Firuzə Məmmədli
106
***
Yoxmudur sahili iztirabların? –
Çıxım o sahilə, axtarım səni.
Ya bir duyğuya dön, sinəmi yarım,
Köksümün içində aparım səni.
1968
Seçilmiş əsərləri X
107
ÜZDƏ
Fikirlər beynimi didir, dağıdır,
Deyən Yer də, Göy də mənə yağıdır.
Ömrüm-ömür deyil, dərd ayağıdır,
Gözünü qan tutan meydanlar – üzdə.
Fitnələr, fellər cin atındadır,
Köhnə ədavətlər kin atındadır.
Qanunlar ədalət ovqatındadır,
Mələklər görünmür, şeytanlar üzdə.
Çatılıb qol-qola, yollar – ayaqda,
Yumruqlar oyaqdı, andlar oyaqdı.
Görünən nə varsa, oyunsayaqdı,
Bəxşişlər gizlində, edamlar – üzdə.
2019
Firuzə Məmmədli
108
SƏNGĠSĠN
Bu hiddətin, bu qəzəbin adı yox,
Qırır çatır, doğması yox, yadı yox.
Öz-özünə söndürülən odu yox,
Hara yazaq, kimə yazaq? Səngisin.
Öz əlidir bağlayan da, açan da,
Keyfi durdu, adam yeyir acanda.
Yüz görsək də, bir sayırıq haçandı,
Şəri bizdən olsun uzaq, səngisin.
Atamızın, anamızın borcuyuq,
Ümidlərin qapısında qorçuyuq.
Öz yurdundan qaçaq düşən yolçuyuq,
Kimdə qalaq, kimə azaq, səngisin?!
Səngiyərmi iddialar, xətalar,
Xan, bəy olub o dünənki gədalar.
Sual üstdən sual olur nidalar...
Özümüzə qəbir qazaq, səngisin?!.
2019
Seçilmiş əsərləri X
109
***
Oturanda dura bilmir,
Duranda otura bilmir.
Bir sözü ötürə bilmir,
Sözdən söz çəkən adamlar.
2019
|