Cəlb edilmiş vəsaitlərin əsas mənbələri isə aşağıdakılardır:
a) Bank kreditləri;
b) borc vəsaitləri;
c) istiqrazların və başqa qiymətli kağızların satışından daxil olan vəsaitlər;
d) kreditor borcları;
e) hesablanması ilə köçürülməsi vaxtı arasında müddətdə əmələ gələn
büdcəyə olan öhdəliklər;
f) firma və ya müəssisənin əmək haqqı üzrə borc öhdəlikləri.
Hər bir firmanın fəaliyyətinin başlıca maliyyələşdirmə mənbəyi onun xüsusi
vəsaitləri hesab olunur. Xüsusi vəsaitlərin ilkin mənbəyi isə müəssisənin
nizamnamə kapitalıdır (yaxud fondudur). Nizamnamə kapitalı müəssisənin
fəaliyyətini təşkil və təmin etmək üçün mülkiyyətçilər (təsisçilər) tərəfindən
verilən vəsaitlərin məbləğini əks etdirir.
2. Firma bazara daxil olduqda mühasibat informasiyalarının (maliyyə)
hesabatlarının) istifadəçiləri artır. Bu istifadəçilərin birinci qrupuna-firmanın
istehsal-kommersiya fəaliyyətinin idarə ediməsi ilə əlaqədar şəxslər, ikinci
qrupuna-firmada işləməyən, lakin firmada birbaşa maliyyə marağı olan şəxslər –
səhmdarlar, investorlar, müxtəlif kreditorlar, məhsul və xidmətlərin alıcıları və
təchizatçılar və s., üçüncü qrupa-firmada dolayı marağı olanlar – müxtəlif maliyyə
institutları, Vergi Nazirliyi, statistika orqanları, həmkarlar ittifaqları və s. daxildir.
Müəssisənin maliyyə vəziyyətinin təhlili üçün informasiyaların mənbəyinə illik
mühasibat uçotunun “Mühasibat balansı” (forma №1), “Mənfəət və zərərlər
haqqında hesabat” (forma №2), “Kapitalın hərəkəti haqqında hesabat” (forma №3),
“Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” (forma №4), “Mühasibat balansına
əlavə” (forma №5) aiddirlər. Müəssisənin balansı onun əmlakının tərkibini və bu
əmlakın yaranma mənbəyini göstərir. Balans iki hissədən ibarət olur: aktiv və
passiv. Aktiv hissədə müəssisənin əmlakı (aktivləri), passiv hissədə onun yaranma
mənbəyi göstərilir. Aydındır ki, aktivlərin cəmi passiv hissənin cəminə bərabər
olmalıdır. Müəssisənin xalis aktivləri onun ümumi aktivləri ilə ümumi
öhdəliklərinin fərqi kimi müəyyən olunur. Müəssisənin maliyyə vəziyyətini əks
etdirən göstəricilərindən biri onun ödəmə qabiliyyətidir. Ödəmə qabiliyyəti
göstəricisi müəssisənin öz öhdəlikləri ilə hesablaşa bilmək qabiliyyətini göstərir və
aşağıdakı kimi müəyyən olunur:
- əmsalı vahiddən böyükdürsə, deməli, müəssisə öz öhdəliklərini yerinə
yetirmək imkanına malik olur.
Firmanın özünün qısamüddətli öhdəliklərini yerinə yetirə bimək qabiliyyəti
onun likvidliyi adlanır. Firma o vaxt likvid hesab olunur ki, o, öz dövriyyə
vəsaitlərini reallaşdıraraq qısamüddətli öhdəlikləri ilə hesablaşa bilsin. Sonradan
satılmaq üçün əldə olunmuş maşın və avadanlıqlar istisna olmaqla, əsas vəsaitlər
əsasən müəssisənin qısamüddətli öhdəliklərinin ödənməsi üçün mənbə hesab edilə
bilməz. Cari likvidlik əmsalı təsərrüfat fəaliyyətini aparmaq üçün müəssisənin
dövriyyə vəsaitləri ilə ümumi təminatını və öhdəliklərini və təcili öhdəliklərinin
vaxtında ödənilməsini xarakterizə edir
Dostları ilə paylaş: |