yunan filosofu   F e o f r a s t ı n   kitablarında rast gəlinir. 


 

 

 



Sonralar, bizim eranın I əsrində   D i o s k o r i d   öz əsərlərində yemişanı mədə 

–  bağırsaq  sisteminin  xəstəliklərində,  piylənmədə,  qanaxmalarda,  və  böyrəklərin 

fuksional  pozğunluğunda,  xüsusən  də  sidik  daşı  xəstəliyində  istifadə  etməyi 

məsləhət  görmüşdü.  Avropanın  elmi  təbabətinə  isə  bu  bitki  XIX  əsrdə 

gətirilmişdir.      

Dünyada  yemişan  cinsinin  1000-dən artıq növü yayılmışdır, Azərbaycanın 

ərazisində isə 18 növü bitir. Bunlar, hündürlüyü 3 – 5 metrə çatan, bəzən isə 10 – 

15 metrə  qədər olan ağac və ya kollardır.  

Azərbaycanda  bitən  yemişan  növlərinin  əksəriyyəti  işıqsevəndir,  şaxtaya 

davamlıdır,  torpağa  az  tələbkardır.  Yemişan  növləri  əsasən  açıq  yerlərdə, 

meşələrin  kənarında,  sıx  kollu  yerlərdə  habelə  meşələrdə  bitir.  Yemişan  qiymətli 

dərman,  qida,  bəzək  və  texniki  bitki  hesab  edilir  [11].  Azərbaycanda  Samur  – 

Sabran    ovalıqlarında  Şamaxı,  Ağsu,  İsmayıllı,  Qax,  Şəki,  Zaqatala,  Balakən, 

Zəngilan,  Quba,  Qusar,  Xaçmaz,  Tovuz,  Şəmkir,  Qazax  rayonlarının 

meşəliklərində,  Naxçıvan  Muxtar  Respublikasında,  Qarabağda,  Kəlbəcər, 

Gədəbəy, Xanlar və bir çox digər rayonların ərazilərində  böyük ehtiyatı vardır.  

 

 

 



 

 

 



 

 

 



 

Yemişan  çiçəklərinin  görünüşü 

 

Təbabətdə  yemişanın  çiçəkləri  və  meyvələri  dərman  məqsədi  ilə  istifadə 



olunur.  Çiçəklərini  kölgə  şəraitində,  meyvələrini  isə  55  –  60 

o

C    temperatur 



 

civarında,  xüsusi  quruducu  qurğularda  qurudurlar.  Çiçəklərinin  və  meyvələrinin 

tərkibində  bir  sıra  müalicəvi  əhəmiyyət  kəsb  edən  üzvi  maddələr  var.  Bunlardan 

flavonoidləri,  qəhvə  və  xlorogen  turşularını,  efir  yağlarını,  askorbin  turşusunu, 

karotini  (provitamin    A),  riboflavini,    B    vitamin  qurupunu,  PP  vitaminini,  üzvi 

turşuları,  şəkəri,  proteini,  boyaq  və  aşı  maddələrini,  bir  sıra  alkoloid  maddələri 

və  digərlərini  göstərmək  olar.  Toxumlarının  tərkibində   30 – 38 % civarında yağ 

vardır.  

XYIII  əsrin  sonlarından  etibarən,  yemişan  bitkisinin  həm  çiçək  və  həm  də 

meyvələrindən  hazırlanan  cövhər  və  tinktura  ilə  ürək  –  damar  xəstəliklərini  və 

sinir  pozğunluqlarının  müalicə  edilməsi  haqqında  da  məlumatlar  mövcuddur. 

