179
çoxlu sayda hüceyrə tiplərinin əmələ gəlməsi həmişə biologiya elminin əsas
problemlərindən biri olub. Orqanizmin əlamət və xassələrinin ontogenez prosesi
zamanı formalaşması da həmin problemlərdən biri hesab edilir. Ontogenezin
genetik nəzarətinin öyrənilməsi mexanizmi heyvan və bitkilərin seleksiyası
işində, eləcə də insan və heyvanların genetik xəstəliklərinin müalicə və
profilaktikasında həm nəzəri, həm də praktiki cəhətdən çox mühüm əhəmiyyətə
malikdir.
Klassik genetikada uzun müddət elə güman edilirdi ki, gen xromosomda hər
hansı bir yad maddə-birləşmə formasında olmaqla öz-özünə reproduksiya
olunmaq xassəsinə malikdir, həm də funksiyaların, rekombinasiyaların və
mutasiyanın bölünməz vahididir. Genlərin bölünməz vahid olması məsələsi ilk
dəfə olaraq ətraflı surətdə rus alimi A.A.Serebrovski və onun əməkdaşları
(N.P.Dubinin, B.N.Sidorov, İ.İ.Aqol) tərəfindən öyrənilmiş (1929-1930) və
mutasiya zamanı drozofil milçəklərində pilləkənvari allelizmin mövcudluğu
aşkar edilmişdir. Onlar klassik genetikada uzun müddət ərzində hökmran təlim
sayılan genin xromosomun bölünməz hissəsi olmasını birmənalı olaraq təkzib
etmiş və göstərmişlər ki, genin özü olduqca mürəkkəb bir quruluşa malikdir.
Qeyd edilən alimlər sübut etmişlər ki, hər bir gen bölünəndir və ayrı-ayrı
funksional sahələrdən-mərkəzlərdən təşkil olunub. Həmin gen sahələri həm də
mutasiya zamanı böyük dəyişikliyə uğrayaraq eyni zamanda bir neçə mərkəzini
itirir. Beləliklə, bütün mürəkkəb quruluşa malik olan gen
Dostları ilə paylaş: