Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da


İNZAR GÜNÜ PEYĞƏMBƏRİN (Ə) «HƏDİSSÜD-DAR» DEYƏ MƏHŞUR OLAN SÖZÜYLƏ HƏZRƏT ƏLİNİ (Ə) XİLAFƏTƏ ÇATMASI



Yüklə 2,46 Mb.
səhifə50/63
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7105
1   ...   46   47   48   49   50   51   52   53   ...   63

İNZAR GÜNÜ PEYĞƏMBƏRİN (Ə) «HƏDİSSÜD-DAR» DEYƏ MƏHŞUR OLAN SÖZÜYLƏ HƏZRƏT ƏLİNİ (Ə) XİLAFƏTƏ ÇATMASI


Hədislərin arasında ən əhəmiyyətlisi «əd-Dar» hədisidir. Çünki, Peyğəmbər (s), Peyğəmbərliyini açıqladığı o ilk gün, həzrət Əlinin (ə) xəlifəliyini də aşkar e᾽lan etdi.

İmam Əhməd bin Hənbəl «Müsnəd»in Ι cildinin 111, 159 və 333-cü səhifəlarində, imam Sə᾽ləbi də öz təfsirinin «İnzar» ayəsinin açıqlamasında, Sədrul-Əimmə Müvəffəq bin Əhməd əl-Xarəzmi, «Mənaqib»də, Məhəmməd bin Cəriri Təbəri İnzar ayəsinin təfsirində və «Tarixul-Uməm vəl Mülük»un ΙΙ cildinin 217-ci səhifəsində müxtəlif yollarla, İbni Əbil Hədid əl-Mö´təzili «Şərhu Nəhcül-bəlağə»nin ΙΙΙ cildinin 263-cü və 281-ci səhifələrində «Nəqzəul-Osmaniyyə»dən nəqlən, İbni Əsir «Kamil»in ΙΙ cildinin 22-ci səhifəsində (mürsəl olaraq), Hafiz Əbu Naim «Hilyətul-Övliya»da, Həmidi «Cəmun-Beynəs Səhiheyn»də, Beyhəqqi «Sünənun və Dəlailun»da, Əbul-Fida «Tarixu Əbul-Fida»nın Ι cildinin 116-cı səhifəsində, Hələbi «Siritul-Hələbiyyə»nin Ι cildinin, 381-ci səhifəsində, Əbu Əbdurrəhman Nəsai «Həsaisul-Ələviyyə»nin 6-cı səhifəsinin 65-ci hədisində, Hakim Əbu Əbdullah «Müstədrək»in 3-cü cildinin, 132. səhifəsində, Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənəbiul-Məvəddə»nin 31-ci babında Müsnədi Əhməd və «Təfsiri-Sə᾽ləbi»dən nəqlən, Məhəmməd bin Yusif Gənci əş-Şafei «Kifayəut-Talib»in 51-ci babında və digər bir çox böyük alimləriniz az bir fərqliliklə belə nəql edirlər: «Şüəra» surəsinin 214-cü ayəsi, yə᾽ni «və ənzir əşirətəkəl-əkrəbin» (Və ən yaxınlarını qorxut) ayəsi nazil olduqda, Rəsuli-əkrəm (s) qohumlarından 40 nəfəri, əmisi Əbu Talibin evinə də᾽vət etdi. Onlar üçün qoyun ətindən bir az yemək və bir də Sa᾽süd1 hazırlamışdı. Onlar bu vəziyyətə gülərək, «Məhəmməd bir nəfərlik yemək belə hazırlamamışdır» dedilər. (Çünki onların içində elələri var idi ki, təkbaşına bir erkək dəvə yeyə bilərdi.)

Rəsuli-əkrəm (s): «Qulu bismillah» (yə´ni yeyin) buyurdu. Onlar yedikdən sonra bir-birlərinə, «Məhəmməd bu yeməklə bizi seHirlədi» dedilər. Yeməkdən sonra Rəsulallah (s) ayağa qalxıb, onlara bir xütbə oxudu. Sözü uzatmamaq üçün Peyğəbərin dediklərindən sadəcə iddiamıza dəlil olan giriş hissəsini bildirəcəyəm. Rəsulallah (s) belə buyurdu: «Ey Əbdülmütəllib oğulları! Allah-təala məni, bütün insanlara və məxsusən sizlərə Peyğəmbər olaraq göndərdi. Mən də sizi bu iki kəlməni (cümləni) söyləməyə də᾽vət edirəm. Belə ki, bu iki kəlmə dildə rahat və asan ölçüdə, ağır və dəyərlidir. Siz bu iki kəlməni söyləməklə ərəbə, əcəmə (ərəb olmayanlara) malik olacaqsınız. Onlar əmrinizədə olacaq və bütün ümmətlər (millətlər) sizə müti olacaqlar. Bu iki kəlməylə cənnətə girəcək və cəhənnəmdən qurtulacaqsınız. O iki kəlmə; Allahın birliyinə və mənim Peyğəmbərliyimə şəhadət vermənizdir. Kim (ilk şəxs olaraq) bu də᾽vətimi qəbul edər və mənə yardımçı olarsa, o mənim qardaşım, məndən sonra vəzirim, varisim və xəlifəm olacaqdır».

Rəsulallah (s) bu son cümləni üç dəfə təkrarladı. Hər üçündə də həzrət Əlidən başqa heç kim cavab vermədi. Həzrət Əli (ə) Hər dəfə, «Ey Allahın Peyğəmbəri! Mən sənin yardımçın və yavərinəm» ‒ deyə cavab verdi. Bundan sonra Peyğəmbər (s) onu xəlifəliklə müjdələdi və ağzının mübarək suyunu onun ağzına sürtərək belə buyurdu: «Bu (Əli), mənim qardaşım, vəsim və aranızdakı xəlifəmdir».

Bə`zi kitablarda həzrət Əlinin özünə xitab edərək belə buyurduğu nəql edirlər: «Sən ey Əli! Mənim vəsim və məndən sonra xəlifəmsən».

Şiə və sünni İslam alimlərinin eləcə də, İslam tarixi yazan başqa millətlərin tarixçiləri də, məzhəbi (yə᾽ni nə sünni, nə də şiə) təəssübləri olmadığından, bu hadisəni tərəfsiz olaraq nəql etmişlər. Onlardan biri, XVΙΙΙ əsrin məhşur İngilis filosof və tarixçisi Tomas Carldır. O, misirlilərin ərəb dilinə tərcümə etdiyi «Əl-ibtal və ibadətul-Məbtulə» adlı məşhur kitabında, sözü gedən mövzumuz haqqında geniş mütaliə edib məlumat topladıqdan sonra belə yazır: «Peyğəmbərin xütbəsindən sonra Əli ayağa qalxaraq, ona iman gətirdi. Beləcə, böyük xəlifəlik məqamı ona nəsib oldu».

Fransız professoru Mösyö Paul LeHjur, 1884-cü ildə Parisdə nəşr olunan «Xatəmul-nəbinin həyatı» adlı kiçik həcimli kitabında, İngilis Corcis Sal və şamlı Haşim Nəsrani 1891=ci ildə nəşr edilən «Məqalətul-İslam»ın 83 və 86-cı səhifələrində, (İslama və müsəlmanlara qarşı müxalif olmalarına baxmayaraq), xüsusilə Mister Can Deyvun Purt (ki, insaflı biriydi) dəyərli əsəri «Məhəmməd və Qur᾽an» adlı kitabın 20-ci səhifəsində bu mövzuyla əlaqəli, aydın bir nəzər və təmiz bir qəlblə belə yazır: «Peyğəmbər, daha peyğəmbərliyinin əvvəlində Əlini özünə qardaş, vəzir və xəlifə seçdi».

İMAM ƏLİNİN (Ə) XƏLİFƏLİYİNİ AÇIQ-AŞKAR E᾽LAN EDƏN HƏDİSLƏR


Həzrət Peyğəmbər (s), bu hədisi-şərifdən başqa bir çox yer və zamanda da eyni mə᾽naya toxunmuşdur. Məsələn:

1. İmam Əhməd bin Hənbəl «Müsnəd»də və Mir seyid Əli Həmədani əş-Şafei «Məvəddətul-Qurba»nın 4-cü məvəddətinin sonunda belə nəql edirlər: Rəsulallah (s) həzrət Əliyə belə buyurdu: «Ya Əli! Sən xalqın üzərimdəki olan haqqlarını ödəyəcəksən və sən mənim ümmətimə olan xəlifəmsən».

2. İmam Əhməd «Müsnəd»də müxtəlif mə᾽nbələrdən, Şafei fəqihi olan İbni Məğazili «Mənaqib»də və Sə᾽ləbi öz təfsirində belə nəql edirlər: «Rəsuli-əkrəm (s) həzrət Əliyə belə buyurdu: «Ya Əli! Sən mənim qardaşım, vəsim, xəlifəm və borclarımı ödəyənsən».

3. Əbül Qasım Hüseyn bin Məhəmməd (Rağib İsfahani) «Mühazirətül-Üdəba və Mühavəratüş-Şüəra vəl-bğüləğa» kitabının ΙΙ cildinin 213-cü səhifəsində Ənəs bin Malikdən Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql etmişdir: «ŞübHəsiz mənim dostum, vəzirim, xəlifəm və borcumu ödəyib, vədlərimə vəfalı olan, özümdən sonra qoyduğum ən xeyirli kəs, Əli ibn Əbu Talibdir».

4. Mir Seyid Əli Həmədani əş-Şafei «Məvəddətul-qurba»nın 6-cı məvəddətinin əvvələrində, ΙΙ xəlifə Ömər bin Xəttabdan belə nəql edir: həzrət Peyğəmbər, əshab arasında qardaşlıq əqdi oxuyarkən belə buyurdu: «Bu Əli, dünya və axirətdə qardaşım, ailəm arasında xəlifəm, ümmətimin içində vəsim, elmimin varisi və borcumu əda edəndir. Onun malı məndən, mənim malım isə onundur; onun mənfəəti mənim mənfəətim, onun zərəri isə, mənim zərərimdir. Onu sevən məni sevmişdir, ona nifrət edən mənə nifrət etmişdir».

5. Yenə 6-cı məvəddətdə Ənəs bin Malikdən hədis nəql edir ki, daha öncə onu bildirmişdim. O hədisin sonunda belə deyir: «Rəsuli-əkrəm (s) belə buyurdu: «O (Əli), mənim xəlifəm və vəzirimdir».

6. MəHəmməd bin Yusif Gənci əş-Şafei «Kifayəut-Talib»də Əbuzər Ğəffaridən belə nəql edir: Peyğəmbər (s) belə buyurdu: «Üzü, əli, ayağı (səcdə yerləri) nurlu olanların əlində bayrağı olan imamı və məndən sonrakı xəlifəm Əmirəl-mö᾽minin Əli yanıma gələcəkdir».

7. Beyhəqqi, Xətib Xarəzmi və İbni Məğazili əş-Şafei «Mənaqib»lərində Rəsulallahın (s) həzrət Əliyə belə buyurduğunu nəql etmişlər: «Mən insanların arasından getdikdən sonra, sən mənim xəlifəm və məndən sonra mö᾽minlərin vəlisisən».

8. İmam Əbu Əbdürrəhman Nəsai (SiHahi-Sittənin imamlarından biri) «Həsaisul-Ələviyyənin 23-cü hədisində İbni Abbasdan həzrət Əlinin (ə) fəzilətini geniş şəkildə nəql edir. Harunun mənzilətlərini zikr etdikdən sonra Rəsulallahın (s) həzrət Əliyə belə buyurduğunu nəql edir: «Sən mənim xəlifəmsən. Yə᾽ni məndən sonra hər mö᾽minin xəlifəsisən».

(Aydındır ki, bu cümlə və davamındakı cümləylə Harunun bütün mənzilət və dərəcələrini həzrət Əliyə verdikdən sonra Əlinin əmirliyini açıq bəyan etdi. «Yə᾽ni sən Ey Əli! Ümmətimə və məndən sonra hər mö᾽minə mənim xəlifəmsən».

Bu hədisi-şərifdə və digər hədislərdə həzrət Peyğəmbərin buyurduğu «min» kəlməsi ya mini bəyaniyyədir; yə᾽ni «Mənim ölümümdən sonra…» və ya mini ibtidaiyyədir; yə᾽ni «Öldüyüm andan etibarən sən ümmətimin xəlifəsisən».

Hər iki halda da, həzrət Əlinin həzrət Peyğəmbərdən sonra, bütün ümmətə Allah və Rəsulunun xəlifəsi olduğu açıq-aydın əsaslandırılmış olur.

9.Xilqət hədisi: Bu hədis müxtəlif mənmələrdən nəql edilmişdir. Məsələn: İmam Əhməd bin Hənbəl «Müsnəd»də, Mir Seyid Əli Həmədani əş-Şafei «Məvəddətul-Qurba»da, İbni Məğazili əş-Şafei «Mənaqib»də, Deyləmi «Firdovs»da az bir fərqlə, səhih sənədlərlə həzrət Peyğəmbərin belə buyurduğunu nəql etmişlər: «Allah-təala, Adəmi yaratmadan 14000 il əvvəl mən və Əli bir nurdan yaradıldıq. Allah-təala, Adəmi yaratdıqdan sonra, o nuru Adəmin sülbünə yerləşdirdi. Əbdül-Müttəlibin sülbünə gələnə qədər beləcə bir nur idik. Əbdül-Müttəlibin sülbündən ayrıldıqdan sonra nübuvvət mənə, xilafət də Əliyə verildi».

10. Hafiz Əbu Cafər Məhəmməd bin Cəriri Təbəri (Ö: 310 H.) «əl-Vilayə» adlı kitabında Rəsuli-əkrəmdən (s) belə nəql edir: «Rəsulallah (s) «Qədiri Xum» xütbəsinin əvvəlində belə buyurdu: «Cəbrail Rəbbimdən tərəf mənə; burada qalxıb bütün ağ dərili və zəncilərə bunu e᾽lan etməyimi əmr etdi: «ŞübHəsiz ki, Əli bin Əbi Talib mənim qardaşım, vəsim, xəlifəm və məndən sonra İmamdır». Sonra belə buyurdu: «Ey insanlar! ŞübHəsiz Allah-təala, Əlini sizlərə vəli və imam tə᾽yin etdi; Onun itaətini hər kəsə vacib etdi; hökmü keçərli, sözü isə caizdir (Allah tərəfindəndir). Kim ona müxalifət edərsə (qarşı çıxarsa,) məl᾽undur; kim də onu təsdiq edərsə, rəhmətə nail olmuşdur».

11.Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-Məvəddət»də Əhmədin «Mənaqib»indən, o da İbni Abbasdan belə bir rəvayət nəql edir ki, həzrət Əlinin (ə) bir çox məxsus fəzilətləri xilafət məqamını əhatə edir. Onların Hər biri tək başına onun xilafətini isbat etməyə kifayətdir. Bu səbəbdən ağaların izniylə, Höccətin tamamlanması üçün hədisin hamısını nəzərinizə çatdırmaq istəyirəm.

Möhtərəm ağalar, bilin ki Xatəmül-ənbiyanın (s) risalət məqamından sonra, ən üstün məqam həzrət Əlinin (ə) məqam və dərəcəsidir. Xülasə, İbni Abbas Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql edir: «Ya Əli! Sən Hovuzumun və bayrağımın sahibi, qəlbimin həbibi, mənim vəsim, elmimin varisi və xəlifəmsən. Sən məndən əvvəlki Peyğəmbərlərin mirasının əmanətçisisən. Sən Allahın yer üzündəki eminin, bütün insanlara Höccətisən. Sən imanın rükunu və İslamın keşikçisən. Sən qaranlığın məşəlisən, Hidayətin nuru və dünya əhli üçün yüksəldilmiş nişanəsən.

Ya Əli! Kim sənə itaət edərsə, qurtulmuşdur. Kim də səndən üz çevirirsə, həlak olmuşdur. Aydın yol sənsən, sırati müstəqim sənsən, ağ üzlülərin rəhbəri və mö᾽minlərin sultanı sənsən. Mən kimin mövlasıyamsa, sən də onun mövlasısan. Mən bütün mö᾽min kişi və qadınların mövlasıyam. Səni ancaq halalzadə sevər və səna yalnız haramzadə düşmən olar. Allah-təalanın hüzuruna me᾽rac etdiyim zaman mənə belə buyurdu: «Ya Məhəmməd! Əliyə məndən salam söylə və ona bildir ki, o mənim dostlarımın imamı və mənə itaət edənlərin nurudur». Bu kəramət və məqam sənə mübarək olsun ya Əli!».

12. Xarəzm Xətiblərinin ən üstün Xətibi Əbül-Mueyyid Müvəffəquddin «Fəzailu Əmirəl-mö᾽minin» (ə) adlı kitabının 240-cı səhifəsinın (1313 h.q tarixli nəşri) 19-cu bölümündə, öz sənədləriylə Rəsulallahın (s) belə buyurduğunu nəql edir:

«Me᾽racda Sidrətul-Müntəhaya yetişdikdə mənə belə Xitab edildi: «Ey Məhəmməd! İnsanları imtahan etdinmi? Onların içərisində en itaətkar kimi gördün?» Mən də cavabında: «Bəli, imtahan etdim, onların arasında ən itaətkar Əlini gördüm» dedim. Allah-təala buyurdu ki, «Doğru söylədin ya Məhəmməd!» Sonra belə buyurdu: «Sənin hədəflərini insanlara çatdıracaq, mənim kitabımdan bəndələrimin bilmədiklərini onlara öyrədəcək bir xəlifə özünə seçdinmi?» Mən belə ərz etdim: «Ey Rəbbim! Sən kimi seçsən, mən də onu seçəcəyəm». Allah-təala buyurdu ki: «Əlini sənin üçün xəlifə və vəsi seçdim. Elm və helmimdən ona bağışladım. O, mö᾽minlərin həqiqi olan əmridir. Nə keçmişdə bir kəs onun məqamına yetişmiş və nə də gələcəkdə bir kəs onun məqamına yetişəcəkdir».

Bu növ hədislər, sizin mö`təbər kitablarınızda çoxdur. Mən onlardan ancaq zehnimdə olanları söylədim. Bu şəkildə cənab Hafiz bilsin ki, biz mövzunu qarışdırıb faydalanmırıq. Əksinə həqiqətin elə özünü söyləyirik. Sizin insaflı böyük alimləriniz də bunu eynən təsdiq etmişlər. Onlardan biri Nizami Bəsridir. Səlahətdin Səfdi «Vafi bil-Vəfəyat»da əlif hərfində mötəzili Nizzam deyə tanınan İbrahim bin Səyyar bin Hani əl-Bəsrinin tərcüməyi-halında onun belə dediyini nəql etmişdir:

«Rəsulallah (s) Əlinin imamətini (Xəlifəliyini) açıq-aşkar elan etmişdir. Ömər bunu çox yaxşı bilirdi. Lakin o, Əbu Bəkr (r.z) xatiri üçün Əlinin imamətini gizli saladı».

Təəssüflər olsun ki, biz Xatəmül-ənbiyanın (s) zamanında yaşamadıq. Bu gün haqq yolu tapmaq üçün Qur᾽anın ayələrinə və hər iki məzhəbin (şiə və sünni) qəbul etdiyi səhih hədislərə nəzər yetirmək məcburiyətindəyik. Hər kim, Qur᾽ani-kərimin ayələri və Rəsuli-əkrəmin (s) də mütəvatir hədisləriylə, elmi uca fəzilətlərə sahib olduğuna görə, digər insanlardan önə çəkilib üstün tanıdılmışsa, bizim də onu özümüzə rəhbər bilib ona itaət etməyimiz vacibdir.

Sizin mö`təbər kitablarınızda qeyd olunan hədislərdə – həzrət Əlinin imaməti xüsusunda - xilafət, vilayət və vəsilik (varisilik) kəlmələri olduqca çoxdur. Bunlara əlavə olaraq deyim ki, keçən axşamlar bildirdiyimiz kimi, həzrət Əli (ə), nübuvvət istisna olmaqla digər bütün üstünlük və xüsusiyyətlərdə, həzrət Peyğəmbər (s) ilə bərabər idi. Buna görədə ümmətin hamısındən daha üstündür. Qur᾽anın ayələri və bir çox mütəvatir hədislərə görə, insanlar arasında heç kəs onun fəzilətlərinin onda birinə, hətta mində birinə belə yetişməyiblər.

Bu səbəbdən Xətib Xarəzmi «Mənaqib»də, İbni Abbasdan, Məhəmməd bin Yusif Gənci əş-Şafei «Kifayəut-Talib»də, Sibt bin Cəvzi «Təzkirə»də, İbni Sabbağ əl-Maliki» Fusulul-müHimmə»də, Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddət»də, Mir Seyid Əli Həmədani «Məvəddətul-qurba»nın 5-ci Məvəddəsində ΙΙ xəlifə Ömər bin Xəttabdan Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql etmişrlər: «Əgər ağaclar qələm, dənizlər mürəkkəb, cinlər Hesab edən və insanlar da yazıçı olarlarsa, yenə də Əli ibn Əbu Talibin fəzilətlərini saya bilməzlər».

Buna görədə həzrət Əli (ə) xilafət məqamına və Rəsulallahın (s) vəsisi olmaya hər tərəfdən daha övla və daha layiqdir.


Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin