Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Hemotoraks zamanı qan hara yığılır?



Yüklə 261,37 Kb.
səhifə147/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   143   144   145   146   147   148   149   150   ...   248
Umumi test suallari

590) Hemotoraks zamanı qan hara yığılır?

A) Sidik kisəsinə


B) Qarın boşluğuna
C) Oynaq kapsuluna
D) Toxumaların arasına
E) Plevra boşluğuna
Ağciyər damarları və ya qabırğarası arteriyalar zədələndikdə qan plevra boşluğuna tökülür. Hemotoraks artdıqda çoxlu qan itirilir, tənəffüs və qan dövranı pozulur.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 298) N.P.Paleyev Bakı-1991




591) Qanköçürmədən sonra tibb işçisi hansı göstəricilərə fikir verməlidir?

A) Nəbzə, A/T, diurezə və temperatura


B) Diurez və temperatura
C) Nəbz və arterial
D) A/T və temperatura
E) Nəbz və temperatura
Qan köçürmə qurtardıqdan sonra xəstə 2 saat uzanmalı,A/T, nəbz, diurezə və tempratura nəzarət ilk 4 saatda ciddi aparılmalıdır.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 352) N.P.Paleyev Bakı-1991




592) Hansı mərhələ infeksiyalaşmış yaranın 1-ci fazanı əks etdirir?

A) Epitelizasiya


B) Çapıqlaşma
C) Dehidratasiya
D) Regenerasiya
E) Hidrotasiya
İnfeksiyalaşmış yaranın birinci fazası hidrotasiya, ikinci fazası isə dehidrotasiya adlanır. Hidrotasiya fazasında damarların genişlənməsi, qızartı, ödem, ağrı, damar keçiriciliyinin pozulması, toxumaların infiltrasiyası baş verir.

Ədəbiyyat:Ümumi cərrahlıq. B.X.Abasov Bakı-1987. (səh 317)




593) Elektrotravmalarda ilk görüləcək vacib tədbir hansıdır?

A) Spazmolitiklər vurmaq


B) Eufillin vurmaq
C) Cərəyanın təsirini kəsmək
D) Aseptik sarğı qoymaq
E) Ağrıkəsici vurmaq
Ən əvvəl cərəyan mənbəyini açmalı (cərəyan altında olan adama ancaq rezin əlcək və uzunboğaz çəkmə geyinmiş halda əl vurmaq olar).

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 573) N.P.Paleyev Bakı-1991




594) Zədələnmələrdə hansı müddət ərzində soyuq qoymaq lazımdır?

A) 3 gün
B) 6 saat


C) 5 gün
D) 1 gün
E) 7 gün
İlk yardım kimi 1 gün əzilmiş yerə sıxıcı sarğı, buz qovuğu, soyuq kompres qoymaq, qansızmanı və ağrını azaltmaq üçün zədələnmiş nahiyyəyə dinclik vermək lazımdır.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 351) N.P.Paleyev Bakı-1991





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin