pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət
Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs
həmin qanunverciliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə
məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.
Bu müddət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
08 aprel 2002-ci il tarixli qərarı ilə yalnız aşağıda göstərilən vergi
qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunur:
- vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim
etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin)
qərarına əsasən 40 manat maliyyə sanksiyası tətbiq edilir;
- verginin (o cümlədən ödəmə mənbəyində verginin hesabatda
göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə
nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat
təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya
yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası
tətbiq edilir;
- Vergi Məcəlləsində göstərilən müddətdə vergi orqanında uçota
alınmaq üçün və ya Vergi Məcəlləsində göstərilən müddətdə olduğu yer
yaxud yaşadığı yerin dəyişməsi barədə ərizənin verilməməsinə,
həmçinin digər uçot məlumatlarında dəyişiklik haqqında məlumatın
təqdim edilməməsinə görə, habelə “Fərqlənmə nişanı” olmadan
avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımasına görə 40
manat miqdarında maliyyə sanksiyası tətbiq edilir.
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə
borcların və faizlərin tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət
büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın
verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından
Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş
hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada
məxaric əməliyyatları aparıldıqda aparılmış məxaric əməliyyatlarının 50
faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
- vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu
halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi
ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün
dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi
miqdarında maliyyə sanksiyası tətbiq edilir.
- ƏDV məqsədləri üçün qeydiyyat qüvvəyə minmədən və ya ləğv
edildiyi halda ƏDV üzrə vergi hesab-fakturasının təqdim edilməsinə
Dostları ilə paylaş: