Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Uşağın ağız boşluğunu hansı barmaqla yoxlamaq olar?



Yüklə 261,37 Kb.
səhifə114/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   110   111   112   113   114   115   116   117   ...   248
Umumi test suallari

446) Uşağın ağız boşluğunu hansı barmaqla yoxlamaq olar?

A) Orta barmaqla


B) Şəhadət barmaqla
C) Çeçələ barmaqla
D) Baş barmaqla
E) İkinci barmaqla
Yenidoğulmuşun ağız boşluğu kiçik olur .Ağız boşluğunun selikli qişası zərif, qan damarları ilə zəngindir.Ağız boşluğunu zədələməmək üçün çeçələ barmaqla yoxlama aparılır.

Ədəbiyyat: N.Tağıyev Neonatologiya.Bakı 2007səh53




447) Hipertermik sindrom zamanı uşağı soyuq suda isladılmış dəsmala bükmək üçün suyun temperaturu neçə dərəcə olmalıdır?

A) 27
B) 18


C) 25
D) 22
E) 20
Bədən temperaturunun 39 dərəcədən yuxarı olması hipertermiya sayılır. Əmələ gəlmə səbəbi müxtəlifdir.Əsas məqsəd gələvək ağırlaşmaların qarşısını almaq üçün qızdırmanı dərhal salmaq lazımdır.Bu məqsədlə uşağı 20 dərəcə temperaturda su ilə isladılmış dəsmala bükmək lazımdır.

Ədəbiyyat: N.Tağıyev Neonatologiya.Bakı 2007səh 44




448) Uşaqlarda tənəffüs yollarının obstruksiyasını yaradan səbəb.

A) Larinqotraxeit


B) Larinqospazm
C) Qırtlağın şişi
D) Qusma
E) Yad cisim
Uşaqlar oyuncaqlarla oynayarkən onları tez-tez udmağa cəhd göstərilir.Uşağın udduğu oyuncaq hissələri və digər bərk cisimlər uşaq nəfəs aldıqda nəfəs yoluna düşərək onun obstruksiyasını əmələ gətirir.

Ədəbiyyat: N. Tağıyev Neonatologiya .Bakı 2007səh46




449) Bayılma zamanı uşağa hansı vəziyyət verilməlidir?

A) Ayaqlarını sallayaraq oturtmaq


B) Böyrü üstə uzandırmaq
C) Uşağı uzadaraq ayaqlarını qaldırmaq
D) Başını qaldıraraq uzandırmaq
E) Arxası üstə uzandırmaq
Bayılma beynin qısa müddətli huşu itirmkələ müşayət olunan qəfləti anemiyasıdır. Bu zaman əsas məqsəd beyinə gedən qanın həcmin artırmaq, beyin qan dövranını yaxşılaşdırmaqdır. Bu məqsədlə uşağı uzandıraraq ayaqlarını qaldırmaq lazımdır.

Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986 səh210





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin