291
−anda
2
: atanda. “Ox atanda mən sənin oxıηı yarmadımmı?”;
“Hər atanda on iki batman taş atardı”. Bu nümunələrdəki -anda
feli bağlama şəkilçili söz (atanda) şühudi keçmiş və qeyri-qəti
gələcəkli keçmiş zaman formalarını qəbul etmiş sözlərin (yarmadı,
atardı) qrammatik semantikasını qüvvətləndirib;
−kən: qovarkən. “Oğlan keyiki qovarkən babasınıη ögindən
gəlüb-gedərdi”; söhbət edərkən. “Günlərdə bir gün Yegnək oturub
bəglərilə söhbət edərkən Qaragünə oğlı Budağ ilə üz düşəmədi”;
−gəc//-cək, -caq, -icək: digəc. “Çoban böylə digəc Qazana
qəhər gəldi”; göricək. “Ayğırları göricək bəgəndi”; göricək.
“Köpəkləri göricək qas-qas güldi”;
−ınca: çıqınca (çıxınca). “Ağ ətindən qan çıqınca dögdilər”;
−madan: yumadan. “əlin-yüzin yumadan obanıη, ol ucından
bu ucına – ol ucına çarpışdırdı”;
−əli: gedəli. “Beyrək gedəli Bam-bam dəpə başına çıqdınmı,
qız?!”; gedəli. “Sən gedəli, xanım, arqurı yatan Ala tağların
avlanmamışdır”;
−duqca: urduqca. “Urduqca böyüdi”;
Nümunələrdəki feli bağlama formalarının hər biri keçmiş
zaman mənasını qüvvətləndirən ikinci dərəcəli morfoloji göstərici-
lər kimi çıxış edir.
İndiki zamanın əsas morfoloji
göstəriciləri
Bəllidir ki, keçmiş və gələcək zamanlar indiki zamana görə
müəyyən olunur. Bu mənada “gələcək zamanın qrammatik forma-
ları nisbətən sonrakı dövrlərdə formalaşıb” tezisi bütün para-
metrlərinə görə inandırıcıdır. Burada Ə.Dəmirçizadənin bir fikrinə
diqqət yetirək: “...gələcək zaman məfhumu digər (keçmiş və in-
diki) zaman məfhumlarından sonra əmələ gəldiyi üçün, dildə də,
gələcək zaman bildirən xüsusi əlamət, keçmiş və indiki zamanları
bildirən xüsusi əlamətlərdən sonra yaranır. Hətta bəzən, gələcək
“Dədə Qorqud”un möcüzələr dünyası
292
zaman məfhumu olduğu halda, gələcək zaman üçün xüsusi şəkilçi
hələ təşəkkül etməmiş olur. Belə hallarda, çox zaman, nisbətən
daha əvvəl təşəkkül etmiş olan indiki zaman əlaməti müvəqqəti
ollaraq, gələcək zamanı da bildirmək üçün işlənir”
1
. Müəllif qram-
matik zamanların, xüsusən də gələcək zaman formalarının yaran-
ma və inkişaf tarixini düzgün müəyyənləşdirib. Bu baxımdan indi-
ki və gələcək zamanlara məxsus qrammatik formaların etimolo-
giyası ilə bağlı deyilmiş bəzi fikirləri nəzərdən keçirək:
-ır
4
şəkilçisi “yeri” feil kökündən törəmişdir (K.Foy); -ır
4
şəkilçisi “yor”dan törəmişdir, “yor” isə “yatır” sözü əsasında yara-
nıb (F.E.Korş); indiki zamanın qrammatik forması yat, dur, otur,
yür feillərindən törəyib (B.Serebrennikov); “yor” morfoloji əlamə-
ti hərəkət bildirən “yürü” feli əsasında yaranıb (M.Ergin); -ır
4
şəkilçisi “a–a+turur” modelinin inkişafı əsasında reallaşıb (M.Şi-
rəliyev); indiki və qeyri-qəti gələcək zaman göstəriciləri kimi
diferensiallaşmış – -ır//-ar şəkilçilərini də eyni mənşəli hesab et-
mək olar (F.Cəlilov)...
-acaq
2
qəti gələcək zaman şəkilçisinin iki modelin inkişafı
əsasında yarana bilməsi ehtimal edilir: “a+jak+a” feli bağlama şə-
kilçisi; “jak<çanq< -can” ismi ad (V.Banq); -acaq
2
şəkilçiisi
“a+jak” formasından törəmədir: “-a“ “kay” əsasında yaranıb,
“jak”la (“çaq”la) eyni semantik yuvaya daxil olur (İ.Deni); -acaq
2
qəti gələcək zaman şəkilçisi zaman məzmunlu “çağ” sözü əsasın-
da yaranıb (Z.Tağızadə); -acaq
2
şəkilçisi -ey// -yey şəkilçisindən
törəmişdir; -acaq şəkilçisi -a iltizam forması və ya -an feli sifət
şəkilçisi ilə zaman məzmunlu “çag” sözünün qovuşmasından yara-
nıb (A.Axundov); -acaq
2
forması -a feli bağlama şəkilçisi və -caq
(<çağ?) şəkilçilərinin qovuşması nəticəsində yaranıb (F.Cəlilov);
Göründüyü kimi, indiki və gələcək zaman formalarına müx-
təlif prizmalardan yanaşılıb. Açığını deyək ki, bu izahların hər
biri ilə müəyyən mənada razılaşmaq da olar. Amma şühudi keçmiş
zaman şəkilçisinin etimologiyası ilə bağlı təqdim etdiklərimiz
1
Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.89.
“Dədə Qorqud”un möcüzələr dünyası
293
konkret desək, “dönq (Günəşin dönməsini (əyilməsini) ifadə edən
“dön” felinin ilkin formalarından biri) →dünq→düq (keçmiş za-
manın ilkin forması) = -dı
4
şühudi keçmiş zamanın tam sabitləş-
miş forması” kimi tezislər problemə tam yeni müstəvidə yanaşma-
ğı diktə edir. İlk olaraq qeyd edək ki, “dön//dünq→düq= -dı
4
”
modelinin assosiativliyi “indiki və gələcək zamanın qrammatik
formaları da Günəş işığının hərəkət trayektoriyasına uyğun şəkildə
yaradılıb” − fikrini reallaşdırır. Bu mənada aşağıdakı arqumentlə-
rə diqqət yetirək:
− qədim türk abidələrinin dilində işıq, parıltı anlamlı
yarık//yaruk//yar, eyni zamanda işıldamaq, parlamaq, işıqlanmaq
anlamlı “yaru” sözü işlənib. “Tan tanlardı udu yir yarudı, udu kün
toğdı... Dan söküldü, ardınca yer işıqlandı, ardınca gün doğdu”
1
.
Deməli, “yar” sözü Günəş işığı görünən an, vaxt mənasını da ifadə
edə bilərdi. Qeyd edək ki, indiki zaman mənası Günəş işığının hə-
rəkət trayektoriyasına uyğun olaraq hər saniyə dəyişir: geridə qa-
lan hər saniyə keçmiş zaman olursa, irəlidə gözlənilən hər saniyə
də indiki və gələcək zaman olmaqla növbələşir. Hər üç halda, da-
ha dəqiqi, hər üç zamanda meyar məhz Günəşin hərəkət trayek-
toriyası götürülə bilər. Bu mənada qədim türk dilindəki işıq, parıltı
anlamlı “yar” sözünün qrammatik zaman funksiyasında çıxış edə
bilməsi qədim türk düşüncəsi üçün məntiqli və təbii hesab oluna
bilər;
− işıq, parıltı anlamlı “yar” leksemi ilə indiki və gələcək za-
man formaları fonetik tərkibcə çox yaxındır. Məsələn, Orxon-Ye-
nisey abidələrindəki -ır
4
(indiki zaman forması), -ar
2
(qeyri-qəti
gələcək zaman forması), “Kitab”ın dilindəki -ar, -ər, -ur, -ür (in-
diki və gələcək zaman forması) şəkilçiləri ilə “yar” sözü fonetik
tərkibcə oxşardır. Türkiyə türkcəsində -yor, türkmən dilində -yar, -
yər şəklində işlənən indiki zaman formaları isə bütün parametrlə-
rinə görə “yar” leksemi ilə eyni xətdə birləşir;
1
Ə.Rəcəbov, Y.Məmmədov. Orxon-Yenisey abidələri. Bakı, 1993, səh.192, 197.
“Dədə Qorqud”un möcüzələr dünyası
294
− qədim türk yazılı abidələrində, o cümlədən “Kitab”ın dilin-
də işlənmiş gələcək zaman məzmunlu “yarın” (sabah) isminin kök
morfemi (yar) forma və semantikasına görə həm “yar” leksemi,
həm də indiki və gələcək zaman formaları (-ar
2
, -ır
4
, -yor, -yar, -
yər) eyni yuvaya daxil olur. Əlavə edək ki, “yarın” (sabah) sözü
Türkiyə türkcəsində ədəbi dil səviyyəsində eynilə mühafizə olu-
nur;
− yuxarıdakı qeydlər -acaq
2
gələcək zaman formasının eti-
moloji əsaslarına da işıq sala bilər. Fikrimizcə, -acaq
2
forması za-
man məzmunlu iki morfemin (-a+çağ) sintezi əsasında yaranıb:
bunlardan birincisi “yar” leksemi əsasında yaranmış -ar
2
(indiki
və gələcək zaman forması) şəkilçisinin qısaldılmış forması (-a
2
)
kimi görünür. “Kitab”ın dilində işlənmiş ölə (ölər), qala (qalar)
forması da (“Yarınkı gün mən öləm, oğlım qala” – “Sabahkı gün
mən ölərəm, oğlum qalar”) -acaq
2
şəkilçisindəki “-a” elementinin
“-ar” şəkilçisinin qalığı olduğunu təsdiqləyir. Yeri gəlmişkən, bu
barədə türkologiyada kifayət qədər bəhs olunub. Məsələn, bu
problemi Orxon-Yenisey abidələri kontekstində araşdırmış Ə.Rə-
cəbli yazır: “Qədim türk yazılı abidələrinin dilində felin indiki-
gələcək zamanı feil əsaslarına samitlə bitən feillərdə -a, -ə, saitlə
bitən feillərdə -y şəkilçisini artırmaqla əmələ gəlir. İndiki-gələcək
zamanda zaman şəkilçisindən sonra şəxs əvəzlikləri ilə eyni fone-
tik tərkibə şəxs şəkilçiləri artırılır; məsələn; ...iliηiz üçün kazğanu
öz kuy yıta siz (Y28) ”eliniz üçün qazanaraq öz eviniz üçün ağla-
yırsınız”. İniliη böri uça (Y28). “Kiçik qardaşım qurd uçar...”
1
.
Yaxud “a” elementinin mənşəyi ilə bağlı fikirləri saf-çürük edən,
eyni zamanda problemə tarixi-linqvistik prizmadan yanaşan K.Bə-
şirov göstərir: “...əksər dilçilər bu fikri dəstəkləyirlər ki, “a” ele-
mentı indiki və ya qeyri-müəyyən gələcək zamanın şəkilçisi “-ar”-
dan samitin düşməsi ilə yaranmışdır. Bunu müasir türk dillərinin
bir çoxunda “a” və “ar” elementlərinin indiki zaman funksiyasında
paralel işlənməsi də sübut edir: baram-barırım (başqırd); barüma–
1
Ə.Rəcəbli. Qədim türk yazılı abidələrinin dili. I hissə, Bakı, 2006, səh. 562-563.
“Dədə Qorqud”un möcüzələr dünyası
295
barırma (qaraçay-balkar); kələsən-kələrsən (özbək) və s.”
1
; -acaq
2
şəkilçisindəki “caq” elementinin vaxt, zaman anlamlı “çağ” sözü
əsasında yaranması da türkoloji ədəbiyyatda kifayət qədər əsaslan-
dırılıb. Bu mənada “yar (işıq)→ar→a+çağ(-caq
2
) = -acaq
2
” modeli
real hesab oluna bilər. Daha asan qavranılsın, - deyə -acaq
2
gələ-
cək zaman formasının mənşəyi ilə bağlı nisbətən sadə bir modeli
də təqdim etməyi zəruri hesab edirik: “yarın (sabah) + çağ (vaxt,
zaman) = yar +çağ + - ar+çağ = -a
2
+ -caq
2
= -acaq
2
”.
Yeri gəlmişkən, türkologiyada “çağ” sözünün sinkretik kö-
künə də münasibət bildirilib. Məsələn, B.Xəlilov yazır: “sa – sin-
kretik kökü “vaxt, zaman” mənasında da olmuşdur: sa = çak. Bu
fakta görə deyə bilərik ki, “vaxt, zaman” mənalı “çağ” sözü ilə
sinkretik sa – kökü arasında əlaqə vardır. sa~ça – (ça – k//çağ)
2
...
Yekun olaraq qeyd edək ki, -acaq
2
şəkilçisinin formalaşma
və inkişaf tarixi də maraqlıdır. Müşahidələr göstərir ki, “Kitab”ın
dilində -acaq
2
şəkilçisi qəti gələcək zamanın qrammatik forması
kimi yox, gələcək zaman məzmunlu feli sifət şəkilçisi kimi iş-
lənib. Məsələn, “Bu yığılacaq evdə un yoq...”. Bu tip cümlələrdəki
-acaq
2
şəkilçisinə münasibət bildirən Ə.Dəmirçizadə yazır: “Bu
şəkilçi haqqında nə M.Kaşğari “Divan”ında, nə də İbn Mühənna
lüğətində heç bir məlumat yoxdur. Bu şəkilçi, ola bilsin ki, son
dövrlərdə törəmiş; buna görə də bu şəkilçinin “Kitabi-Dədə
Qorqud”da hər hansı bir mənada işlənməsi, ümumən felin gələcək
zaman şəkilçisi olan “-acaq, -əcək” morfeminin tarixi nöqteyi-
nəzərindən də tədqiq edilməli bir faktdır”
3
.
Türkoloji ədəbiyyatda indiki və gələcək zaman forması kimi
“-r” şəkilçi morfemindən də geniş şəkildə bəhs olunub. Burada
bəzi izahları saf-çürük etmək lazım gəlir. İlk olaraq Ə.Dəmirçiza-
dənin fikirlərinə diqqət yetirək: “Buradakı cümlələrdən birincisin-
də (“Kitab”dan verilmiş cümlələr nəzərdə tutulur – Ə.T.) “uyu–r”
1
K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər.Bakı,2009,səh.141.
2
B.Xəlilov. Fellərin ilkin kökləri. Bakı, 1998, səh. 150.
3
Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.63.
“Dədə Qorqud”un möcüzələr dünyası
296
sözündə, ikincisində isə “ağla-r”, “bozla-r” sözlərində işlənən “-r”
şəkilçisi indiki zaman mənasında “-yur” (uyu-yur), “-yır” (ağla-
yır, (bozla-yır) əvəzinə işlənmişdir. XI əsrin məşhur dilçisi
M.Kaşğari də ümumən türk dillərində, o cümlədən oğuz, qıpçaq
dillərində də “-r” hərfinin həm indiki zaman, həm də gələcək za-
man üçün işləndiyini “Kitabi-divani-lüğat ət-türk” əsərində ətraflı
surətdə izah etmişdir”
1
. Bu cür fikirlər başqa türkoloqlar tərəfin-
dən də söylənilib. Məsələn, A.Axundov yazır: “...bir çox şivələri-
mizdə qeyri-qəti gələcək zaman “r” ünsürünü ikinci şəxsdə də
mühafizə edə bilir. Buna əsaslanaraq ilk baxışda belə bir nəticəyə
gəlmək olur ki, “r” forması daha qədimdir və “r”-in ikinci və
üçüncü şəxslərdə “z”-yə çevrilməsi nisbətən yeni hadisədir”
2
. Ya-
xud Ə.Dəmirçizadənin fikirlərinə istinad edən E.Əzizov göstərir:
“-r” şəkilçisinin indiki-gələcək zaman məzmunu ifadə etməsinə
ədəbi dilin sonrakı dövrlərində də rast gəlinir: Nə surətdir ki,
oxurlar bu ismi eyni-zat andan (Nəsimi); Gül yüzün dövründə
xəttin kim oxur qul Kişvəri; Məzarım üstünə hərdən nədən ağlar
bəhar ayrı (Kişvəri)... Müasir Azərbaycan dili şivələrində saitlə
bitən bəzi feillər -yır, -yir, -yur, -yür şəkilçisinin dəyişikliyə uğra-
ması ilə əlaqədar olaraq zaman şəkilçisi kimi -r formantını qəbul
edir, çox vaxt zaman şəkilçisinin saiti felin sonundakı saitlə birlə-
şərək uzun sait variantı əmələ gətirir. Şübhə yoxdur ki, indiki za-
man şəkilçisində özünü göstərən bu xüsusiyyət tarixən formalaş-
mışdır...”
3
. Müəllifin sonuncu fikirləri təkcə müasir şivələrimizə
deyil, həm də ümumən qədim türk dilinə aid səciyyəvi xüsusiy-
yətdir. Belə ki, qədim türk dilində indiki də gələcək zaman şəkil-
çisi kimi müstəqil “-r” şəkilçisindən yox, “-ar
2
” şəkilçisindəki “a”
saitinin düşməsi nəticəsində yaranmış “-r” (əslində, -ar
2
) şəkilçi-
sindən bəhs etmək olar. Burada M.Kaşğarinin fikirlərini eynilə
1
Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh. 93-94.
2
A.Axundov. Qeyri-qəti gələcək . Azərbaycan dilçiliyi müntəxəbatı. II cild, Bakı,
2013, səh.183-184.
3
E.Əzizov. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999, səh.193.
“Dədə Qorqud”un möcüzələr dünyası
297
təqdim etmək lazım gəlir: “... müzare şəkli feillərin hamısında “r”
ilə düzəldilir. Sözün sonunda “r” hərfi varsa, ikinci “r” əlavə edi-
lir. Birinci “r” sözün kökündə mövcud olan “r”-dir, ikincisi isə
müzare və istiqbal hərfi olan “r”-dir... Oğuzlar dildə sürət naminə
bəzi feillərdə müzare şəkilçisində olan iki “r”-dən birini atırlar və
sözü əmr şəkli kimi bir “r” ilə tələffüz edirlər...”
1
. Bütün bunlar
onu deməyə əsas verir ki, qədim türk dilində -ar
2
şəkilçisi sonu
samitlə bitən sözlərə qoşulduqda eynilə (-ar
2
) işlənibsə, sonu saitlə
bitən sözlərlə qoşulduqda “a” saitini itirmiş vəziyyətdə (-r) işlə-
nib. Yazılı abidələrin dilinə nəzər salaq: -ar
2
şəkilçisinin sonu sa-
mitlə bitən sözlərə qoşulması: təz+ər=təzər (qaçar), us+ar=usar
(qabaqlayar) (Orxon-Yenisey abidələri); qov + ar = qovar, ur + ar
=urar, götür+ər=götürər (“Kitab”); -ar
2
şəkilçisinin sonu saitlə
bitən sözlərə qoşularkən saitini itirmiş vəziyyətdə işlənməsi: ağla
+ -ar = ağlar, uyu + -ar = uyur, bozla + -ar = bozlar (“Kitab”). Bu-
rada bir məqam da yada düşür: M.Kaşğarinin “Divan”ında sonu
saitlə bitən feillərə -yür şəkilçisinin artırılması da özünü göstərir:
kərgə + yür = kərgəyür (yaraşar); əmgə + yür = əmgəyür (uzaşar)
(I, 367-368). “Divan”da məhdud dairədə işlənmiş –yür morfemi
də təkcə bir samitdən ibarət “-r” elementini indiki və gələcək za-
man forması kimi təqdim etməyə imkan vermir. Yaxud “Kitab”ın
dilində -ar
2
indiki-gələcək zaman formasının “r” səsini itirmiş və-
ziyyətdə
işlənməsi (öləm – ölərəm mənasında, qala–qalar məna-
sında) indiki-gələcək zaman şəkilçisi kimi “-r” morfeminin varlı-
ğından bəhs etməyin düzgün olmadığını göstərir.
-ar, -ər, -ur, -ür formasının indiki zaman funksiyasında çıxış
etməsini “Kitab”ın dili üzrə nəzərdən keçirək. Araşdırmalar göstə-
rir ki, “Kitab”ın dilində indiki və gələcək zamanların qrammatik
formalarından bəhs edən ilk alimlərdən biri də Ə.Dəmirçizadə
olub. Müəllif haqlı olaraq qeyd edir: “Kitabi-Dədə Qorqud” dilin-
də, deməli, ümumxalq dili halıdna təşəkkületmə dövründəki Azər-
baycan dilində, indiki zaman və müzare-gələcək zamanlar eyni
1
M.Kaşğari. Divanü lüğat-it-türk. II cild, Bakı, 2006, səh.59-60.
“Dədə Qorqud”un möcüzələr dünyası
298
şəkilçilərlə (“-r, -ər, -ar, -ür, -ur” şəkilçilərilə) ifadə edilmişdir,
yəni hər zamanı ifadə edən xüsusi şəkilçi hələ ayrılmamış və müs-
təqil halda təbəllür etməmişdi”
1
.Bu, o deməkdir ki, -ar, -ər, -ur, -ür
şəkilçi morfemlərinin indiki və ya gələcək zaman mənasında iş-
lənməsi mətnin ümumi semantik yükünə istinadən müəyyənləşir.
Burada iki nümunəni qarşılaşdıraq: “Dünlə kərvan keçdigin turğay
bilür”; “Yazıda-yabanda keyiki qoar, səniη ögüηə gətürər”. Birin-
ci cümlədəki “bilür” sözü müasir Azərbaycan dili baxımından in-
diki zaman formasında işlənmiş bir söz kimi görünür. Əslində isə
qeyri-qəti gələcək zamanda olub, ümumi zaman mənasını ifadə
edir. İkinci cümlədə “qoar” (qovar) və “gətürər” sözlərindəki -ar
2
qeyri-qəti gələcək zaman forması kimi görünsə də, indiki zaman
funksiyasındadır. Mətnin sadələşdirilmiş şəkli (1988-ci il Bakı
nəşri nəzərdə tutulur) də dediklərimizi təsdiqləyir: “Gecə ikən
karvan keçdiyini torağay bilər”; “Çöldən-düzdən keyiki qovur, sə-
nin qabağına gətirir...”. Bu faktlar bir daha sübut edir ki, “Kitab”ın
dilində -ar, -ər, -ur, -ür qrammatik zaman formaları diferensiallaş-
mamış vəziyyətdə olub.
-ar, -ər. –ur, -ür morfemlərinin indiki zaman mənasında çıxış
etməsi aşağıdakı nümunələrdə də müşahidə olunur:
ögərsən (öyürsən). “Altundağı alaca atuη nə ögərsən?”
düşər (düşür). “Köpək Qazanıη atınıη ayağına çap-çap
düşər...”
bilürmisin (bilirsənmi). “Oğul, oğul, ay oğul! Bilürmisin
nələr oldu?”
Bu nümunələrdəki “ögər” və “düşər” sözlərinin indiki za-
manda olması mətnin ümumi semantik tutumuna əsasən müəyyən
edilir.
“Kitab”ın dilində -ar
2
(indiki zaman forması) morfemini qə-
bul etmiş sözlərin mətn daxilində ardıcıl sıralanması ilə ahəngdar-
lığın yaradılması da müşahidə olunur:
“Qadın ana! Qarşum alub nə bögrərsən?
1
Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.94.
“Dədə Qorqud”un möcüzələr dünyası
299
Nə bozlarsan, nə ağlarsan?
Bağrımla yürəgim nə tağlarsan?
Keçmiş mənim günimi də aηdırarsan?...”
Bu parçadakı -ar
2
şəkilçili sözlərin hər biri indiki zaman-
dadır: bögrərsən – böyürürsən (inləyirsən), ağlarsan – ağlayırsan,
tağlarsan – dağlayırsan, aηdırarsan – andırırsan. Bu cür sadələşdir-
mə mətnin ümumi semantik yükü ilə birbaşa bağlanır.
İndiki zamanın ikinci dərəcəli
morfoloji göstəriciləri
“Kitab”ın dilində indiki zaman mənasını ifadə edən ikinci
dərəcəli morfoloji göstəricilərə az təsadüf olunur. Nümunə kimi
aşağıdakıları göstərmək olar:
-a
2
(felin arzu şəklinin qrammatik forması) indiki zaman mə-
nasını ifadə edir: “Haqluya həqqi dəgə, haqsuza yüzi qaraluğı də-
gə”. Bu cümlədəki “-ə” formasının indiki zamanı bildirməsi əvvəl
işlənmiş cümlədəki “-ur” indiki zaman forması ilə də təsdiqlənir:
“Sağdan gedəni sağ alur, soldan gedəni sol alur” (D-111);
-an
2
feli sifət şəkilçisi. Bu şəkilçinin etimologiyası ilə bağlı
türkologiyada bir neçə fikir var: “a (yönlük hal şəkilçisi) + n (hə-
rəkətin nəticəsini ifadə edən şəkilçi) = an
2
; -qan, -kən şəkilçisin-
dən törəmədir. K.Bəşirov bu fikirlərin heç birini qəbul etməyərək
yazır: “-an, -ən feli sifət şəkilçilərinin mənşəyi barədə biz də bir
neçə söz deyərək mövzunu qapatmaq istərdik. Bizə belə gəlir ki,
bu şəkilçinin mənşəyini vaxt, zaman məzmunlu “an” ismində ara-
maq lazımdır. Haçan, qaçan, haçağ, görcək sözlərində olduğu
kimi, feli sifət şəkilçisi funksiyasında da -an, -ən öz zaman məz-
mununu qoruyub saxlaya bilmişdir. Məhz buna görə də qoşuldu-
ğu feillərdə -an, -ən göstəricisi digər zaman göstəriciləri (-dı
4
, -
mış
4
) kimi vaxtı konkret deyil, ümumi şəkildə ifadə edir və ya
istənilən zamanla bağlı ola bilir...”
1
. Müəllifin fikirləri inandırıcı
1
K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər.Bakı, 2009,səh.199.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |