FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə177/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   171   172   173   174   175   176   177   178   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
134


 
4.  Avtomobil  nəqliyyatı  vasitələri  ilə  sərnişin  və  yük  daşımalarını 
həyata keçirən şəxslər hər il avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq 
icra  hakimiyyəti  orqanından  təqvim  ayının  sonunadək  öz  istəklərinə 
uyğun  olaraq  növbəti  ay,  rüb,  yarımil  və  ya  il  üçün  ciddi  hesabat 
blankı  olan  “Fərqlənmə  nişanı”  almalıdırlar.  “Fərqlənmə  nişanı”  vergi 
ödəyicisinin nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra 
hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilmiş  formada  ərizəsinə 
əsasən iki iş günündən gec olmayaraq verilir.   
 
“Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin həmin fəaliyyət 
üçün  sadələşdirilmiş  verginin  ödənilməsini  təsdiq  edən  bank  ödəniş 
sənədi  əlavə  edilməlidir.  Bank  ödəniş  sənədində  avtomobil  nəqliyyatı 
vasitəsinin  dövlət  qeydiyyat  nişanının  seriya  və  nömrəsi  aydın 
göstərilməlidir. 
 
Avtomobil  nəqliyyatı  vasitələri  ilə  sərnişin  və  yük  daşımalarını 
həyata  keçirən  hüquqi  şəxslər  və  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslər  hesablanmış  vergini  tam 
məbləğdə  dövlət  büdcəsinə  ödədikdən  sonra  onlara  “Fərqlənmə  nişanı” 
verilir.  Avtomobil  nəqliyyatı  vasitələri  ilə  sərnişin  və  yük  daşımalarını 
həyata  keçirən  şəxslər  tərəfindən  ödənilmiş  vergi  onların  həmin  ayda 
fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və 
növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. 
 
Avtonəqliyyat  vasitəsinin  sahibi  və  ya  istifadəçisi  dəyişdikdə 
həmin  nəqliyyat  vasitəsinə  sonrakı  aylar  üçün  əvvəlki  sahib  və  ya 
istifadəçi  tərəfindən  qabaqcadan  ödənilmiş  vergilər  nəzərə  alınır  və 
verginin  ödənildiyini  təsdiq  edən  “Fərqlənmə  nişanı”nın  yenidən 
rəsmiləşdirilməsi tələb olunmur.  
 
“Fərqlənmə nişanı”nın və “Xüsusi fərqlənmə nişanı”nın formaları 
nəqliyyat  siyasətini  həyata  keçirən  müvafiq  mərkəzi  icra  hakimiyyəti 
orqanı  tərəfindən  müəyyən  edilir  və  aşağıdakı  məlumatları  özündə  əks 
etdirir: 
 
- vergi ödəyicisi olan hüquqi şəxsin tam adı və ya fiziki şəxsin adı, 
soyadı; 
 
- vergi ödəyicisinin VÖEN-i
 
- nişanın qüvvədə olma müddəti; 
 
- avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı; 
 
- avtomobil nəqliyyatı vasitələrində oturacaq yerlərinin sayı və ya 
yükgötürmə qabiliyyəti; 
 
- daşımanın həyata keçirildiyi ərazi; 
 
- ödənilmiş verginin məbləği. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin