HƏZRƏTİ HARUNUN MƏNZİLƏTİNİN həzrət ƏLİYLƏ EYNİ OLDUĞUNUN İSBATI
Həzrət Harun digər bir çox peyğəmbər kimi müstəqil bir nübuvvətə sahib deyildi; qardaşı həzrət Musanın şəriətinə tabe idi. Həzrət Əli də nübuvvət məqamına sahibdi. Amma müstəqil deyildi. Həzrət Məhəmməd (s)-ın şəriətinə tabe idi. Həzrət Peygəmbər bu hədis (Mənzilət ) vəsiləsiylə Ümmətə bunu anlatmaq istədi ki, həzrət Harun necə nübuvvət məqamına sahib və zamanının ulul-əzim peyğəmbəri olan həzrət Musaya tabe idisə, həzrət Əli (ə) da İmamət mərtəbəsiylə bərabər nübuvvət məqamına sahibdi. Amma peyğəmbərmizin (s) şəriətinə tabe idi. Bunun özü, həzrət Əli üçün ülvü bir xüsusiyyətdir.
İbni Əbil-Hədid Nəhcul Bəlağanın şərhində zikr edilən hədisi nəql etdikdən sonra bunları söyləyir:
«Həzrət Peyğəmbər (s) bu hədisi və bəyanıyla, Harunun Musaya nisbətlə sahib olduğu bütün mərtəbələrə həzrət Əlinin də sahib olduğunu isbatlamışdır. Əgər həzrət Peyğəmbərdən sonra peyğəmbərlik davam etmiş olsaydı, həzrət Əli də peyğəmbər olardı. Peyğəmbərin (s); «Doğrusu məndən sonra peyğəmbər yoxdur». Cümləsi, Əgər O həzrətdən sonra bir peyğəmbər olsaydı, həzrət Əlinin o məqama olacağını bizə anlatmaqdadır. Bax buna görə peyğəmbərlik istisna edilmişdir. Həzrət Harunun nübuvvət xaricindəki sahib olduğu bütün məqamlar həzrət Əlidə də sabitdir».
Məhəmməd bin Təlhə əş-Şafei də «Mətalibus-Süulun» 19-cu səhifəsində Harunun mənziləti haqqındakı əsrarı kəşf etdikdən və bir qrup açıqlamalar etdikdən sonra nəzərini belə bildirir: «Xülasə Harunun Musaya nisbətlə mənziləti bu idi: Harun Musanın qardaşı, vəziri, köməyi, nübuvvətdə ortağı və Musanın qövmünün xəlifəsiydi. Həzrət Peyğəmbər də mənzilət hədisiylə, nübuvvətin xaricindəki Harunun Musaya nisbətlə sahib olduğu bütün xüsusiyyətləri həzrət Əli üçün qərar vermişdir. Çünki nübuvvətin xaricindəki xüsusiyyətlərin hamsı, yə᾽ni həzrət Peyğəmbərin qardaşlığı, vəzirliyi, köməkçi olması və özündən sonra ümmətə xəlifəliyi həzrət Əli üçün sabitdir. Mənzilət hədisi, məntiq və məfhum baxımından bu xüsusiyyətlərin həzrət Əli üçün sabit olduğuna dəlalət etməkdədir. Bu hədisin səhih olduğuna ittifaq etmişlərdir».
Bunun bənzər sözləri İbni Səbbağ «Fusulul-muhimmə»nin 29-cu səhifəsində və sizin digər böyük alimləriniz də bu mə᾽nada sözl söyləmişlər, ki vaxtın azlığı onları hamsını bir-bir zikr etməyə izin vermir.
Hafiz: «Zənn edirəm nübuvvətin istisna edilməsi, bu məqamın həzrət Əlidə olduğunun deyil, olmadığının dəlilidir».
Də᾽vətçi: «Bu qədər açıq və sizin bir çox böyük üləmanız tərəfindən də qəbul edilən bu məsələni rədd etməklə çox lütüfsüzlük edirsiniz. Şafeidən sizə nəql etdiyim sözə yaxşı diqqət etmədiniz deyəsən. O belə söyləyir: «Nübuvvətin xaricindəki digər xüsusiyyətlərin hamsı həzrət Əli üçün sabitdir».
Bu söz, həzrət Əlidə nübuvvət məqamının olmadığını deyil sadəcə istisna edildiyini bildirir. Ayrıca onun: «Fi innəhu istisnaha fi axiril-hədisi biqavlihi: innəhu la nəbiyyə bə᾽di» sözündəki istisnaha kəliməsindəki zamir nübuvvətə dönür.
Bu növ sözlər, sizin üləmanızın kitablarında çoxdur; onların hamsı nübuvvətin istisna edildiyinə dəlalət etməkdədir, nübuvvətin olmadığına deyil. Nübuvvətin olmadığına qail olanların nəzərləri, inad və təəssübdən başqa bir şey deyildir. Din xüsusunda təəssübdən Allaha sığınıram».
Hafiz: «Zənn edirəm sizin bu iddianız: «Əgər bizim Peyğəmbərimiz son peyğəmbər olmasaydı və Ondan sonra da bir peyğəmbər gəlməli olsaydı, həzrət Əli o məqama sahib olardı» sizin özünüzə məxsusdur; sizdən başqa kimsə belə bir şey söyləməmişdir».
Də᾽vətçi: «Bu iddia mənə və ya şiə alimlərinə xas olan bir iddia deyil. Sizin böyük alimlərinizdən bir çoxu da eyni mə᾽nada sözlər söyləmişlər».
Hafiz: «Bizim böyük alimlərimizdən hansı biri belə bir iddiada olmuşdur? Əgər zehninizdə varsa, buyurun».
Də᾽vətçi: «Molla Əli bin Sultan Məhəmməd Hərəviyi Qari, sizin böyük alimlərinizdən olub əhli-sünnəttin rical üləmasına görə də e᾽tibarlı bir şəxsdir. Onun ölüm xəbəri Misirə yetişdikdə Misirli alimlər, dörd mindən çox insanın qarşısında onun üçün gaybet namazı qıldılar. O, bir çox kitablar yazmışdır. «Mişqat»a şərh olaraq yazdığı «Mirqat» kitabında, mənzilət hədisinin şərhində belə deyir: «Bu hədisdə, əgər həzrət Xatəmul-Ənbiyadan sonra bir peyğəmbər gəlməli olsaydı, onun həzrət Əli olacağına aydın bir işarə vardır».
Sizin eyni düşüncəyə sahib olan böyük alimlərinizdən biri də məşhur Əllamə Cəlaləddin Siyutidir. O «Buğyətul-vuaz fi Təbəqatil-huffaz» kitabının axırında Cabir bin Əbdullah-Ənsariyə qədər ravilər silsiləsini zikr edərək ondan belə nəql edir: həzrət Peyğəmbər (s), Əmirəl-mö᾽minin Əliyə belə buyurdu: «Ya Əli! Məna nisbətlə, Harunun Musaya nisbətlə olan mənziləti (dərəcəsi) kimi olmaq istəyirmisən? Bu fərqlə ki, məndən sonra bir peyğəmbər yoxdur; əgər olsaydı o sən olardın».
Yenə Şafei fəqihi olan Mir Seyyid Əli Həmadi, «Məvəddətul-qurba»nın 6-cı məvəddətinin ikinci hədisində Ənəs bin Məlikdən belə nəql etmişdir:
Həzrət Peyğəmbər belə buyurdu: «Allah-təala məni peyğəmbərliyə seçdi və məni bütün peyğəmbərlərdən də üstün etdi. Əmim oğlu Əlini də mənim vəsim edərək arxamı gücləndirdi. Çünki Musanın arxasını da qardaşı Harun vasitəsiylə gücləndirdi. O (Əli) mənim xəlifəm və vəzirimdir; əgər məndən sonra peyğəmbər olsaydı şübhəsiz o peyğəmbər olardı; lakin məndən sonra peyğəmbər yoxdur».
Görüldüyü kimi, «Həzrət Əlinin nübuvvət məqamına sahib olduğu» sözü sadəcə bizə aid deyil, sizin öz üləmanızın da təsdiqiylə bilavasitə həzrət Peyğəmbərə aiddir. O həzrətin sözünə görə həzrət Əli nübuvvət məqamına sahibdi və bu məsələ sizin bu qədər təəccübləndirməyə səbəb ola bilən qədər qərışıq və eşidilməmiş bir məsələ də deyildir.
Həzrət Harunun mənzilət və mərtəbələrindən, sadəcə nübuvvət məqamı müttəsil1 istisna ilə müstəsna olmuşdur. Amma onun xaricindəki mənzilət və mərtəbələr, sizin öz üləmanızın da etirafıyla həzrət Əli üçün əbədi və sabitdir. Bu mənzilət və məqamlardan ən üstünü də, xilafət və əfdaliyət mənzilətidir (məqamıdır). Allah-təala həzrət Harunun xilafəti haqqında açıq bir şəkildə «Ə´raf» surəsinin 142-ci ayəsində belə buyurur: «Musa qardaşı Haruna dedi ki; Qövmün içində mənim xəlifəm ol (yerimə keç), onları islah et və fitnə fəsad törədənlərə uyma!».
Hafiz: «Keçən ayələrdə həzrət Harunun, qardaşı həzrət Musa ilə nübuvvət məqamına ortaq olduğunu söylədiniz. O halda necə oldu ki, onu öz xəlifəsi etdi? O, Peyğəbərin ortağının məqamı, özünə xəlifə və vəsi olmaqdan çox ucadır. Əgər ortağı xəlifə (öz yerində oturacaq olan) edərsə, onu məqam və mərtəbəsindən aşağı salmış olur. Çünki nübuvvət məqamı xilafət məqamından daha ucadır.
Də᾽vətçi: «Möhtərəm ağalardan bə᾽ziləri diqqət etmədiklərinə görə xətaya düşdülər. Əgər bir az diqqət etsəydiniz, cavabıma ehtiyac olmadan cavabı özünüz tapıb anlardınız ki, həzrət Musa (əla nəbiyyina və al᾽ihi və əleyhis-səlam)-ın nübuvvəti əsil və həzrəti Harunun nübuvvəti isə ona tabe idi; onun xəlifəsi kimiydi. Buna da diqqət edilməsi lazımdır ki, həzrət Harun təbliğ işlərində, qardaşı həzrət Musa ilə eyni məqama sahib idi.
Çünki bu, həzrət Musanın, «Taha» surəsinin 25-ci ayəsindən 33-ayəsinə qədər olan qismində anlaşılmaqdadır. «Taha» surəsi həzrət Musanın sözünü belə nəql edir: «Dedi ki: Rəbbim, mənim köksümü aç, işimi asanlaşdır, dilimdən düyünü aç ki, söyləyəcəklərimi anlasınlar. Ailəmdən mənə bir yardımçı et; qardaşım Harunu. Onunla arxamı qüvvətləndir, onu, işimdə ortaq et. Belə səni təsbih edərəm».
Bax buna görə sadəcə həzrət Əli (ə), nübuvvəti xassə xaricində bütün kamal mərtəbələrində həzrət Peyğəmbərlə ortaq və eyni məqama sahibdi».
Hafiz: «Bizim heyrətimiz getdikcə artır. Görürsüz ki, həzrət Əlinin (k.v) məqamı mövzusunda ağıl sahiblərinin ağlını heyrətə gətirəcək qədər ğuluv edirsiniz (ifrata gedirsiz). Onlardan biri də indi söylədiyiniz sözdür. Buyurdunuz ki: Əli (k.v), Rəsulallahın (s) sahib olduğu bütün sifət və xüsusiyyətlərə sahibdi».
Də᾽vətçi: «Əvvəla, bu növ sözlər ğuluv (ifrata getmək) deyil, əslində həqiqətin özüdür. Çünki əqli qaydalara görə həzrət Peyğəmbərin xəlifəsinin bütün sifətləriylə Peyğəmbərə bənzəməsi lazımdır.
İkincisi, yalnız biz belə bir iddiada deyilik; sizin böyük alimlərinizdən bə᾽zilərə də öz mö᾽təbər kitablarında bu mə᾽nada sözlər söyləmişlər».
Dostları ilə paylaş: |