Fяxrяddиn mustafayev


Qədimov Raul Abdulla oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə62/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   207
N 349

Qədimov Raul Abdulla oğlu
(1939-2000) 
 


56 
 
Baytarlıq təbabəti elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, Qədimov Raul 
Abdulla oğlu 1966-cı ildə ADAU-nun «Epizootologiya və mikrobiologiya» kaferdasının 
assistenti, 1967-ci ildə isə dosenti seçilmiş, 1970-1972-ci illərdə elmi katib, 1972-1978-ci
illərdə elmi işlər üzrə prorektor vəzifələrində işləmişdir. O, "Qoyunların infeksion 
xəstəliklərinə qarşı kompleks assosiasiyalı vaksinasiyanın effektivliyinin öyrə-
nilməsi(nəzəri əsaslarla)" mövzusunda elmi-tədqiqat işini yekunlaşdıraraq 1976-cı ildə 
doktorluq dissertasiyasını müdafiə edib baytarlıq elimləri doktoru alimlik dərəcəsi almışdır. 
R. Qədimov 1978-ci ildə keçmiş SSRİ Kənd Təsərrüfatı Nazirliyi yanında Tədris-
Metodika Şurasının üzvü seçilmiş və həmin il ADAU-nun «Epizootologiya və 
mikrobiologiya» kafedrasının müdiri təyin edilmiş, 1990-1995-ci illərdə onun rektoru 
vəzifəsində çalışmışdır. Alimin işlədiyi tədqiqat əsərlərindən "Kənd təsərrüfatı 
heyvanlarının infeksion xəstəliyinə qarşı müqavimətin artırılması" (1964), "Baytarlıqda 
toxuma biostimulyatorunun tətbiqi" (1972), "Heyvanların infeksion xəstəliklərinə qarşı 
immunobioloji reaktivliyinə antibiotiklərin təsiri" (1977), "Heyvanların immunoloji 
reaktivliyinə naftalanın təsiri" (1979), "Qoyunların immunobioloji reaktivliyinə selenin 
təsiri, «Klostridioza qarşı peyvəndləmə" (1982, 1988), "Zebu və onun hibridlərinin təbii 
müqavimətinin öyrənilməsi" (1983) və s. göstərmək olar. O, anaerob infeksiyalar zamanı 
yüksək temperaturun, rütubətli havanın immunitetə təsirini öyrənmiş və yüksək tempe-
raturlu regionlarda qoyunların peyvəndlənməsinin sxemini hazırlamışdır. Alimin bu 
sahədə yazdığı elmi əsərlər içərisində "Anaerob infeksiya zamanı yüksək temperaturlu, 
rütubətli havanın immunitetə təsiri" (1979), "Qoyunların immunobioloji reaktivliyinə 
temperaturun təsiri" (1982), "Ətraf şəraitdə yüksək temperaturun qanın biokimyəvi 
xüsusiyyətlərinə təsiri" (1987), "Ətraf mühitin yüksək temperaturunun quşlarda 
immunitetin formalaşmasına təsiri" və s. göstərmək olar. R. Qədimov 400-ə yaxın elmi 
əsərin, o cümlədən 22 dərslik və dərs vəsaitinin, xeyli metodik tövsiyələrin, monoqrafi-
yaların müəllifi olmuşdur. Alimin əsərləri ABŞ, Türkiyə, Almaniya, Meksika, Argentina, 
Fransa, Polşa və Macarıstan kimi ölkələrin elmi ictimaiyyəti arasında geniş maraq 
doğurmuşdur. O, 1979-cu ildə XXI Beynəlxalq Baytarlıq Konqresində iştirak etmiş, 1984-
cü ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Elmi-Texniki Şuranın, 1985-ci ildə 
elmi adların verilməsi üzrə Cənubi Qafqaz Şurasının, 1987-ci ildə Ümumittifaq Kənd 
Təsərrüfatı Akademiyasının üzvü, 1995-ci ildə Rusiya Aqrar Elm və Təhsil 
Akademiyasının həqiqi üzvü, akademiki seçilmişdir. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin