Reaksiyanın qarşısının alınma texnikası eyni bir işi təkrar yerinə yetirməyin arasındakı
vaxtı uzatmaqdan ibarətdir. Sarışan hərəkətlərin aradan qaldırılmasında istifadə olunur. Məsələn,
sarışan hərəkət, əl yumaqdan əziyyət çəkən xəstəyə təklif edilir ki, “çirkli” əşyanı tutandan sonra
əlini yumamış başqa bir işlə məşğul olsun.
Bihevioral analiz davranış pozuntularını – onların başvermə tezliyi və ifadə dərəcəsini
müəyyənləşdirməkdən ibarətdir. Çox vaxt əlamətlərin məhz hansı hallarda meydana çıxdığı
məlum olmayanda, xəstəliyin konkret əlamətlərini üzə çıxarmaq üçün istifadə olunur. Bihevioral
analiz təkcə davranış texnikasına sələflik etmir, o, öz-özlüyündə xəstənin diqqətini konkret
hadisəyə cəlb edən bir texnikadır.
Dostları ilə paylaş: |