455) Uşaq praktikasında ən çox istifadə olunan hərarət salıcı dərman hansıdır?
A) Baralgin
B) Pipolfen
C) Dimedrol
D) Analgin
E) Parasitamol
Əgər uşaqda bədən temperaturu 39 0-ni keçərsə bu hipertermiya adlanır. Uşaq orqanizmində müxtəlif dəyişikliklər baş verir. Uşaq praktikasında hərarəti salmaq üçün ən çox parasitamol istifadə edilir.
Ədəbiyyat: Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 422
456) Uşaqlarda mədəni bir dəfəyə yumaq üçün nə qədər su tələb olunur?
A) 5 ml/kq
B) 10 ml/kq
C) 4 ml/kq
D) 1 ml/kq
E) 2 ml/kq
Uşaqlarda böyüklərə nisbətən mədənin tutumu az olur. Yenidoğulmuşlarda 30-35 ml, 1 yaşa qədər 250-300 ml, 1 yaşdan yuxarı 1000 ml . Ona görə də uşaqda mədəni yumaq üçün mayenin miqdarı uşağın hər kq çəkisinə 4 ml götürülür.
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. Стр 382
Dostları ilə paylaş: |