1
Həyata nüfuz anı
Demokratiyanın ibrətamiz erkən tarixinə baxış
Hamıya yaxşı məlumdur ki, demokratiyanın beşliyi qədim Yunanıstandır,
daha dəqiq deyilsə, Afinadır. Afinalıların da taleyində tiraniya dövrü mövcud
olmuşdur. Pisistratın tiran hakimiyyətindən sonra aristokratlar cəhd etdilər ki,
Afinada özlərinə məxsus oliqarxiya (azlığın hakimiyyəti) quruluşunu
yaratsınlar. İslahatçı aristokrat Klisfen (ingilis dilli ədəbiyyatda Klisten) həmin
plana qarşı çıxdı və Afina xalqına arxalanaraq, b.e.ə. 508-ci ildə polisdə (şəhər-
dövlətdə) baş vəzifəni tutmaqla, dövlət quruluşunu islahata uğratdı. Klisfenin
islahatları bu vaxt Afina demokratiyası üçün bünövrə yaratdı. Afinanın hər bir
azad vətəndaşı, onun kəndli, sənətkar, tacir və aristokrat olmasından asılı
olmayaraq, bərabər hüquqlar aldı.
Klisfen islahatlarının məqsədi ənənəvi yerlərin və regionların
hakimiyyətini zəiflətmək idi, çünki onlar aristokratik qüvvənin əsası kimi çıxış
edirdi. O, demosları – Attikanın (Afina şəhər-dövlətinə daxil olan ərazi)
kəndilərini və şəhər sakinlərini siyasi həyat üçün bünövrə olacaq bir birliyə
çevirdi. Bu ənənəvi yerlərin və regionların həmin vaxta qədər mövcud olan
hakimiyyətinə ağır zərbə vurdu. Bundan iki əsr əvvəl, Romuldan sonra Romanın
ikinci, əfsanəvi çarı olan Numa Pompili başqa buna bənzər bir bəlanı aradan
götürmək üçün eyni qaydadakı tədbirdən istifadə etmişdi. Romanın sakinləri
olan yerlilərlə sabinlilər arasında ayrı-seçkilik, traybalizm əsasında baş verən
münaqişələrin qarşısını almaq üçün o, adamları sənət növləri üzrə yaratdığı çox
saydakı gildiyalarda birləşdirilmişdi. Bu gildiyalara həm əsl romalılar, həm də
2
sabinlilər daxil idilər və belə vəziyyət onları tayfaçılığın zərərli hisslərindən
uzaqlaşdırdı.
Klisfen demosun bütün vətəndaşlarını on tribaya (bunlar «fil» adlanırdı)
böldü, onların hər biri Attika kənd mahallarında, sahil zonalarında və Afinanın
özündə məskunlaşmış sakinlərdən ibarət idi. Yerlə zəkalar siyasi quruluşda
mühüm rola yiyələndilər. Bu on filin hər biri hər il üçün Beş yüzlər Şurasına 50
üzv seçirdi. Şura xarici siyasət və maliyyə işlərinin icrasını həyata keçirirdi və
Məclisə – ecclesia – ya (Xalq yığıncayına) məsələlər hazırlayırdı. Bütün kişi
vətəndaşların iştirak etdiyi bu Məclis azad və açıq müzakirələrdən sonra
qanunların qəbul edilməsində son hakimiyyətə malik idi. Beləliklə, Klisfenin
islahatları Afina siyasi sistemində vətəndaşların Məclisinin (Xalq yığıncayının)
mərkəzi rolunu gücləndirdi.
Heredot özünün «Tarix» kitabında Klisfenin Afinadakı demokratik
dəyişikliklərini xüsusi qeyd edir: «Afina, əlbəttə, əvvəllər də artıq böyük şəhər
idi, indii isə tiranlardan azad olunduqdan sonra daha qüdrətli olmuşdur.
Əvvəllər hüquqsuz olan və fil tək tanınan ərazi vahidlərinin adını dəyişdi və
sayını artırdı». Onu da əlavə edir ki, xalq onu qoruyurdu və ona qarşı olan
təhlükəni aradan qaldıra bilmişdi.
Klisfenin islahatları Afina demokratiyasının əsasını qoydu. Sonrakı
beşinci əsrdə (b.e.ə) çoxlu dəyişikliklər baş verəcəkdi, bu vaxt afinalılar özləri
sistemi ifadə etmək üçün «demokratiya» sözündən istifadə etməyə başladılar
(bu, yunan sözü «demos»-dan «xalq» və «kratia»-dan – «hakimiyyət» əmələ
gəlmişdi). Beləliklə, həmin ifadə «xalq üçün hakimiyyət» demək idi. B.e.ə. 500-cü
ildən Afina əvvəllərdə olduğundan daha çox birləşmiş idi və yunanların
işlərində mühüm rol oynamağı öz üzərinə götürməyə hazırlaşırdı.
B.e.ə. 500-cü ilin ətrafından Makedoniya çarı II Filippin Yunanıstanı işğal
etdiyi 338-ci ilə qədər olan dövr yunan tarixinə klassik Yunanıstan adı ilə daxil
olmuşdur. Həmin əsr yarımdan çox olan illər parlaq hakimiyyət dövrü idi. Onun
əsas hissəsi isə Afina demokratiyasının Periklin başçılığı altında çiçəklənməsi
zamanı kimi tanınır. Yunanların sonrakı töhfələrinin çoxu bu dövr ərzində baş
vermişdir. Bu era yunan dövlətləri ilə nəhəng Persiya imperiyasının ciddi
qarşıdurması ilə başlamışdı.
Yunan sivilizasiyası bütün Aralıq dənizi regionunda genişləndiyindən
labüd olaraq şərqdə Persiya imperiyası ilə qarşılıqlı münasibətdə olmalı idi.
Böyük yunan dramaturqu Esxil özünün «Persiyalılar» pyesində yunanların
çoxunun özləri ilə persiyalılar arasında mühüm fərq olduğu barədə gəldikləri
qənaəti təsvir edir. Pyesdə Persiya çariçası afinalılar haqqında daha çox məlumat
əldə etməyə maraq göstərdiyindən soruşur: «Onlara kim ağalıq edir?» Ağanın
çobanı kimdir?» Bu suallara xor cavab verir: «Onlar heç kəsə qul deyillər, onlar
həm də təbəə deyillər». Beləliklə, yunanların əksəriyyəti görürdü ki,
persiyalılarla mübarizə, azadlıqla quldarlıq arasındakı rəqabət tək olacaqdır.
Yunanlara görə hər bir şəxs dövlətin vətəndaşı olmaqla, hansısa hökmdarın
təbəəsi deyildir. B.e.ə. 490-cı ildəki Marafon döyüşündə afinalıların böyük və
güclü Persiya ordusu üzərində parlaq qələbəsi həm də azad insanların, azadlığın
3
nə olduğunu bilməyənlər üzərində necə böyük mənəvi qüdrətə malik olduğunu
nümayiş etdirdi.
Perikl b.e.ə. 450-ci ildən mühüm siyasi rol oynamağa başladı. Onun
rəhbərliyi altında Afina polisində demokratiyanın genişləndirilməsi siyasəti
aparıldı. Bu vaxt afinalılar Sparta ilə və sərhədlərindən kənardakı öz
imperiyalarını genişləndirməklə məşğul idilər. Bu dövr Perikl erası adlanır,
Afina qüdrətinin yüksəlməsi və sivilizasiya kimi onun çiçəklənməsinin
kulminasiya zamanı hesab olunur. Perikl erası dövründə afinalılar demokratik
sistemə tam nail olmuşdular. Xalqın hökmranlığı Məclisdə (ecclesia-da) təcəssüm
olunmuşdu, bura 18 yaşından yuxarı olan bütün kişi cinsindən olan vətəndaşlar
daxil idi. Məclis bütün qanunları qəbul edir və müharibə barədə, həmçinin xarici
siyasət üzrə sonuncu qərarları verirdi.
Məclisə yardımçı nəzarət orqanı kimi Beş yüzlər Şurası fəaliyyət
göstərirdi. Şura 50 nəfərdən ibarət on kiçik qrupa – pritanilərə bölünmüşdü.
Pritanilərin hər biri ilin onda biri dövründə (o vaxtkı təqvimdə il 10 aydan ibarət
idi) Məclisdən keçən qanunların icrasına nəzarət etmək vəzifəsini daşıyırdı.
Şəhər magistratları (icra üzrə məsul şəxslər) da adətən sinif fərqlərinə məhəl
qoyulmadan seçilirdi və yalnız bir illik müddətdə fəaliyyət göstərirdi. Bu o
demək idi ki, kişi cinsindən olan vətəndaşların çoxu ömürlərinin müəyyən
dövründə hansısa bir ictimai vəzifə tuturdu. Generallar (strateqlər) adlanan və
on qulluqçudan ibarət olan şura dövlətin işini idarə etmək üçün ictimai səsvermə
ilə seçilirdi və onların hakimiyyəti məhz qazandıqları nüfuzdan asılı olurdu.
Generallar adətən varlı aristokratlar olurdu, buna baxmayaraq, başqa qaydada
seçim etmək məsələsində də xalq tam sərbəst idi. Perikl on beş dəfə strateq
seçilmişdi. Bu da onun siyasi həyatda mühüm rol oynamaq qabiliyyti ilə
əlaqədar idi.
Perikl doğma polisinin dövlət quruluşu barədə deyirdi: «Bizim
konstitusiya demokratiya adlanır. Çünki hakimiyyət azlığın əlində deyil, bütün
xalqın əlindədir. Məsələlər özəl debatlarda müzakirə ediləndə hər bir kəs qanun
qarşısında bərabərdir. Çünki bizim siyasi həyatımız azad və açıqdır. Bizim hər
günkü həyatımız digər adamlarla, bir-birimizlə münasibətlərdədir. Burada hər
bir fərd təkcə öz işləri üçün deyil, həm də dövlətin işləri üçün maraqlıdır». Perikl
dövrünün reallığı, onun dediklərini bütünlüklə təsdiq edir.
488-ci ildən sonra afinalılar vəzifəli şəxslərin xalq qarşısında məsuliyyət
hissini yüksəltmək üçün daha yeni bir tədbirdən istifadə etməyə başladılar.
Məclis üzvləri onların xoşuna gəlməyən, polis üçün daha zərərli hesab etdikləri
şəxslərin adını qırıq saxsı parçalarında yazmaqla, onun Afinadan sürgün
edilməsinə – ostrakizmə məruz qoymağa səs verirdilər. Beləliklə, vəzifə sahibləri
təkcə onlara nüyuz bəxş edən səlahiyyətlərdən deyil, həm də müəyyən müddətə
Afina vətəndaşlığı hüququndan məhrum olurdular. Çoxluğun neqativ səsini
(əgər ən azı altı min nəfər səs vermişdisə) alan şəxs on illiyə polisdən sürgün
edilirdi. Ancaq çox hallarda sürgün olunan adama ehtiyac hiss edildikdə,
vətəndaşlar onu geri çağırırdılar. Bir sıra görkəmli dövlət xadimləri belə ağır
cəzalı taleyi yaşamalı olmuşdular.
4
Periklə gəldikdə o, afinalıların demokratik idarəçiliyə cəlb edilməsini xeyli
genişləndirdi. Hakimiyyət xalqın əlində idi. Perikl həmçinin vəzifə sahiblərinin
əvvəlki pulsuz xidmət etmək qaydasını ləğv edib, onlara dövlət maaşı verilməsi
qaydasını qoydu. Bu qrupun tərkibinə həmçinin məhkəmələrin jüri üzvü vəzifəsi
də daxil idi. Bu o demək idi ki, hətta kasıb vətəndaşlar da ictimai vəzifə tuta
bilərdilər və onlar ictimai işlərdə öz iştiraklarına müsbət yanaşacaqdılar. Lakin
əhalinin çox hissəsinə həmin siyasi hüquqlar verilməmişdi, belə hüquqlardan
məhrum olunanlara qadınlar, qullar və Afinada yaşayan əcnəbi sakinlər –
meteklər daxil idi.
Perikl, dövlətinin idarə olunmasına Afina vətəndaşlarının orta və yoxsul
təbəqələrini cəlb etməklə, Avropa tarixində ilk dəfə olaraq həqiqi
demokratiyanın – xalq hakimiyyətinin meydana çıxmasına səbəb oldu. Onun
dövründə Məclis – Xalq yığıncağı ali qanunverici orqanı olmaqla başlıca rol
oynayırdı. Burada 315 min nəfər Afina sakinindən 45 min nəfəri iştirak edirdi.
Qədim Afinanı «bəşəriyyətin uşaqlığı» dövrü adlandırırlar. Bu uşaqlıq isə
özünün görkəmli nailiyyətləri ilə öyünə bilərdi. Karl Marks qeyd edirdi ki,
yunanlar normal uşaqlar idilər və yaşlı adam, əgər uşaqlığı normal olmuşdursa,
daim onu məhəbbətlə yad edəcəkdir.
Afina demokratik dövlət quruculuğundan yaranan ideyalar ümumiyyətlə
dövlətin necə olması barədə nəzəriyyələrin yaranmasına səbəb oldu. Böyük
yunan filosofları Platon və Aristotel siyasi həyatın təşkili barədə orijinal fikirlər
irəli sürdülər.
Platon (b.e.ə. 422-348-ci illər) alimlərin çoxu tərəfindən Qərb
sivilizasiyasının ən böyük filosofu hesab edilir. Öz müəllimi Sokratın mühakimə
edilməsindən və edamından sonra məyus olan Platon ədalətə əsaslanan dövlət
quruluşunun layihəsini hazırlamağa cəhd etdi. Siyasi quruluşun utopik idealını
o, özünün «Respublika» dialoqunda yaradır. Platonun dövlətini filosoflar idarə
edir, bu dövlət vətəndaşların mənəvi gücündən qalxır, həm də dəqiq silk
bölgüsünə malik olur. Afinadakı təcrübəsinə əsaslanan Platon fəaliyyət göstərən
demokratiyaya münasibətdə, ona inam bəsləməmək mövqeyinə gəlib çıxdı.
Filosofa məlum idi ki, ədalətli və rasional dövlətdə yaşamayan fərdlər etik
həyata da nail olmurlar. Öz daxili düşüncəsi onu əhalisinin üç əsas qrupa
bölündüyü ideal bir dövləti virtual qaydada qurmağa gətirib çıxardı. Lap
yuxarıda yüksək sinif, idarə edən elita, məşhur filosof – çarlar dururdu. O,
yazırdı ki, əgər filosoflar öz ölkəsində çarlara çevrilmirlərsə və ya indi çar
adlananlar və hökmdarlar müdriklik barədə kifayət dərəcədə əsl istəklə
ilhamlanmırlarsa; əgər, necə deyərlər, siyasi hakimiyyət və fəlsəfə bir-birilə
görüşmürlərsə, burada dövlətlər üçün, həm də bütün bəşəriyyət üçün
bədbəxtliklərdən heç bir rahatlıq olmayacaqdır. İkinci qrup igidlərdən ibarətdir.
Onlar döyüşçülər olmalı və cəmiyyəti qorumalıdırlar. Yerdə qalanların hamısı
kütlə olacaqdır, onlar müdriklik və igidlikdən deyil, yalnız arzu ilə hərəkətə
gəlirlər. Platonun bu üç qrupu Hindistanda vaxtilə hakim kəsilən kasta sistemini
xatırladır.
5
Platonun ideal dövlətində hər bir qrup öz rollarına malik idi, cəmiyyəti
yaradır və harmoniya qaydasında fəaliyyət göstərirdi. İcmanın ehtiyacları
Platonu fərdi xoşbəxtlikdən daha çox düşündürürdü. O, hər şeydən əvvəl sərvət
toplamağa və nüfuz qazanmağa hər hansı bir qayğı göstərməkdən uzaqlaşmağı
vacib sayırdı ki, beləliklə icma üçün daha yaxşı olan şeylər uğrunda mübarizə
aparılsın. Platon inanırdı ki, qadınlar da həmçinin hökmdar ola bilərlər. Bu
məsələdə o, yunan dövlətlərinin mövcud təcrübəsindən əsaslı qaydada
aralanırdı.
Platon Afinada Akademiya adlanan məşhur bir məktəb yaratmışdı.
Aristotel (b.e.ə. 384-322-ci illər) Platonun şagirdi olmaqla, həmin Akademiyada
12 il təhsil almışdı. Sonralar isə özü Böyük Aleksandrın müəllimi olmuşdu.
Aristotel də Platon kimi bəşər işlərini düzgün istiqamətləndirən hökumətin
səmərəli formasını arzu edirdi. Öz müəllimindən fərqli olaraq, o, heç də ideal
ədalətin təcəssümünə əsaslanan ideal bir dövlət axtarmırdı. O, çalışırdı ki,
mövcud hökumətləri rasional qaydada yoxlamaqla, ən yaxşı hökumət formasını
tapsın. Özünün «Siyasət» əsərində Aristotel 158 dövlətin konstitusiyalarını
nəzərdən keçirir və mütəşəkkil hökumətlərin başlıca kateqoriyalarına gəlib çıxır.
O, hökumətin üç yaxşı formasını qeyd edir. Bunlar monarxiya,
aristokratiya və konstitusiyalı hökumətdir. Öz tədqiqatlarına əsaslanaraq o,
xəbərdarlıq edirdi ki, monarxiya asanlıqla tiraniyaya, aristokratiya oliqarxiyaya,
konstitusiyalı hökumət isə radikal demokratiyaya və ya anarxiyaya keçə bilər. O,
xalqın əksəriyyəti üçün ən yaxşı forma kimi konstitusiyalı hökumətə rəğbət
bəsləyirdi.
Aristotel demokratiya haqqında belə deyirdi: «Bərabərlik iki cür olur:
miqdara görə və ləyaqətə görə… Buradan da əsas iki növ dövlət quruluşu
meydana çıxır - demokratiya və oliqarxiya… Ümumiyyətlə, səhv odur ki,
bərabərliyin həqiqi və ya digər növünü hər yerdə qurmağa çalışasan. Ondan
sonra baş verənlər bu səhvin sübutu rolunu oynayır: belə bərabərliyə əaslanan
dövlət quruluşunun heç bir növü dayanıqlı qalmır… Necə olsa da, demokratik
quruluş böyük təhlükəsizlik bəxş edir və oliqarxiyada isə iki növ qarışıqlıq
rüşeymi gizlənir: bir-birilə və xalqla ixtilaf. Demokratiyada isə yalnız oliqarxiya
ilə ixtilaf meydana gəlir; xalq özü özünə qarşı (bunu qeyd etmək lazımdır) bunt
qaldırmayacaqdır». («Siyasət», 5-ci kitab)
Yeni tarixdə dövlət quruluşu nəzəriyyəsi
İngilis filosofu Con Lokk (1632-1704-cü illər) və XVIII əsrdəki fransız
maarifçiliyinin nümayəndələri dövlət quruluşu barədə yeni fikirlər irəli sürərək,
bu sahədəki təlimi xeyli inkişaf etdirdilər. Onlar həmçinin liberalizmin ideya-
siyasi nəzəriyyəsini yaratdılar. Lokk göstərirdi ki, dövlət hakimiyyəti
qanunvericilik və içra qollarına bölünməlidir və beləliklə o, hüquqi dövlətin əsas
konstitusiya prinsiplərinin formulunu verdi. Bu müddəa onun «Dövlətin idarə
olunması barədə iki traktat» əsərində şərh olunur. Sonralar isə bu ideya fransız
mütəfəkkiri Şarl Monteskyo tərəfindən xeyli inkişaf etdirilərək, hakimiyyətin
6
bölünməsi və ayrı-ayrı qanunların bir-birinə nəzarət etməsi barədə tam
əsaslandırılmış təlim yaradıldı.
Con Lokkun sələfi Tomas Hobbs (1588-1679-cu illər) dövlətin «Bizim öz
dincliyimiz və müdafiəmiz üçün borclu olduğumuz böyük Leviafan» (Leviafan –
Bibliya mifologiyasında nəhəng dəniz əjdahasıdır) adlandırır. Bu dövlətdə
hökmdar icra, qanunvericilik orqanları və hakim kimi çıxış edir. Mütləq
hökmdar nəhayətsiz hakimiyyətə malik olur. Hobbsa görə təbəələr üsyan edə
bilməzlər, bunu etdikdə onlar əzilməlidirlər.
Con Lokk siyasi hakimiyyətə Hobbsdan tam fərqli qaydada baxırdı və bir
adamın mütləq hökmranlığına qarşı çıxırdı. O, İngiltərədəki Şanlı inqilab vaxtı
yazdığı «Dövlətin idarə olunması barədə iki traktat» əsərində özündən əvvəlki
müəllif kimi insanların sosial cəhətdən təşkil olunmağa başladığı təbiət şəraitini
yada salır. Lakin Hobbsdan fərqli olaraq bu cəhəti qeyd edirdi ki, insanlar o vaxt
müharibə şəraitində deyil, bərabərlik və azadlıq şəraitində yaşayırdılar. Təbiət
qoynunda yaşayan insanlar onların əlindən alına bilinməyən müəyyən təbii
hüquqlara - həyat, azadlıq və mülkiyyət hüquqlarına malik idilər. Beləliklə, onlar
qarşılıqlı qaydada müqavilə bağlayırdılar ki, öz hüquqlarının müdafiəsinə
arxayın olmaq üçün hökumət yaratsınlar. Bu müqavilə qarşılıqlı vəzifələr
qoyurdu: hökumət xalqın hüquqlarını himayə edəcək, bu vaxt xalq isə hökumətə
qarşı ağıllı qaydada hərəkət edəcəkdir. Lakin əgər hökumət bu müqaviləni
pozsa, misal üçün, əgər monarx adamların hüquqlarını qorumaq barədəki
vəzifəsini yerinə yetirməkdə uğursuzluğa uğrasa və ya mütləq hakimiyyətə
iddia etsə, icmanın razılığı olmadan qanunlar qəbul etsə – xalq özünə yeni
hökumət formalaşdırmalıdır.
Lokka görə xalq iclası, ancaq əvvəlcədən torpaq sahibləri olan və
parlamentdə təmsil olunan aristokratiya idi, heç də torpaqsız kütlə deyildi. Ona
görə də Lokk çətinliklə siyasi demokratiyanın tərəfdapı hesab oluna bilərdi, lakin
onun ideyaları XVIII əsrdə həm Amerika, həm da Fransa inqilabları üçün
mühüm rol oynadı və onun konstitusional hökumət, qanunun idarəçiliyi,
hüquqların müdafiəsi barədəki tələbləri dəstəklənərək, tətbiq edilmək üçün
istifadə edildi.
Lokk mühüm insan haqları barədə müddəanı birinci olaraq
əsaslandırmışdır. Bunlara azadlıq, bərabərlirk, şəxsiyyətin və mülkiyyətin
toxunulmazlığı daxildir. Bu ideyalarla o, liberializmin banilərindən biri oldu.
Fransız maarifçilərinin işləyib hazırladıqları cəmiyyət anlayışı belə bir
inama əsaslanırdı ki, hər bir adam öz hüquqlarını bilməli və həyata keçirməlidir.
Maarifçiliyin fəlsəfi ideyalarının yayılmasının nəticəsi, dövlətin siyasi
problemlərinin həllində hər bir vətəndaşa bilavasitə iştirak etmək hüququnun
verilməsi tələbi oldu.
Onlardan xeyli əvvəl ingilis filosofu Con Lokk artıq hər bir insanın həyat,
azadlıq və mülkiyyət hüququnun təbii, əbədi və onun əlindən alınmaz olduğunu
bəyan etmişdi. Hər bir hökmdar idarə etmək hüququnu itirmək istəmirsə, həmin
hüquqlara hörmət etməyə borcludur. Qeyd olunan təbii hüquqları bu və ya digər
səbəblər üzündən pozmaq istəyənlərdən qorumaq üçün adamlar könüllülük
7
əsasında, onların ağlının hökm etdiyi kimi, ictimai müqavilə bağlayırdılar.
Lokkun ictimai müqavilə barədəki nəzəriyyəsi belə bir prinsipdən irəli gəlirdi ki,
bu yolla yaradılan nüfuzlu dövlət orqanı vətəndaşların açıq və ya dinməz
razılığına söykənə bilər. İctimai müqavilə anlayışı maarifçilik xadimlərinin
hazırladıqları cəmiyyət haqqında olan təlimin ən əsas müddəalarından biri oldu.
Dövlət, vətəndaşlarının əlindən əsas hüquqlarını – həyat, azadlıq və
mülkiyyət hüququnu ala bilməz. Əksinə, o, bunları qorumalıdır, çünki təbii
hüquqlar dövlətin yaranmasından əvvəl meydana gəlmişdir. Con Lokkun bu
müddəası həqiqətən də insan haqları ideyasının ilkin başlanğıcı olmaqla,
Amerika Birləşmiş Ştatlarının 1776-cı ildəki İstiqlaliyyət Deklarasiyasında aydın
şəkildə öz əksini tapmışdır. Təsadüfi deyil ki, Lokk XIX-XX əsrlərin siyasi
liberalizminin banisi hesab olunur.
Şarl Lui Monteskyo (1689-1755-ci illər) Böyük Britaniyanın siyasi həyatını
öyrənməsi əsasında hakimiyyətin bölgüsü və hökumətin parlament qarşısında
məsuliyyət daşıması təlimini inkişaf etdirdi. Bu, hüquqi dövlətin sonrakı
inkişafında həlledici rol oynadı.
Monteskyo belə bir qənaətə gəldi ki, azadlıq o qədər də insanların xüsusi
əxlaqi keyfiyyətlərinin nəticəsi olmayıb, daha böyük ölçüdə dövlət
hakimiyyətinin ağıllı şəkildə məhdudlaqdırılmasının nəticəsidir. Ona görə də o,
dövlət hakimiyyətini qanunvericilik, icra və məhkəmə qollarına bölməyi təklif
etmişdi. Bunu bir klan və ya oliqarxiya deyil, müxtəlif sosial qrupların
nümayəndələri həyata keçirməlidir. Beləliklə, qarşılıqlı şəkildə nəzarəti təmin
etmək və hakimiyyətdən sui-istifadə hallarını bütünlüklə yoxa çıxarmaq
mümkündür. Belə sui-istifadə isə, Monteskyonun inamına görə, azadlığın
itirilməsi demək olardı.
Jan Jak Russo (1712-1778-ci illər) isə qədim Yunanıstanın nümunəsi
əsasında demokratiya modelini təklif etmişdi. O, azadlıq və bərabərlik
prinsiplərini, cəmiyyətin bir hissəsi kimi insanın varlığı ilə birləşdirməyi nəzərdə
tutuldu. Onun mühakimələri birbaşa demokratiya prinsiplərinə əsaslanırdı:
butun xalq hökmrandır («bütün dövlət hakimiyyəti xalqdan gəlir»), bütün
vətəndaşlar bərabər hüquqludur və eyni vaxtda həm qanunverici və həm də
hökumət kimi çıxış edirlər. Çoxluğun iradə və hüququ şəxsiyyətin iradə və
hüququna ağalıq edir. Qərarlar ümumi iradə ilə qəbul olunur. Ümumi faydaya
xidmət edən həqiqi ümumi iradə hamının iradəsindən yuxarıda dayanır,
axırıncını ayrı-ayrı şəxsiyyətlərin maraqları təhrif edə bilər.
ABŞ dövlətinin demokratik əsasları
İki min ildən artıq bir fasilədən sonra bəşəriyyət yenidən demokratik
dövlət quruluşunun yaranmasının şahidi oldu. Azadlığa və demokratik
prinsipləri ilk dəfə özünün İstiqlaliyyət Deklarasiyasında bəyan edən Amerika
Birləşmiş Ştatlarının 1789-cu ildə qəbul etdiyi Konstitusiyada bu ideyalar
bütünlüklə öz əksini tapdı. Deklarasiyada vəd edildiyi kimi və Əsas Qanunun
müddəaları əsasında antik dövrün yadigarı olan, Con Lokkun və fransız
8
maarifçilərinin əsərlərində öz nəzəri əsaslarını tapan yeni bir quruluş tarix
səhnəsinə gətirildi. Dövləti əmələ gətirən və sonralar ştat adlanan 13 koloniya
birlikdə təkcə Böyük Britaniya müstəmləkəçiliyinin buxovlarını qırıb atmaqla
kifayətlənmədi, həm də azad, xalqın hakimiyyəti adlana biləcək bir dövlət
quruluşunu meydana gətirdi. Beləliklə, 1776-cı ildə ABŞ-ın yaranması bəşəriyyət
tarixində demokratiya ideyalarının hansısa kiçik bir şəhər-dövlətdə deyil, 3
milyon nəfər əhalisi olan bütöv bir ölkənin miqyasında reallaşmasına çevrildi.
Bir müddətdən sonra Böyük Fransa inqilabının qələbəsi ilə həmin ideyalar bu
ölkədə də həyata keçməyə başladı. Lakin burada acı tale respublika quruluşunun
ardıcıl və daha çox baş verən təlatümlərsiz ömür sürməsinə imkan vermədi.
ABŞ-ın reallığı isə avropalıları təəccübləndirməyə bilməzdi. 1831-ci ildə
ABŞ-a səfər edən fransız mütəfəkkiri Aleksis de Tokvil bu təəccübü daha canlı
şəkildə təsvir edir. Buradakı şəxsi azadlıqla din, özəl mülkiyyətilə bərabərlik,
fərdiyyətçiliklə desentralizasiya arasındakı tarazlıq onda dərin təəssürat yaratdı.
Ölkədə hələ də quldarlığın mövcud olmasına, yerli əhalinin (hinduların)
rezervasiyalarda saxlanılmasına, qadınların səsvermə hüququndan məhrum
edilməsinə baxmayaraq, Tokvil bu ölkənin siyasi həyatına bütövlükdə qiymət
verərək, ABŞ-ı demokratiya adlandırdı.
Amerika modeli spesifik tarixi-mədəni şəraitdə yaradılmışdı, ona görə də
üzünü köçürməklə onu təkrar etmək uğur qazanmadı. Burada federal hökumət
ştatlar (keçmiş koloniyalar) tərəfindən qurulmuşdu, bu koloniyalar isə uzun
müddətli mövcudluq dövründə yüksək dərəcədə muxtariyyətə malik olmuşdu.
İdeal çevikliklə yanaşı, burada sərt intizama malik olmayan partiyalar fəaliyyət
göstərirdi və yerli ehtiyclara istiqamətlənmiş siyasət yeridilirdi.
Amerikan siyasi sisteminin ideoloqları dövlət hakimiyyətinin
təmərküzləşməsindən ehtiyat edirdilər. Ona görə də Amerika siyasi sisteminin
əsasında hakimiyyətin bölgüsü prinsipi dururdu, həm də ali qanunvericilik
orqanı olan ABŞ Konqressi və ali icra vəzifəsi- ölkə prezidenti seçkili idi. Ölkənin
tarixində yalnız F.D.Ruzvelt dörd dəfə (1932-1944-cü illərdə) prezident
seçilmişdi. 1951-ci ildən isə Konstitusiya edilən dəyişiklik əsasında prezidentin
hakimiyyətdə olması hər biri dörd il olan iki müddətlə məhdudlaşdırılmışdır.
Məhkəmə, hakimiyyətin digər qollarından yüksək dərəcədə müstəqilliyə
malikdir, baxmayaraq ki, hakimlərin ideoloji meylləri bəzən qəbul edəlin
qərarlara öz təsirini göstərir. Ştatlara xeyli dərəcədə hakimiyyət qalmışdır, onlar
öz konstitusiyalarına və qanunvericilik məclislərinə malikdirlər. Qubernatorlar
və ştatların əksəriyyətində ali məhkəmələr də vaxtaşırı seçilirlər. Bu qayda həm
də yerli səviyyələrdə də tətbiq olunur. Bütünlükdə ABŞ-dakı 500 min saydakı
vəzifəli şəxslərdən 8500-dən azı federal və regional səviyyələrə aiddir, qalanların
hamısı isə yerli özünüidarəetmə orqanlarında işləyirlər.
ABŞ prezidentinin seçkisi müstəqil (birbaşa) deyildir. Ancaq Elektorlar
Kollegiyası prezidenti seçməyə qərar verdikdə heç vaxt ümumi qaydada səs
verən seçicilərin iradəsi əleyhinə çıxmır.
Britaniyadan olan ilk məskunlar (puritanlar) 1620-ci ildə «Meyflauer»
gəmisində Yeni Dünyaya gəlmişdilər ki, dini ibadətlərini azad şəkildə icra etmək
9
şəraitinə malik olsunlar. 101 nəfərdən ibarət olan bu adamlar Massaçuets
körfəzində sahilə çıxmamışdan əvvəl gəminin göyərtəsində gələcək koloniyanın
idarə olunması qaydalarını nəzərdə tutan ilk müqaviləni imzalamışdılar. Bu
sənəddə başqa cəhətlərlə yanaşı, demokratik prinsiplər öz əksini tapmışdı. Belə
ki, koloniyanın qubernatoru hər il səsvermə yolu ilə seçilməli idi və bu qaydaya
sonralar dəqiqliklə əməl olundu. Ona görə də «Mewflauer» gəmisinqdə
bağlanan müqavilə ABŞ Konstitusiyasının rüşeymi hesab olunur. Lakin yeni
yaradılan dövlət olan ABŞ-da vicdan azadlığı ön plana çəkilsə də, din dövlətdən
ayrıdır və Konstitusiya bu və ya digər konfessiyaya üstünlük verməyi və kilsəyə
dövlət subsidiyası ayırmağı qadağan edir.
Amerika siyasi sistemi anlayışı vətəndaşlara müxtəlif vasitələrlə təlqin
edilir, bu onların fəallığına şərait yaradır. Onun əsası isə məktəbdə qoyulur,
şagirdlər Konstitusiyanı və ölkə ideoloqlarının əsərlərini fənn kimi öyrənirlər.
Sistemin prinsipləri ondan ibarətdir ki, hökumət dəyişən olmalıdır və
vətəndaşlar qarşısında hesabat verməlidir. Bütün vətəndaşlar qanun qarşısında
bərabərdir, həm də ölkədə ideyaların sərbəst rəqabəti mövcüd olmalıdır.
Bütün bunlar elə təsəvvür yaratmmaalıdır ki, Birləşmiş Ştatlarda
problemlər yoxdur. Amerika imkanlar məkanı olsa da, o demək deyildir ki, hamı
bir nəfər kimi hamı bu imkanlardan istifadədən uğur qazanır. Amerikada işsizlər
ordusu böyükdür, iş qabiliyyətli əhalinin hər on birinci nəfəri işsizdir.
Yoxsullara, evsiz-eşiksizlərə rast gəlmək da təəccüb doğurmur. Cinayətkarlıq,
xüsusən odlu silahdan istifadə etməklə qətl hadisələri çoxdur və hökumət hələ
də həmin problemlərin qaydaya salınmasında böyük uğurlar qazanması ilə
öyünə bilməz.
Aleksis de Tokvil yazırdı ki, “ABŞ-da olduğum müddətdə diqqətimi
cəlb edən çox sayda şeylərin və hadisələrin arasında adamların mövcudluq
şəraitlərinin bərabərliyi məni heyrətə gətirdi. Bərabərlik rəy yaradır, müəyyən
hisslər əmələ gətirir, adət təlqin edir, onların bilavasitə həyata gətirmədiklərini
isə modifikasiyaya uğradır».
Doğrudan da sadə müşahidə də, dərin nəzəri analiz də ABŞ-da dövləti
xalqın idarə etdiyi düşüncəsini yaradır. Amerikada xalq həm qanunları
yaradanları, həm də onları icra edənləri seçir. Xalq həmçinin andiçənlər
məhkəməsini seçir, onlar isə qanunu pozanları cəzalandırır. Abraham Linkolnun
dediyi «xalqın hökuməti, xalq tərəfindən idarə olunan və xalq üçün mövcud olan
hökumət” ABŞ reallığında öz əksini tapdı. Bütün dövlət institutları təkcə
demokratik prsniplərə uyğun olaraq formalaşdırılmır, həm də onlar həmin
prinsiplərin istiqaməti ilə fəaliyfət göstərirlər. Perikl Afinasanın vətəndaşı ABŞ-ı
görsəydi, yəqin ki, fransız filosofunun rəyini təsdiq edib, bu ölkədə
demokratiyanın təntənəsinə öz təəəccübünü gizlətməzdi.
Layiq olanların hakimiyyəti - meritokratiya
Demokratiyadan tam fərqli olan bir dövlət hakimiyyəti – layiq olanların
hakimiyyəti və ya meritokratiya da bəşəriyyət tarixində öz nümunəsinə
10
malikdir. Lakin bu nümunə Şərqi Asiyada – Çində yarandığından uzun müddət
ərzində onun geniş xüsusiyyətləri dünyanın başqa hissələrinə məlum
olmamışdır. Bu hakimiyyət də özünəməxsus olan üstünlüklərə malikdir. Layiq
olanların hakimiyyəti mənasını verən meritokratiya termini latın sözü olan
Dostları ilə paylaş: |