NEFTÇİ FUTBOL AKADEMİYASI
“RUSLAN-93” BAZASINDA YERLƏŞDİRİLƏN FUTBOLÇULAR
105
“Neftçi” PFK-nın “Ruslan-93” İdman Kompleksi ilə bağladığı
müqaviləyə əsasən Azərbaycanın ayrı-ayrı bölgələrindən kluba cəlb
olunmuş müxtəlif yaş qrupları üzrə 13 nəfər (3 nəfər əvəzedici, 2
nəfər U-19, 3 nəfər U-17, 3 nəfər U-16 və 2 nəfər U-15
komandasından) istedadlı futbolçu kompleksdə məskunlaşmaqla
yanaşı, gündə 3 dəfə yeməklə təmin olunurlar.
NEFTÇİ FUTBOL AKADEMİYASI
NƏZƏRİ MƏŞĞƏLƏ
Bu proses zamanı Akademiyanın videoanalitiki müvafiq yaş qrupu
üzrə baş məşqçi ilə birlikdə öncəki oyunun təhlilini aparır və
qarşıdakı oyun üçün komandaya təlimatlar verirlər.
Aşağı yaş qrupları üzrə komandalara verilən bu cür nəzəri biliklər
onlara «Neftçi» PFK-nın oyun fəlsəfəsini aşılamaq və səhvlərdən
doğru nəticə çıxarmaq baxımından olduqca faydalıdır.
106
|