NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCANIN ƏN DƏYƏRLİ, QABAQCIL ALİ MƏKTƏBLƏRİNDƏN BİRİDİR
NDU-NUN “FİKİR” İNFORMASİYA BÜLLETENİNƏ ƏLAVƏ 22 oktyabr 2015-ci il.№4(13)
HEYDƏR ƏLİYEV
NDU-nun rektoru,
AMEA-nın müxbir
üzvü, Saleh
Məhərrəmovun 50 illik
yubileyi qeyd olunub
Gürcüstanda keçirilən
beynəlxalq simpozium-
da Naxçıvan Dövlət
Universiteti də uğurla
təmsil olunub
Naxçıvan Dövlət
Universitetində seçmə
yarışlara start verilib
Müstəqilliyi
əbədiləşdirən lider
səhifə-2-də
səhifə-3-də
səhifə-3-də
səhifə-4-də
Məmməd Araz: Bu da
belə bir ömürdü
səhifə-5-də
N
axçıvan Dövlət Universitetində
Heydər Əliyev Universitetinin
“Ulu öndər Heydər Əliyev və milli-
mənəvi dəyərlər” mövzusunda
199-cu məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan
universitetin rektoru, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmov ulu
öndərin hakimiyyətə qayıdışından
əvvəl ölkəmizin üzləşdiyi acınacaqlı
vəziyyətdən və dahi rəhbərin
hakimiyyətə gəlişindən sonra üzərinə
götürdüyü xilaskar missiyasının
öhdəsindən böyük məharətlə
gəlməsindən söz açıb. Rektor bildi-
rib ki, dövlət və xalq qarşısındakı
əvəzsiz xidmətləri ümummilli lider
Heydər Əliyevin şərəfli ömrünü ta-
riximizin şanlı səhifəsinə çevirib,
ona əbədiyaşarlıq hüququ qazandırıb.
Görkəmli dövlət xadimi Heydər
Əliyev
milli
dəyərlərimizin
öyrənilməsini, qorunub saxlanılma-
sını, inkişaf etdirilməsini əsas
vəzifələrdən biri kimi irəli sürürdü.
Dahi şəxsiyyət deyirdi ki, milli
dəyərləri qoruyub saxlayan xalq
həmişə müstəqillik yolu ilə getmək və
müstəqilliyini qorumaq əzmində ola-
caqdır. Saleh Məhərrəmov, dövlətimiz
tərəfindən hər zaman milli-mənəvi
dəyərlərimizə yüksək qayğı və diqqət
göstərildiyini nəzərə çatdırıb.
Universitetin “Fənlərin tədrisi,
metodikası və texnologiya müəl -
limliyi” kafedrasının müdiri, professor
Elbəyi Maqsudov “Ulu öndər Heydər
Əliyev və milli-mənəvi dəyərlər”
adlı məruzəsinə dahi rəhbərin dəyərli
fikirləri ilə başlayıb: - “Hər xalqın öz
adət-ənənəsi var, öz milli-mənəvi və
dini dəyərləri var. Biz öz milli-
mənəvi dəyərlərimizlə fəxr edirik. Bi-
zim xalqımız yüz illərlə, min illərlə
adət-ənənələrimizi, milli-mənəvi
dəyərlərimizi yaradıblar və bunlar indi
bizim mənəviyyatımızı təşkil edən
amillərdəndir”. Natiq məruzəsində
ümummilli lider Heydər Əliyevin
milli dəyərlərimizi təkcə milli varlı-
ğımızın yox, həmçinin dövlət quru-
culuğu prosesinin mühüm atributu
kimi dəyərləndirdiyini söyləyib.
Azərbaycanda 1969-cu il iyulun 14-
də siyasi hakimiyyətə gələn ümum-
milli lider Heydər Əliyev ilk gündən
hər cür ideoloji-siyasi çətinliklərə
sinə gərərək Azərbaycan xalqının
milli özünüdərki üçün bütün zəruri
tədbirləri həyata keçirməyə səy
göstərmiş, cəmiyyəti bütün sahələr
üzrə gələcək mənəvi yüksəlişlərə
ruhlandırmağa çalışmışdır. Bildirilib
ki, dahi rəhbər xalqın milli
heysiyyətini gücləndirmək, onu öz
şanlı keçmişinə, soykökünə
qaytarmaq, habelə zəngin bədii irsini,
mədəniyyətini, incəsənətini, adət-
ənənələrini yaşatmaq, ana dilini in-
kişaf etdirmək üçün bir sıra mühüm
tədbirlər həyata keçirmişdir. Profes-
sor vurğulayıb ki, bütün görülən
işlərlə yanaşı, müdrik rəhbərimiz
Heydər Əliyevin böyük qayğı və
diqqəti nəticəsində 2000-ci ildə
“Kitabi–Dədə Qorqud”un 1300 illik
yubileyinin UNESKO xətti ilə
beynəlxalq miqyasda təntənəli qeyd
edilməsi də Heydər Əliyevin milli-
mənəvi dəyərlərimizə olan hörmət və
ehtiramının növbəti parlaq təcəssümü
idi. Vurğulanıb ki, ulu öndər Heydər
Əliyevin müdrik dövlətçilik kursunun,
strateji inkişaf konsepsiyasının layiqli
davamçısı, Azərbaycan Respublika-
sının Prezidenti cənab İlham Əliyevin
milli-mənəvi dəyərlərimizə olan qay-
ğıkeş münasibəti bu gün eyni ənənəni
yaşadır. Bu baxımdan, ölkə Prezidenti
İlham Əliyevin xalqımızın mədəni
sərvətlər xəzinəsində müstəsna yer
tutan və əsrlərdən bəri milli-mənəvi
varlığın ayrılmaz tərkib hissəsinə
çevrilən “Kitabi-Dədə Qorqud”un
alman dilində ilk tərcüməsi və
nəşrinin 200 illiyinin qeyd edilməsi
haqqında” bu il fevral ayının 20-də
imzaladığı Sərəncam da diqqəti
xüsusi cəlb edir. Natiq məruzəsinin
sonunda qeyd edib ki, ulu öndərin la-
yiqli davamçısı Cənab Prezidentimiz
İlham Əliyev milli dövlətçiliyimizin,
onun ərazi bütövlüyünün qorunması
ilə yanaşı, həm maddi sərvətlərimizin,
həm də milli mənəvi dəyərlərimizin
qorunmasına sədaqətlə xidmət edir.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin
əməkdaşı
Ulu öndər Heydər Əliyev və
milli-mənəvi dəyərlər
N
axçıvan Dövlət Universitetində
Bakı Dövlət Universitetinin
Beynəlxalq münasibətlər kafedra-
sının dosenti, siyasi elmlər üzrə
fəlsəfə doktoru Rza Talıbovun
“Asiya ölkələri beynəlxalq
münasibətlər sistemində” adlı
kitabının təqdimat mərasimi keçi-
rilib. Universitetin rektoru, AMEA-
nın müxbir üzvü Saleh Məhərrəmov
tədbiri giriş sözü ilə açaraq yeni
nəşrin Asiya ölkələrinin dünya
siyasətində və beynəlxalq mü -
nasibətlər sistemindəki yeri,
mövqeyi və əhəmiyyətindən bəhs
edən, bunu beynəlxalq mü -
nasibətlərin üzvi tərkib hissəsi olan
Azərbaycan Respublikasının Asiya
ölkələri ilə çoxcəhətli əlaqələri
kontekstində təqdim edən faydalı
dərslik olduğunu vurğulayıb. Kitab
Naxçıvan Dövlət Universitetində
də tədris olunan müvafiq ixtisasın
müəllim və tələbələri, tədqiqatçılar,
siyasi xadimlər üçün sanballı elmi
mənbə, stolüstü kitab rolunu oyna-
yacaq. Kitabın böyük elmi maraq
doğurması, rus dilinə tərcümə və
nəşri bunu bir daha təsdiq edir.
Universitetin Beynəlxalq
münasibətlər kafedrasının müdiri,
fəlsəfə üzrə fəlsəfə doktoru, do-
sent Yusif Hüseynov dərsliyi ətraflı
təhlil edərək qeyd edib ki, dünya
siyasətində Asiya ölkələrinin
çəkisinə və roluna artan maraq
çərçivəsində bu ölkələrin geostrtateji
və geosiyasi cəhətdən araşdırılma-
sı baxımından boşluq mövcuddur.
Dərslik bu boşluğu aradan
qaldırmağa xidmət edən sanballı
elmi-tədqiqat əsəridir. 6 fəsildən, 27
yarımfəsildən ibarət kitabda Asiya
ölkələrinin dünya dövlətləri ilə si-
yasi-diplomatik münasibətləri, iq-
tisadiyyat, elm, təhsil, səhiyyə kimi
çoxçəhətli əməkdaşlıqları araşdı-
rılmış, bu dövlətlərin tarixi keşmi-
şi, bügünkü sosial-iqtisadi vəziyyəti,
siyasi strtategiyaları haqqında əhatəli
məlumat verilmışdir. Kitab bü -
tövlükdə Xəzər hövzəsi ölkələri, o
cümlədən Azərbaycan ilə əmək -
daşlığa xüsusi əhəmiyyət verən Çin
Xalq Respublikası, dünya siyasətinin
cazibə qüvvəsi hesab olunan Yapo-
niya, texnologiyalar ölkəsi Koreya
Respublikası, müstəqil dövlət kimi
geniş iqtisadi islahatlar aparmaqla
inkişafın ən yüksək səviyyəsini
təşkil edən Sinqapur, Cənub-Şərqi
Asiyanın, eləcə də Sakit Okean
hövzəsinin ən böyük müsəlman
dövlətlərindən olan Malaziya, son
dövrlərdə xarici siyasətində Qərb
dövlətlərinə meyl edən Vyetnam
Sosialist Respublikası haqqında
zəngin, dərin məzmunlu bilik verir.
Müəllif gərgin elmi ax ta -
rışların, tədqiqatların nəticəsində
bu mühüm elmi qənaətə gəlir ki,
Asiya beynəlxalq münasibətlərin
tənzimlənməsində aparıcı qüvvə,
dünya siyasətinin əsas mərkəz -
lərindən biri, böyük iqtisadi fırtınalar
məkanı, elm, təhsil, texnologiyanın
tərəqqisi ilə fərqlənən bir qitədir. Bö-
yük siyasi uzaqgörənlik və analitik-
siyasi təfəkkürün məhsulu olan
əsərdə Asiya ölkələrinin gələcək
müqəddaratı barədə də maraqlı si-
yasi proqnozlar verilir. Kitab
Azərbaycan Respublikasının Şərq və
Qərb arasında “qızıl körpü” rolu oy-
naması elmi qənaəti, Asiya qitəsi
ölkələrinin beynəlxalq münasibətlər
sistemindəki özünəməxsus yerinin
müəyyənləş diril məsi baxımından
siyasətşünaslıq elminə qiymətli
töhfə hesab oluna bilər.
Təqdimat
mərasimində
Beynəlxalq münasibətlər kafedra-
sının dosentləri, tarix üzrə fəlsəfə
doktorları Şamxal Məmmədov və
Emin Şıxəliyev çıxış edərək çoxsaylı
yerli və xarici elmi, elmi-kütləvi
mənbələrə əsaslanaraq yazılan yeni
dərsliyin elmi məziyyətlərindən da-
nışıblar. Qeyd olunub ki, kitabda
geosiyasi əhəmiyyətinə görə müa-
sir dünya siyasətinin diqqət
mərkəzində dayanan Asiya qitəsinin
beynəlxalq siyasi arenadakı çəki -
sindən, ayrı-ayrı Asiya ölkələrinin
müasir inkişaf modelindən bəhs
olunur. Dərslikdə ümummilli lider
Heydər Əliyevin rəhbərliyi ilə
müstəqil Azərbaycanın yürütdüyü
diplomatik siyasət, Asiya ölkələri ilə
qarşılıqlı və çoxşaxəli əlaqələri, bu
əməkdaşlığın Prezident İlham
Əliyev tərəfindən uğurla davam
etdirilməsi ilə bağlı dəyərli
məlumatlar da öz əksini tapıb.
Çıxışçılar müəllifi bu əhəmiyyətli
elmi nəşr üçün təbrik edib, yeni-yeni
uğurlar arzu ediblər.
Siyasi elmlər üzrə fəlsəfə dok-
toru, dosent Rza Talıbov tədbirin
təşkilatçılarına minnətdarlıq edib,
müasir dünyada baş verən siyasi
proseslərdə Asiyanın müstəsna ye-
rinin olduğunu diqqətə çatdırıb.
Müəllif bildirib ki, belə bir dərsliyə
olan zəruri elmi təlabatdan sonra
gələcəkdə Asiya ölkələrinin hər bi-
rinin ayrı-ayrılıqda müasir dünya
siyasətindəki mövqeyi haqqında
yeni elmi nəşrlər üzərində işləməyi
düşünür.
Sonda rektor, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmov
ali məktəb kollektivi adından
müəllifi təbrik edərək gələcək elmi-
pedaqoji fəaliyyətində ona uğurlar
arzulayıb. Universitetin müəllim
və tələbələrinə yeni dərsliklər
hədiyyə edilib.
Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin
müdiri
Siyasətşünaslıq elminə qiymətli töhfə
2 / GÜNDƏM
YENİ FİKİR
OKTYABR 2015
N
axçıvan Muxtar Respub likası
Ali Məclisi Sədrinin 2015-ci il
27 iyul tarixli “Ali və orta ixtisas
təhsili müəssisələrində ixtisasların
müvafiq təşkilatlara hamiliyə
verilməsi haqqında” Sərəncamına
uyğun olaraq, muxtar respublikada
fəaliyyət göstərən müxtəlif nazirlik
və təşkilatların nümayəndələri
Naxçıvan Dövlət Universitetinin
müvafiq ixtisaslarının tələbələri ilə
görüşlər keçirir.
Növbəti görüş Naxçıvan
Dövlət Universitetinin Təbiətşü -
nas lıq və kənd təsərrüfatı fakültə -
sinin yenicə yaradılımış Torpaq -
şünas lıq və aqrokimya, habelə
Coğrafiya müəllimliyi, Biologiya
müəllimliyi ixtisaslarının I kurs,
Ekologiya ixtisasının isə III kurs
tələbələri ilə keçirilib. Görüşdə uni-
versitetin elmi işlər üzrə prorektoru,
fizika üzrə fəlsədə doktoru, dosent
Mübariz Nuriyev sərəncamın mux-
tar respublikada kadr potensialının
formalaşması, yüksək intellektli
mütəxəssislərin müəyyənləş dirilməsi
və gələcəkdə iş yerləri ilə təmin
olunması baxımından əhəmiy -
yətindən danışıb.
Naxçıvan Muxtar Respubli-
kasının Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin
sədri Müslüm Cabbarzadə 2015-ci
il 27 iyul tarixli sərəncamın muxtar
respublikada fəaliyyət göstərən
təşkilatlarla ali təhsil müəssisələri
arasında əməkdaşlığın inkişafı,
tələbələrə təcrübi biliklərin
öyrədilməsi baxımından zəruriliyini
vurğulayıb. Məlumat verilib ki,
komitənin bu məqsədlə hazırladığı
tədbirlər planında tələbələrə dərslik,
dərs vəsaitləri, elektron nəşrlər və
əyani vəsaitlərin hədiyyə olunması,
virtual dərslərin təşkili, istehsalat
bazasında təcrübələrin təşkili
nəzərdə tutlur.
Sonra, iqtisad üzrə fəlsəfə
doktoru, dosent Müslüm Cabbar -
zadə tələbələrə “Ümummilli lider
Heydər Əliyevin torpaq islahatı və
aqrar sektorun inkişafı” mövzusunda
mühazirə keçib. İnformasiya-kom-
munikasiya texnologiyaları vasitə -
silə, slaydlar şəklində keçirilən
mühazirənin sonunda tələbələrin
sualları cavablandırlıb.
Sonda tələbələrə dərslik və
monoqrafiyalar, xəritələr, elektron
nəşrlər hədiyyə edilib.
Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin
müdiri
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət
Komitəsi NDU-nun Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki
müvafiq ixtisasları hamiliyə götürüb
A
MEA Naxçıvan Bölməsində
Naxçıvan Dövlət Universiteti-
nin rektoru, AMEA-nın müxbir
üzvü, biologiya elmləri doktoru,
professor, Əməkdar elm xadimi
Saleh Məhərrəmovun anadan ol-
masının 50 illiyinə həsr olunmuş yu-
biley yığıncağı keçirilmişdir.
Tədbiri bölmənin sədri, aka-
demik İsmayıl Hacıyev açaraq Saleh
Məhərrəmovun keçdiyi ömür yo-
lundan, onun Azərbaycan elminin,
təhsilinin inkişafındakı xidmət -
lərindən danışmışdır.
Tədbirdə Naxçıvan Dövlət
Universitetinin prorektoru, professor
Məmməd Rzayev “Əməkdar elm
xadimi Saleh Məhərrəmovun ömür
yolu, elmi və pedaqoji fəaliyyəti”
mövzusunda məruzə etmişdir.
Qeyd edilmişdir ki, Saleh
Məhərrəmov 101 elmi məqalənin, 3
monoqrafiyanın, 2 dərs vəsaitinin,
2 proqram, 2 təklif və 1 metodik
vəsaitin müəllifidir. Onun rəhbərliyi
altında 10 fəlsəfə doktoru disserta-
siya işi yerinə yetirir.
Yığıncaqda AMEA-nın vitse-
prezidenti, akademik İsa Həbibbəyli,
Naxçıvan Müəllimlər İnstitutunun
rektoru, professor Oruc Həsənli,
“Naxçıvan” Universitetinin rektoru,
professor İsmayıl Əliyev, Naxçıvan
Dövlət Universitetinin Sosial
idarəetmə və hüquq fakültəsinin
dekanı, dosent Qərib Allahverdiyev,
Naxçıvan Dövlət Universitetinin
Tibb fakültəsinin dekanı, dosent
Bəhruz Məmmədov çıxış edərək
Saleh
Məhərrəmovun
elmi
fəaliyyətini yüksək qiymətləndirmiş
və ona gələcək işlərində uğurlar
arzulamışlar.
Sonda Saleh Məhərrəmov ona
göstərilən diqqətə və elmi fəaliy -
yətinə verilən yüksək qiymətə görə
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri cənab Vasif
Talıbova öz dərin minnətdarlığını
ifadə etmişdir.
Naxçıvan Dövlət Universitetinin rektoru,
AMEA-nın müxbir üzvü, Saleh Məhərrəmovun
50 illik yubileyi qeyd olunub
N
axçıvan Dövlət Universitetində
2015-2016-ci tədris ilinin birinci
semestrinə aid pedaqoji təcrübənin
başlanğıc konfransı keçirilib. Uni-
versitet kollektivinin, təhsil nazir li -
yi nin əməkdaşlarının, təcrübəçi
tələbələrin iştirak etdiyi konfransı uni-
versitetin rektoru, AMEA-nın müx-
bir üzvü Saleh Məhərrəmov açaraq
vurğulayıb ki, pedaqoji təcrübənin
tələbələrin ali təhsil zamanı aldıqları
nəzəri bilikləri sınaqdan çıxarmala-
rı, pedaqoji mühitə alışmaları,
müəllimlik sənətinin sirlərinə daha
dərindən yiyələnmələri, ümumtəhsil
məktəbləri ilə əməkdaşlığı möhkəm -
lətmək, yüksək intellektli müəllim,
mütəxəssisi hazırlanması baxımından
mühüm əhəmiyyət kəsb edir. Rektor,
pedaqoji təcrübə zamanı davamiyyət
və nizam-intizamın, məsuliyyətin
vacib amil olmasından bəhs edib,
dərslərin informasiya-kommunika-
siya texnologiyaları vasitəsilə
keçirilməsi, tərbiyəvi tədbirlərin
təşkili ilə bağlı tövsiyələrini çatdırıb
Tədris şöbəsinin müdiri, tarix
üzrə fəlsəfə doktoru, dosent Rafiq
Rəhimov bildirib ki, cari semester
ərzində universitetin 6 fakültəsinin
pedaqoji profilli 16 ixtisası üzrə 365
nəfər III - IV kurs tələbəsi muxtar
respublikanın 17 tam orta məktə bin -
də, o cümlədən Babək rayonunun
Şıxmahmud və Kərimbəyli kəndlə -
rin dəki tam orta məktəblərdə təcrü -
bə də olacaq. Rafiq Rəhimov sənəd -
ləş mə işləri – təcrübə jurnallarının,
məktəb rəhbərlərinin və təcübə -
çilərin iş planlarının, icmal və
gündəliklərin, hesabatların hazır-
lanması, qiymət ləndirmə sistemi,
açıq dərslərin, kütləvi tədbirlərin
təşkili barədə məlumat verib,
təcrübəçi tələbələrin, metodistlərin,
məktəb müdiriyyə tinin üzərinə
düşən vəzifələrdən danışıb.
Konfransda Fənlərin tədrisi
və metodikası və texnologiya müəl -
limliyi kafedrasının baş müəl limi
Rövşən Bağırov “Metodist lərin
təcrübə dövründə yerinə yetirə cə yi
işlər”, Pedaqogika və psixologiya ka-
fedrasının əməkdaşı, psixologiya
üzrə fəlsəfə doktoru Sevinc Orucova
“Təcrübə dövründə pedaqogika və
psixologiya üzrə görüləcək işlər”
barədə məruzələr ediblər.
Naxçıvan Muxtar Respubli -
kası Təhsil Nazirliyinin aparat rəhbəri
Rəşad Xudiyev konfransa yekun
vuraraq vurğulayıb ki, muxtar respub -
likada təhsilin inkişafına göstərilən
dövlət qayğısı öz bəhrəsini vermək -
dədir. Bunu son onilliyin statistik
göstəriciləri də təsdiq edir. Belə ki,
muxtar respublikanın ümumtəhsil
məktəblərinin məzun ların dan ali
məktəblərə yüksək balla qəbul olan-
ların sayı 2004-2005-ci illərdə 87
nəfər idisə, 2014-2015-ci illərdə bu
rəqəm 313-ə çatıb. Fərəhləndirici
haldır ki, onlardan 144 nəfəri ali təhsil
almaq üçün məhz Naxçıvan Dövlət
Universitetini seçib. Bu il tələbə adı
qazanıb muxtar respublikanın ali
təhsil ocaqlarında təhsil alacaq 8
nəfər Azərbaycan Respublikası
Preziden tinin fərdi təqaüdünə layiq
görülüb. Muxtar respublikanın tam
orta məktəblərində təcrübəçi
tələbələrin pedaqoji prosesi əyani
şəkildə öyrənmələri, bilik və peşə
vərdişlərini yaxşı mənimsəmələri
üçün hər cür şərait yaradılıb.
Konfransda ötən tədris ilindəki
pedaqoji təcrübələri əks etdirən
slaydlar nümayiş olunub.
Pedaqoji təcrübənin başlanğıc
konfransı
N
axçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin 2015-ci il
iyulun 27-də imzaladığı “Ali və
orta ixtisas təhsili müəssisələrində ix-
tisasların müvafiq təşkilatlara
hamiliyə verilməsi haqqında”
Sərəncamına uyğun olaraq Naxçıvan
Muxtar Respublikası Təhsil
Nazirliyinin tədbirlər planı hazır-
lanmışdır. Naxçıvan Muxtar
Respublikası Təhsil naziri Piri
Nağıyev və nazirliyin əməkdaşları
həmin Sərəncamdan irəli gələn
vəzifələrin icrası ilə bağlı Naxçıvan
Dövlət Universitetinin pedaqoji pro-
filli hamiliyə götürülmüş ixtisas -
larında təhsil alan tələbələrlə görüş
keçirib.
Tədbiri universitetin rektoru,
AMEA-nın müxbir üzvü Saleh
Məhər rəmov açaraq, Azərbaycanda
təhsilin inkişaf strategiyasından,
ümummilli lider Heydər Əliyevin
təhsil siyasətinin uğurlu davamından
danışıb. Qeyd olunub ki, Naxçıvan
Dövlət Universiteti tarixi inkişaf
yolu keçən, çoxillik ənənənlərə
söykənən, yüksək ixtisaslı mütə -
xəsisslər yetişdirən, güclü maddi-tex-
niki bazaya malik olan, beynəlxalq
əlaqələrini günbəgün genişləndirən
ali təhsil ocağıdır. Rektor, 27 iyul
2015-ci il tarixli Sərəncamın təhsil
tarixindəki mühüm əhəmiyyətindən
danışıb.
Naxçıvan Muxtar Respubli -
kasının təhsil naziri Piri Nağıyev təd -
birdə çıxış edərək vurğulayıb ki, bu
gün muxtar respublikamızda təhsilə
diqqət və qayğı ən yüksək səviy yə -
dədir. Yeni məktəb binalarının tikilib
istifadəyə verilməsi, onların yüksək
maddi-texniki baza və ən müasir in-
formasiya kommunikasiya texno-
logiyaları ilə təchizatı bu qayğının
bariz nümunəsidir. Nazir, Naxçıvan
Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2015-ci il iyulun 27-də
imzaladığı “Ali və orta ixtisas təhsili
müəssisələrində ixtisasların müvafiq
təşkilatlara hamiliyə verilməsi
haqqında” Sərəncamın çox böyük
tarixi əhəmiyyəti olduğunu bildi-
rib. Nazir, Sərəncamın ali və orta
ixtisas təhsili müəssisələri, nazirliklər,
komitələrlə belə əlaqəli tədbirlər,
bilik və təcrübə mübadiləsi, mövcud
problemlərin aradan qaldırılması,
gələcək
pedaqoji
fəaliyyət
prinsiplərinin düzgün müəyyən ləş -
dirilməsi baxımın dan, həmçinin
tədrisin və təhsilin daha da yüksək
səviyyədə qurulmasında mühüm
əhəmiyyət kəsb etdiyini bildirib.
Ali və orta ixtisas məktəblərinə
həm sənədvermə, həm də qəbulun
nəticələrinin ilbəil yaxşılaşdığını
vurğulayan təhsil naziri qeyd edib ki,
2014-cü ildə 117 ümumtəhsil
məktəbinin məzunları qəbul imta-
hanlarında yüksək nəticələr
göstərmişdisə, 2015-ci ildə belə
məktəblərin sayı 129-a çatıb. Piri Na-
ğıyev vurğulayıb ki, məzunlar ixti-
sas seçimi zamanı muxtar respub -
likada fəaliyyət göstərən ali təhsil
müəssisələrinə daha çox üstünlük
veriblər. 2015-ci ildə 1137 nəfər,
yaxud qəbul olanların 72 faizi Nax-
çıvan Muxtar Respublikasında
yerləşən ali təhsil müəssisələrini
seçiblər. Nazir bir faktı da diqqətə
çatdırıb ki, bu il yüksək balla ali
məktəbə qəbul olaraq, Prezident
təqaüdünə layiq görülən 8 nəfər
tələbənin 4-ü Naxçıvan Dövlət Uni-
versitetinin tələbəsidir.
Tədbirdə, muxtar respublikada
müəllim əməyinin qiymətləndiril -
məsinin daim diqqət mərkəzində
saxlanıldığını nəzərə çatdıran Piri Na-
ğıyev vurğulayıb ki, Naxçıvan Mux-
tar Respublikası Ali Məclisi Sədrinin
“Naxçıvan Muxtar Respublikasının
dövlət ümumi təhsil müəssisələrində
çalışan, bilik və bacarıqlarının
qiymətləndirilməsi aparılan müəllim -
lərin dərs yükünün və əmək haqqı-
nın artırılması haqqında” 2015-ci il
22 iyun tarixli Sərəncamı müəllim
əməyinə, ümumilikdə, təhsilə
göstərilən dövlət qayğısının bariz
nümunəsidir.
Sonda Nazir tələbə-gənclərə
vətənpərvər, dövlətçiliyə və xalqa
sədaqətli gənc nəsil kimi yetişmə -
lərini arzulayaraq onlara, bu yolda
uğurlar diləyib.
Naxçıvan Muxtar Respub -
likası Təhsil Nazirinin müavini
Məmməd Qəribov bildirib ki, Təhsil
Nazirliyinin əməkdaşları Sərəncam -
dan irəli gələn vəzifələrin icrası ilə
bağlı, dəfələrlə Naxçıvan Dövlət
Universitetində olaraq tələbələrlə
görüşüb və onlarla söhbətlər aparıb,
yeni təlim metodu olan kurikuluma
aid metodiki vəsaitlər, Naxçıvan
Muxtar Respublikası Təhsil Nazir-
liyinin tabeliyində olan ümumtəhsil
məktəbləri
haqqında
yazılı
məlumatlar tələbələrə paylanılıb.
Qeyd edək ki, bu dəfə də
tələbələrlə görüş zamanı onlara,
ümumtəhsil məktəblərində məktəb -
daxili qiymətləndirmənin tətbiqi adlı
metodik vəsait paylanılıb.