399) Hepatit xəstəliyi olan uşaqla təmasda olan uşaq üçün karantin neçə gündür?
A) 4 gün
B) 10 gün
C) 7 gün
D) 6 ay
E) 35 gün
Hepatitə yoluxmuş uşaqla kontaktda olanlar 35 gün ərzində izolə edilir. Bu müddət ərzində termometriya keçirilir, dərinin, sidiyin nəzarəti aparırılır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 489
400) Adları cəkilən bakterial infeksiyalardan hansını idarəolunan xəstəliyə aid etmək olar?
A) Difteriya
B) Qara yara
C) Skarlatina
D) Salmanelyoz
E) Botulizm
Vaksini mövcud olan infeksion xəstəliklər – idarə olunan sayılır. Sadalanan infeksion xəstəliklərdən difteriya – idarə olunandır.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Modul 1 Bakı 2010 səh7
401) Hansı hallarda difteriyaya şübhəli şəxslərin udlağından bakterioloji müayinə üçün yaxma götürülür?
A) Badamcıqlarda ərp olduqda
B) Diareya olduqda
C) Yüksək hərarət olduqda
D) Səpgi zamanı
E) Tənəffüs çətinləşdikdə
Difteriyalı xəstə ilə kontaktda olan şübhəli şəxslərin badamcıqlarında ərp olduqda bakterioloji müainə aparılır.
Ədəbiyyat: Л.A.Исаeva,Л.К.Бaжenova.»Детские Болезни» Mockвa1986 стр 562
Dostları ilə paylaş: |