Fesil-11. indd


İnkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələrinə uyğunlaşma



Yüklə 6,57 Mb.
səhifə17/20
tarix27.12.2023
ölçüsü6,57 Mb.
#199034
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   20

11.6.3 İnkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələrinə uyğunlaşma


İnkişaf etmiş ölkələrdə iqlim dəyişmələrinə uyğunlaşmaq işləri tam sürətlə davam etdiyi bir zaman inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələrinin yaşayış standartları, iqtisadi artım və insan inkişafına mənfi təsirini özünü ən kəskin və qısa müddət ərzində büruzə verir. Varlı ölkələrdə olduğu kimi yoxsul ölkələrdə də insanlar iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşmaq məcburiyyətindədirlər. Lakin burada iki əsas fərq var.
Birincisi tropik və subtropik iqlim qurşağında yerləşən inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrinin ən kəskin mənfi təsirlərinə məruz qalacaqları ehtimal olunur. İkincisi, iqlim dəyişmələri hədsiz yoxsulluğun və iqtisadi durğunluğun hökm sürdüyü ölkələrdə öz təsir qüvvəsini daha çox hiss etdirəcəkdir. İnkişaf etmiş ölkələrdə iqlim dəyişmələrinə uyğunlaşmaq üçün maliyyə və insan resursları çatdığı halda, yoxsul ölkələrdə bu sahə üzrə imkanlar məhduddur. Həmçinin yuxarıda qeyd olunduğu kimi, belə ölkələrə adaptasiya üçün ayrılan xarici maliyyə dəstəyinin həcmi çox kiçikdir və son illərdə qlobal maliyyə böhranın təsiri nəticəsində daha da azalmışdır. Bütün bunlara baxmayaraq, inkişaf etməkdə olan ölkələrin əhalisi də iq lim dəyişmələrinin təsirlərin uyğunlaşmağa çalışır. Varlı ölkələrdə iqlim dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşmaq üçün insanlara hökumət və özəl sektor dəstək verdiyi halda, yoxsul ölkələrin əhalisi öz imkanları hesabına bunu etməyə çalışırlar. Buna misal olaraq aşağıdakıları göstərmək olar:

  • Keniya. Bu ölkənin şimalında quraqlıq dövrlərinin tezliyinin artması nəticəsində qadınlar su əldə etmək üçün daha çox məsafə qət etmək məcburiyyətində qalırlar (təxminən gündə 10-15 km). Bu qadınlar müxtəlif təhlükələrlə üz-üzə qoyur və gənc qızların məktəbdən ayırır. Nəticədə evtəsərrüfat işlərinə sərf edilən müddət təhsilsiz nəslin yetişdirilməsinə “töhfə” verir.

  • Nepal. Sel və daşqın təhlükəsi olan ərazilərdə məskunlaşmış icmalar erkən xəbərdarlıq funksiyası yerinə yetirən taxta və ağaclardan istifadə edərək müşahidə qüllələri qururlar.

  • Vyetnam. Bu ölkənin kənd icmaları dəniz səviyyəsinin qalxmasından mühafizə olunmaq üçün köhnə su bəndlərini təmir edirlər. Mekonq çayının deltasında yerləşən kolxozlar səhilboyu ərazilərin subasmada mühafizəsi üçün əhalidən xüsusi vergi toplayır.

Göstərilənlərdən qənaətə gəlmək olar ki, iqlim dəyişmələri həm varlı, həm də yoxsul ölkələrdə insan inkişafı ləngidir. İqlim dəyişmələri hər iki kateqoriya ölkələrdə fərdi və dövlət təsərrüfatlarına maddi və fiziki ziyan vurmaqla əhalinin maddi rifahı və təhlükəsizliyinə ciddi risk yaradır. Bundan əlavə iqlim dəyişmələrinə adaptasiya xərcləri getdikcə artmaqdadır. Bu da insan inkişafına yönəldilə biləcək milyardlarla vəsaitin infrastruktur layihələrinə yönəldilməsinə səbəb olunur. Bu bölmənin sonuncu hissəsində biz Azərbaycanda iqlim dəyişmələri üzrə ssenarilər, həssaslıqlar və uyğunlaşma tədbirlərindən söz açacağıq.

Yüklə 6,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin