Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


İstehsalat hava tozları və qazlarına qoyulan sanitar-gigiyenik tələblər



Yüklə 196,75 Kb.
səhifə41/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   37   38   39   40   41   42   43   44   ...   82
Baytarlıq sanitariyası CAVAB

İstehsalat hava tozları və qazlarına qoyulan sanitar-gigiyenik tələblər



4.1. İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması layihələrində aşağıdakıları təmin edən texniki həllər nəzərdə tutulmalıdır:
a) yaşayış, ictimai, həmçinin müəssisələrin inzibati-məişət binalarının (bundan sonra - inzibati-məişət binaları) xidmət edilən zonasında normalaşdırılan meteoroloji şəraiti və havanın təmizliyini;
b) istənilən təyinatlı binalarda istehsalat, laboratoriya və anbar (bundan sonra - istehsalat) sahələrinin işçi zonasında normalaşdırılan meteoroloji şəraiti və havanın təmizliyini;
c) isitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması sistemlərinin və avadanlığın işləməsi zamanı səs-küyün və vibrasiyanın normalaşdırılan səviyyəsini (qəza ventilyasiyası və tüstüyə qarşı mühafizə sistemləri üçün ГОСТ 12.1.003-ə uyğun olaraq avadanlığın işləməsi və ya yoxlanılması zamanı, avadanlığın quraşdırıldığı sahələrdə səs-küy 110 dBA-dan, impulslu səs-küy isə 125 dBA-dan çox olmamaqla yol verilir);
ç) isitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması sistemlərinin təmirə yararlılığını;
d) isitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması sistemlərinin partlayış və yanğın təhlükəsizliyini.
Layihələrdə isitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması sistemlərinin istismarı üçün işçi heyəti nəzərdə tutulmalıdır.
4.2. İstismarda olan müəssisələrin, yaşayış, ictimai və inzibati-məişət binalarının yenidən qurulması və texniki cəhətdən yeniləşdirilməsi layihələrində, texniki-iqtisadi əsaslandırılma ilə mövcud isitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması sistemlərindən (onlar bu normaların tələblərinə cavab verdiyi halda) istifadə edilməlidir.
4.3. Aqressiv mühitli sahələrdə yerləşdirilən, həmçinin aqressiv mühitli havanın xaric edilməsi üçün nəzərdə tutulmuş isitmə-ventilyasiya avadanlığının, boru və havakəmərlərinin korroziyaya uğramayan materiallardan və ya korroziyaya qarşı mühafizə örtükləri ilə nəzərdə tutulmalıdır.
4.4. Otaqlarda yerləşdirilən isitmə və ventilyasiya avadanlığının, boru və havakəmərlərinin isti səthləri qazların, buxarların, aerozolların və tozun alovlanması təhlükəsini yaratdıqda, istilik izolyasiya konstruksiyasının səthində olan temperaturu qeyd olunan maddələrin öz-özünə alovlanma temperaturundan ən azı 20 % aşağı nəzərdə tutmaqla, izolyasiya edilməlidir.
Qeyd. İzolyasiya səthində olan temperaturu göstərilən səviyyəyə qədər endirmək mümkün olmadıqda isitmə və ventilyasiya avadanlığı, boru və havakəmərləri göstərilən otaqda yerləşdirilməməlidir.

Yüklə 196,75 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin