FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə47/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   43   44   45   46   47   48   49   50   ...   179
Vergilər Və Vergitutma

Səmərəlilik prinsipi. Bu prinsipə əsasən yığılmış verginin məbləği 
onun  yığılmasına  çəkilən  xərclərin  cəmindən  çox  olmalıdır.  Müəyyən 
növ  vergilərin,  məsələn,  fiziki  şəxslərin  əmlak  vergisinin  yığılması 
zamanı bu prinsipə əməl olunmur, çünki bəzən yığılan verginin məbləği 
vergitutma  obyektlərinin  müəyyənləşdirilməsi,  vətəndaşların  xəbərdar 
edilməsi,  vergilərin  yığılması  və  onlara  nəzarətlə  bağlı  xərcləri  ancaq 
ödəyir. 
 
 
5. Vergitutmanın funksiyaları 
 
 
Bazar  iqtisadiyyatlı  bütün  ölkələrdə  vergilərdən  büdcə 
münasibətlərinə  və  mal,  iş  və  xidmət  istehsalçılarına  birbaşa  təsir 
vasitəsi  kimi  istifadə  olunur.  Vergilər  vasitəsi  ilə  ictimai  tələbatla  onun 
ödənilməsi  üçün  zəruri  olan  ehtiyatlar  arasında  nisbi  tarazlığa  nail 
olunur,  təbii  ehtiyatlardan  səmərəli  istifadə  edilməsi  təmin  edilir. 
Vergilər  vasitəsi  ilə  dövlət  iqtisadi,  sosial  və  digər  ictimai  problemləri 
həll edir. 
 
Bu nöqteyi nəzərdən vergilər aşağıdakı beş əsas funksiyanı yerinə 
yetirir: 
-  fiskal funksiya
-  bölüşdürücü funksiya; 
-  tənzimləyici funksiya; 
-  inteqrasiyaedici funksiya; 
-  nəzarətedici funksiya. 
Bu  funksiyaları  sxematik  olaraq  şəkildə  olduğu  kimi  göstərmək 
olar: 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin