- məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və
ya saxta aksiz markaları ilə markalanmış malların satışını
qanunvericiliyə uyğun olaraq təşkil etmək;
-
Vergi
Məcəlləsi
və
Azərbaycan
Respublikasının digər
qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq
nəzərdə tutulmuş başqa hüquqları həyata keçirtmək.
Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və
onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə
bilərlər.
6. Vergi orqanlarının vəzifələri və məsuliyyəti
Vergi orqanlarının Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə
müəyyən edilmiş vəzifələri aşağıdakılardır:
- vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə
nəzarət etmək;
- vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək;
- vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək
və müdafiə etmək;
- vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən
dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə
və ya fərdi qaydada əvəzsiz olaraq məlumat vermək, müəyyən edilmiş
hesabat formalarının doldurulması qaydalarını izah etmək, vergilərin
hesablanması və ödənilməsi barədə izahatlar vermək, vergi ödəyicilərinə
onların hüquq və vəzifələrini izah etmək;
- hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu
aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat
vermək;
- vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları
toplamaq, təhlil etmək və qiymətləndirmək, belə halların baş verməsinə
gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq
dövlət orqanlarına təkliflər vermək;
- vergi ödəyicilərinin, onların filiallarının, nümayədiklərinin və ya
digər bölmələrinin, habelə nəzarət-kassa aparatlarının uçotunu
aparmağa;
- kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət
reyestrini aparmağa və bunla bağlı məlumatları qanunvericiliklə
müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti
orqanlarına göndərməyə;
Dostları ilə paylaş: