İslam və qadınların bütün sahələrdə inkişafı
Dünyada mövcud olan müxtəlif təfəkkürlər arasında İslamın görüşünə nəzər saldıqda aydın şəkildə başa düşürəm ki, bəşəriyyət yalnız İslamın baxışlarını azaldıb-artırmadan, ifrat və təfritə varmadan dərk etdikdə qadın məsələsinə, qadın-kişi münasibətlərinə dair sağlam və ideal yolu tapacaq. Bu, bizim qadın məsələlərinə dair iddiamızdır. Biz bu gün maddi sivilizasiyalarda qadına qarşı mövcud olan fikirləri əsla qəbul etmirik, onları qadının və cəmiyyətin xeyrinə saymırıq.
İslam istəyir ki, qadınların elmi, ictimai, siyasi və düşüncə inkişafı, ilk növbədə fəzilət və mənəviyyatı uca səviyyəyə çatsın, cəmiyyətin və bəşər ailəsinin bir üzvü kimi ona maksimum faydalı və səmərəli olsunlar. İslamın bütün təlimləri, o cümlədən hicab məsələsi bundan ötrüdür. Hicab qadını təcrid etmək deyil. Əgər kimsə belə düşünsə, çox yanlış düşünüb. Hicab cəmiyyətdə qadın və kişinin bir-biri ilə qeyd-şərtsiz qarışmasının qarşısını almaq üçündür. Çünki belə bir vəziyyət həm cəmiyyət üçün zərərlidir, həm də kişi və qadın üçün. Bu, xüsusən qadının ziyanınadır.
Hicab siyasi, ictimai və elmi fəaliyyətlərə əsla maneə və əngəl törətmir. Bunun canlı sübutu sizlərsiniz. Bəlkə də bəziləri təəccüb edirdilər və hələ də təəccüb edirlər ki, hər bir fəndə özünü İslam təlimləri, o cümlədən hicab məsələsi ilə uyğunlaşdıran yüksək elmi səviyyəli bir xanım olsun. Bu bəziləri üçün inanılmaz idi, təsəvvür edə bilmirdilər.
Ölkənin qadın həkimləri ilə görüşdə çıxışından: 1990.
Dostları ilə paylaş: |