Beş  yuvalı  yemişan  növü  Azərbaycan  Dövlət  Tibb  Universitetinin  əməkdaşları 

tərəfindən  öyrənilmiş  və  elmi  təbabətə  daxil  edilmişdir.  Yemişanın 

meyvələrindən  və  çiçəklərindən  bir  sıra  preparatlar  hazırlayıb  sinir 

pozğunluqlarında, 

ürək 


xəstəliklərindən 

stenokardiyada, 

aritmiyada, 

hipertoniyada,  ürək  nevrozunda,  eləcə  də  yuxusuzluqda,  kəskin  keçən  angina  və 

qripdən  sonra  baş  verən  ürək  pozğunluqlarında  sakitləşdirici  və  tənzimləyici 

vasitə  kimi,  qan  təzyiqini  tənzimləyən  dərman  preparatı  kimi  geniş  istifadə 

olunur [11].  

Bundan  başqa,  çiçək  və  meyvələrdən,  kordiovalen  preparatı  alınır  ki,  bu 

preparatdan  da,  əsəb  sisteminin  sakitləşdirilməsində,  qan  təzyiqinin 

nizamlanmasında  və  ürək  xəstəliklərinin  müalicəsində  və  insanın  əhvalının 

gümrah  olmasında istifadə olunur.  

Fransada  yemişanın  yarpaq, çiçək və meyvə hissələrindən hazırlanan maye 

cövhərdən  əsəb  xəstəliklərində,  ürək  nevrozlarında  və  qan  təzyiqi  xəstəliklərində 

istifadə  edilir.  Bundan  başqa,  yemişan  növlərinin  cavan  budaqlarının 

qabıqlarından hazırlanan cövhərlə qarın yatalağı müalicə  olunur.  

Avstraliyada  yemişan  növlərinin  meyvə  və  çiçəklərindən  alınan  cövhərdən 

qan damarlarının genişləndirilməsində  istifadə  olunur.  

Almaniyada  yemişan  meyvələrindən  hazırlanan  dərman  preparatları  ilə 

zəifləmiş  ürək  və  qan  damarlarının  müqavimətini  artırır  və  eləcə  də  ürək  –  qan 

dövranının işini nizama  salırlar.  



 

 

 



Yemişanın  meyvələrindən  təzə  –  tər  halda  və  yaxud  şəkərləndirilmiş 

halda,  yetişdiyi  müvsümdə    qida  rasionunda  geniş.  Meyvələrinin  tərkibində 

çoxlu miqdarda pektin  və protein var.  

Azərbaycan  və  Orta  Asiya  xalqları  yemişanın  şərq  və  pontika  növlərinin 

iri  və  lətli  meyvələrini  qurudaraq  üyüdüb  un  şəklinə  salır,  buğda  unu  ilə 

qarışdırıb  xəmir  hazırlayır  və  ondan meyvə ətri ilə üstünlük təşkil edən şirintəhər 

çörək məmulatı bişirirlər  [11].  

Yemişanın  cavan  şitillərindən  armud,  alma,  heyva  və.s  ağaclarda  calaqaltı 

kimi  istifadə  etmək mümkündür.  

Yemişandan  düzəldilən  canlı  çəpərlər  möhkəm  olur,  çətin  keçilir  və 

yaraşıqlı  görünür.  Lakin  yemişanın  yarpaqları  ziyanvericiləri,  xüsusən  alma 

ağaclarının  ziyanvericilərini  özünə  cəlb  etdiyindən,  meyvə  bağlarının 

yaxınlığında yemişan  çəpərləri  düzəltmək  məsləhət  görülmür.   

Yemişan  meyvəsinin  80  %-ni  təşkil  edən  lətli  hissə  şirintəhər,  xoş  ətrə 

malik  olub,  çiyələk  və  alma  iyini  xatırladır.  Onun  tərkibində  14  –  18  %  şəkər, 

0.77  %  turşu  olur.  Meyvə  qabığı  çox  incə  və  nazik  olmaqla  yanaşı,  məhsuldar 

illərdə  bir ağacdan 20 – 30 kq, bəzi hallarda isə hətta 50 kq-dək meyvə toplamaq 

olur.  Yemişan  meyvəsindən  hazırlanan  boyaq  maddəsi  ilə  qida  məhsullarını 

boyamaq üçün istifadə oluna bilər.  

Yemişan  bitkisinin  budaqlarından  hazırlanan  cövhərlə  yun  və  ipək 

məmulatlarının  qəhvəyi,  tünd  qəhvəyi,  qonur,  yaşıl,  narıncı  –  yaşıl,  firuzəyi, 

tütünü  və başqa çalarlara boyamaq olar. Alınan rənglər günəş şüasına və kimyəvi 

yuyulmalara  qarşı  çox  davamlıdır.  Yemişan  həm  də  əla  bal  verən  bitkidir.  Bal 

arıları üçün yaxşı qida mənbəyidir.   

Qeyd  olunanlarla  yanaşı,  yemişan  növlərinin  qabıq  hissəsində  10  %-dən 

çox  aşı  maddəsinin  olması,  ondan  gön  –  dəri  sənayesində  istifadə  edilməsinə 

imkan  verir.  Onun  ən qiymətli xüsusiyyəti odur ki, tərkibindəki aşı maddəsi gönü 

həm aşılayır və həm də boyayır.  

Payız  vaxtı  yerə  tökülən  yarpaqlarından  və  xəzəlindən  heyvanları 

qidalandırmaq  məqsədi  ilə  istifadə  olunur  ki,  bu  da  heyvanların  daha  sağlam 



 

inkişafını  şərtləndirir.  Qış  mövsümündə  yabanı  yemişan  meyvələri  quşlar  üçün 

olduqca  qidalı  yemdir.  Yemişan  sıx  və    güclü  kök  sisteminə  malik  olduğundan, 

ondan sürüşkən dağ yamaclarının bərkidilməsində  də istifadə edilə  bilər  [11].  



 

1.2. Yabanı halda yetişən təbii boyaq bitkilərinin  

kimyəvi tərkib xüsusiyyətləri 

 

Yabanı  halda  yetişən  təbii  boyaq  bitkiləri  kimyəvi  tərkib  göstəricilərinə  və 



mövcud  maddələrin  miqdar  tərkibinə  görə  bir  –  birindən  olduqca  böyük 

müxtəlifliklərdə  fərqlənirlər.  Təbiətdə  yabanı  halda  yetişən  və  təbii  boyaq 

maddələri  ilə  zəngin  olan  bitkilərin  kimyəvi  tərkib  göstəriciləri  hələ  indiyədək 

tamamilə  öyrənilməmiş  olsa  belə,  bu  bitkilərdən  alınan  boyaq  maddələrindən 

qida  sənayesinin  müxtəlif  sahələrində,  eləcə  də  müxtəlif  yüngül  sənaye 

sahələrində,  o cümlədən tekstil  sənayesində geniş istifadə  olunur.  

Azərbaycana  xas  olan  əlverişli  iqlim,  olduqca  münbit  torpaq,  relyefin 

müxtəlif  olması,  kifayət  qədər  yüksək  miqdarda  günəş  şüası,  tələb  edilən 

miqdarda  su  ehtiyatlarının  mövcudluğu  burada  faydalı  bitki  sərvətlərinin,  o 

cümlədən bir çox boyaq bitkisinin yayılmasına və inkişafına  zəmin  yaratmışdır.  

Elə  bu  səbəbdəndir  ki,  Azərbaycan  ərazisində  yabanı  halda  yetişən  təbii 

boyaq  bitkilərinin  kimyəvi  tərkib  göstəriciləri  dünyanın  digər  regionlarında 

yabanı  halda  bitən  boyaq  bitkilərinin  kimyəvi  tərkib  göstəricilərindən  müsbətə 

doğru  fərqlənirlər.  Bu  ilk  növbədə  təbii  boyaq  bitkilərinin  kimyəvi  tərkibinə 

daxil  olan  boyaq  maddələrinin  miqdarının  daha  çox  olması  və  rəng  çalarlarının 

intensivliyinin  daha yüksək olması ilə  şərtlənir.   

Qədim  zamanlardan  etibarən  yabanı  halda  yetişən  təbii  boyaq  bitkilərinin 

Azərbaycanda çox olmasına baxmayaraq, onların hamısından boyaq məqsədi ilə 

istifadə  olunmamışdır.  

Təbii  boyaq  bitkisi  növlərinin  kimyəvi  tərkib  göstəriciləri  və  istifadə 

olunma  üsulları  lazımi  səviyyədə  öyrənilmədiyi  üçün  onların  hamısının  nə  yerli, 

nə  də  ki,  botaniki  –  elmi  adları  və  siyahısı  son  zamanlaradək  izah  olunmamış 

qalmaqdadır.  


 

 

 



Qeyd  etmək  lazımdır  ki,  bütün  bitki  növlərinə  şamil  edildiyi  kimi,  hər  bir 

yabanı  boyaq  bitkisinin  özünün  fərdi  toplanma  müddəti  mövcuddur.  Məsələn, 

murdarça  bitkisinin  meyvəsi  yetişən  zaman,  onun  cavan  zoğlarını  yay 

mövsümünün  ikinci  yarısında,  tut,  sarağan,  sumaq,  və  qoz  ağacı  yarpaqlarını, 

yemişan,  itburnu  (dərgil)  meyvələrini  payız  mövsümünün  axır  aylarında,  yəni 

oktyabr – noyabr aylarında, toplamaq məqsədəuyğun hesab olunur. Boyaqçılıqla 

məşğul  olan  ixtisaslı  mütəxəssislər  uzun  illərin  mövcud  olan  təcrübəsinə 

əsaslanaraq  deyirlər  ki,  boyaq bitkisi kökünün yaz və ya payız aylarında tədarük 

olunması, açıq və ya rəngli boyaq maddəsinin alınmasına səbəb olur. 

  

Cədvəl 1 



Yabanı halda bitən bəzi boyaq bitkilərinin kimyəvi tərkib göstəriciləri 

Bitkilərin 

adı

 

Quru 



maddə 

miqdarı, 

%-lə 

Efir 


yağları,  

%-lə


 

Boyaq 


maddələri, 

%-lə 


Üzvi 

turşular, 

%-lə 

Vitaminlər,  mq%-lə  





Yemişan 

7,0 – 10,0 

30–38 

(toxumda) 



2,5-3,3 

0,24 


200,0  12,0 

0,44 


Qara 

kəndalaş 

 

5,8-8,0 


 

0,32 


 

2,8-3,6 


 

0,32 


 

82,0 


 

 



0,04 

Şirin 


biyan 

 

25 



 

0,43 


 

0,8-1,1 


 

0,18 


 

30,0 


 

3,5 


 

0,21 


İtburnu  

18,0-24,0 

0,03 

0,9-1,2 


1,80 

470,0 


2,6 

0,3 


Çaytikanı 

7,5-10,5 

8,8-12,13 

0,7-1,0 


2,64 

273,0 


8,5 

0,38 


Zəfəran   

30-35,0 


0,4-1,3 

3,0-3,5 


0,38 

15,0 


1,5 

5,3 


 

Məhz  boyağın  kimyəvi  tərkibi,  istehsal  edildiyi  ilk  xammalın,  yəni  bu 

bitkilərin  kimyəvi  tərkibi  ilə  əlaqədardır.   

Yabanı  halda  yetişən  yemişan  bitkisinin  meyvələrinin  tərkibində  olduqca 

yüksək  bioloji  əhəmiyyət  kəsb  edən  karotin,  C  –  vitamini  (askorbin  turşusu)  və 

PP  vitamini  də  vardər.  Onun  meyvə  hissəsindən  hazırlanan  ekoloji  təmiz  təbii 

boyaq maddəsi ilə bir çox qida məhsullarını boyamaq mümkündür.  

Yemişan  bitkisinin  bütün  qiymətli  xüsusiyyətləri  nəzərə  alınaraq  hazırda 

onun  növləri,  yayılma  arealı,  bütün  ekoloji  –  bioloji  xüsusiyyətləri,  yetişdiyi 


 

regiondan  asılı  olaraq  orta  illik  məhsuldarlığı,  sənaye  miqyasında  istifadə 

olunması məqsədi ilə  təbii  ehtiyatları  geniş şəkildə öyrənilir.    

Yemişan  meyvələrində  olduğu  kimi  itburnu  (dərgil)  meyvələrindən  də 

ekoloji  cəhətdən  təmiz  olan  təbii  boyaq  maddəsi  istehsal  etmək  mümkündür. İlk 

dəfə  olaraq  Azərbaycanda  və  eləcə  də  Zaqafqaziya  regionunda  itburnu 

meyvələrindən  təbii  boyaq  maddəsi  Azərbaycan  Milli  Elmlər  Akademiyası 

Botanika  İnstitutunun  əməkdaşı Qasımıv M. Ə. Tərəfindən alınmışdır.  

O,  ilk  dəfə  olaraq  “çal”a  çevrilmiş  itburnu  meyvələrindən  təbii  boyaq 

məhlulu  hazırlayarkən,  yun  sapda  boz,  qara,  tütünü,  tütünü  –  boz,  narıncı  – 

qonur  və  başqa  rəng  çalarları  almışdır  (1980).  Alınan  təbii  boyaqlar  müxtəlif 

kimyəvi  birləşmələrin  təsirinə  qarşı həddən artıq davamlı olmuşdur [3].  

Yabanı  halda  bitən  itburnu  ağacında  yetişən  meyvələrin  kimyəvi  tərkib 

göstəricilərini  xarakterizə  edən  müxtəlif  maddələrin  miqdarı  1  –  ci  cədvəldə 

göstərilmişdir.   

Qida  məqsədli  təbii  boyaq  maddələri  istehsal  etmək  üçün  xammal  kimi 

istifadə  olunan  yabanı  boyaq  bitkilərindən  qara  kəndalaş,  çaytikanı,  zəfəran  və 

şirin  biyanın  da  kimyəvi  tərkib  göstəricilərinin  bəzi  parametrləri  1  –  ci  cədvəldə 

göstərilmişdir.  Cədvəldən  göründüyü  kimi,  tərkibində  olan  boyayıcı  maddələrin 

miqdarına  görə,  zəfəran,  yemişan  qara  kəndalaş  meyvələri  ilk  yerləri  tutur. 

Digər  yabanı  bitki  xammallarının  tərkibində  təbii  boyaq  maddəsinin  miqdarı 

nisbətən  aşağı  olsa  da,  onların  boyayıcı  effekti  heç  də  birincilərdən  geridə 

qalmır.  Hətta  bəzi  rəng  çalarlarının  daha  da  intensiv  alınmasına  görə,  müəyyən 

qədər üstünlük təşkil  edir.  

 Müəlliflər  tərəfindən  yerinə  yetirilən  çoxsaylı  elmi  –  tədqiqat  işlərinin 

nəticələri  göstərmişdir  ki,  100  qram  çaytikanı  meyvəsinin  tərkibində  10  –  12 

mq%  karotin,  273  mq%-ə  qədər  askorbin  turşusu  (C  vitamini),  0,79  mq%  fol 

turşusu  (B

15

  vitamini),  0,1  –  0,35  mq% B



1

 vitamini, 0,06 mq% B

2

 vitamini, 20,0 



mq%  E  vitamini  (tokoferol),  digər  B  qrup  vitaminləri  və  PP  vitamini  vardır.  Bu 

qiymətli  bitki  meyvələrinin  tərkibində  vitaminlərdən  başqa  8,0  faizdən  çox  yağ 

vardır ki, bu da meyvələrin  bioloji  dəyərinin  yüksək olmasını şərtləndirir.   


 

 

 



Çaytikanı  yağının  tərkibindəki  stearin  turşusu  insanların qan damarlarında 

xolesterin  maddəsinin  toplanmasının  qarşısını  alır.  Çaytikanı  meyvəsi  digər 

bioloji  aktiv  maddələrlə  də kifayət  qədər zəngindir  [10]. 

Ürək,  qan  –  damar,  ateroskleroz,  hipertoniya,  yüngül  və  ağır  yanıqlar  və 

eləcə  də  bu  kimi bir çox digər xəstəliklərin qarşısını almağa qadir olan çaytikanı 

meyvələrinin  özləri  və  eləcə  də  bu  meyvələrdən  hazırlanan  müxtəlif  vasitələr 

(çaytikanı  meyvəsinin  qurusu,  çaytikanı  yağı  və  s.)  xalq  təbabətində  olduqca 

geniş miqyasda istifadə  olunur [41].  

Yoluxucu  mədə  və  mədə  –  bağırsaq  xəstəlikləri,  əsəb  pozğunluğu  və 

qalxanvari  vəzinin  xəstəlikləri  zamanı  çaytikanı  yağı  olduqca  faydalıdır.  O, 

həmçinin  təbabətdə  mədə,  onikibarmaq  bağırsağın  xorasına,  yanıq,  donvurma, 

ekzema,  dəmirəv,  dəri  vərəmi,  müxtəlf  qadın  xəstəlikləri  (ginekoloji  xəstəliklər) 

və göz xəstəliklərinə  qarşı da müvəffəqiyyətlə  istifadə olunur  [38].  

Çaytikanı  bitkisinin  yarpaq  və  yenicə  inkişaf  etmiş  budaqlarından  təbii 

boyaq  maddəsi  kimi  də  istifadə  edilə  bilər.  Belə  ki,  onun  yarpaq  və  oduncaq 

hissələrindən sarı, sarı – narıncı, narıncı, yaşıl, qonur, qəhvəyi, qəhvəyi – qonur, 

şabalıdı, firuzəyi, zeytunu, abı, abı – yaşıl və s. rəng və rəng çalarları alınır. Qida 

sənayesində  çaytikanı  bitkisinin  müxtəlif  orqanlarından  alınan  boyaq 

növlərindən  müxtəlif  qida  məhsullarının  boyadılmasında  geniş  istifadə  edilə 

bilər  [20].  

Digər  yabanı  bitkilər kimi sumaq da həm xalq təbabətində və həm də qida 

sənayesində,  məsələn  milli  kulinariyada  bir  dadverici  qida  əlavəsi  kimi  geniş 

istifadə  edilir.  Sumaq,  həm  də  olduqca  qiymətli  texniki  bitkidir.  Bu  bitki 

növünün  kimyəvi  tərkib  göstəriciləri  kifayət  qədər  yaxşı  öyrənilmiş  və 

yarpaqlarının  tərkibində  11,5  –  25,0  faizədək  tanin  maddəsinin  olduğu müəyyən 

edilmişdir.  Sumaq  bitkisinin  yarpaqlarından  tibb  sənayesində  istifadə  olunmaq 

məqsədi  ilə  tanin  və  qal  turşusu  hazırlanır.  Sumaq  meyvəsinin  qabıqlarında 

çoxlu  miqdarda  turş  dada  malik  birləşmələr  olduğundan  o,  qida  sənayesində 

daha geniş miqyasda işlədilir.   


 

Sumağın qabığında, yarpaqlarının tərkibində, ağacının köklərində və eləcə 

də  meyvə  hissəsinin  tərkibində  boyaq  maddəsi  olan  mirsetin  maddəsi  – 

C

15

H

10

O

8

 vardır.  

Sumağın  gövdə  və  yarpaqlarından  sarı  və  boz,  köklərinin  qabığından 

şabalıdı,  meyvələrindən  isə  qırmızı  boyaq  alınır.  Sumağın  yarpaq  və  meyvə 

hissələrindən  alınan  boyaq  məhlulunda  rənglənmiş  yun  sap,  müxtəlif  rəng 

çalarları,  məsələn  sarı,  boz,  yaşıl,  qonur,  narıncı  –  qəhvəyi  çalarlar  qazanır. 

Alınan  rənglər  Günəş  şüasına  və  kimyəvi  yuyucu  vasitələrlə  yuyulmaya  qarşı 

çox  davamlı  olur.  Sumaqdan  hazırlanmış  boyaq  maddələri  bir  çox  unlu  və 

şəkərli  qənnadı məmulatları  üçün də olduqca qiymətli  boyayıcı vasitədir.  

Zirinc  də  qiymətli  boyaq  bitkisi  kimi  hələ  lap  qədim  zamanlardan etibarən 

istifadə  olunmağa  başlanmışdır.  Meyvələrinin  tərkibində  5,0  faiz  şəkərli 

maddələr,  6,5  faiz  üzvi  turşular,  15,0  mq  faiz  askorbin  turşusu,  karotin,  E 

vitamini,  pektin  maddələri,  aşılayıcı  birləşmələr,  antosianlar  çoxluq  təşkil  edən 

boyaq maddələri və bu kimi  bir çox kimyəvi  maddələr vardır.  

Toxumlarının  tərkibində  15,0  faizə  qədər  yağ  mövcud  olur. 

Meyvələrindən  qədim  zamanlarda  belə  qırmızı  rəngli  mürəkkəb  hazırlanarmış, 

bu ənənə indi də davam etdirilir.   

Zirinc  meyvələrindən  istehsal  edilən  şərabdan  halsızlığa,  difteriyaya  və 

baş  gicəllənmələrinə  qarşı  aparılan  müalicədə  bir  dərman  vasitəsi  kimi  istifadə 

edirlər.  Müxtəlif  konserv  məhsulları  və  qənnadı  məmulatları  istehsalı  üçün  ən 

yaxşı və əvəzsiz xammal  növü sayılır [15].  

Zirincin  qabıq,  oduncaq  və  kök  hissələrinin  tərkibində  berberin  adlı  təbii 

boyaq maddəsi vardır.  

Bir  çox  tədqiqatçılar  qeyd  edirlər  ki,  zirinc  bitkisinin  müxtəlif 

hissələrindən (kök, gövdə, yarpaq, çiçək, meyvə) 350 – 400-ə qədər rəng və rəng 

çalarları  almaq  mümkündür.  Alınan  rənglər  Günəş  şüalarına,  əsasların, 

turşuların  və  kimyəvi  yuyucu  vasitələrin  təsirinə  qarşı  çox  davamlı  olub, 

boyaqçılıq  sənayesində  yun,  ipək  və  pambıq parçadan hazırlanan məmulatların, 

meyvə hissələrindən alınan boyaq ekstraktı isə qida məhsullarının boyanmasında 



 

 

 



geniş  istifadə  oluna  bilər.  1  kq  zirincdən  hazırlanan  boyaq  ekstraktı ilə 8  – 9 kq 

yun və müxtəlif  qida məmulatlarını  boyamaq mümkündür.  

Ümumiyyətlə  yabanı  halda  yetişən  bitkilərin  kimyəvi  tərkibi  təbii  boyaq 

maddələri  ilə  olduqca  zəngindir.  Bu  bitkilər  içərisində  əsasən  də yemişan bitkisi, 

tərkibinə  daxil  olan  təbii  boyaq  maddələrinin  rənglərinin  intensivliyinə  görə 

digər  bitkilərdən  kəskin  fərqlənir.  Yemişan  bitkisi  meyvələrinin  kimyəvi 

tərkibinə  daxil  olan  maddələr  qrupu  həm  müalicəvi  və  həm  də  qidalıq  dəyəri 

nöqteyi  –  nəzərindən  çox  əhəmiyyətli  olduğundan,  bu  xammal  növündən  alınan 

müxtəlif  çalarlı  boyaq  maddələri  də  qida  sənayesinin  müxtəlif  sahələrində 

müxtəlif  çeşidli  qida  məhsullarını  rəngləmək  məqsədi  ilə  geniş  miqyasda  tətbiq 

edilə  bilər.  Hələlik  yemişandan  alınan  boyaq  maddəsinin  qida  sənayesində 

konserv  məhsullarının,  qənnadı  məmulatlarının  və  qida  konsentratlarının 

boyadılmasında  istifadə  edilməsi  qarşıda duran ən mühüm və həlli zəruri sayılan 

problemlərdən  biridir.   

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin