640) Əməliyyatdan sonra xəstəyə qulluğun məqsədi nədir?
A) İkincili qanaxmanın qarşısını almaq
B) Regenerasiya prosesini sürətləndirmək
C) Əməliyyatdan sonrakı dövrün uzadılması
D) Yaranın infeksiyalaşmasının qarşısını almaq
E) Cavabların hamısı
Tam aseptik şəraitdə toxumalrla ehtiyatlı hərəkət edib anatomik şərh olunan bu dövr bütövlükdə regenerasiya prosesini sürətləndirməyə yönəldilir.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 196
641) Sınığı təsdiq edən əsas müayinə üsulu hansıdır?
A) Angioqrafiya
B) USM
C) Füloroqrafiya
D) Sistoqrafiya
E) Rentgenoqrafiya
Sınığın diaqnostikası üçün rentgen müayinəsinin(qrafiyanın )2 proyeksiyada olması vacibdir.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 266
642) Qanın laxtalanma müddəti normada neçə dəqiqədir?
A) 10
B) 15
C) 1
D) 5
E) 8
Xəstənin qanı laxtalanmadıqda və ya laxtalanma qabiliyyəti aşağı olduqda qanaxma öz-özünə dayanmır.Bu hemofiliya xəstəliyi olub,yalnız kişilərə məxsus olan xəstəlikdir.qanın laxtalanma qabiliyyətinin aşağı düçməsi virus hepatitinə yoluxmuş xəstələrdə müşahidə edilir.Laxtalanmanın normaya salınması üçün dərmanlardan istifadə edilir.
Ədəbiyyat: H.A.Sultanov,Cərrahiyyə Bakı-1997.Səh.75
Dostları ilə paylaş: |