929) Bunlardan hansı HİV-infeksiyasının hədəf-hüceyrəsi deyil?
A) Qanyaradan sütun hüceyrələri, neyronlar
B) Dendrit hüceyrələri
C) T- və B- limfositlər
D) Eritrositlər
E) Monositar-makrofaqlar cərgəsi
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.193
930) Artyus fenomeni necə xarakterizə olunur?
A) Spesifik IgE iştirakı
B) Sadalananların hamısı ilə
C) Spesifik CD4+ klonlarının proliferasiyası
D) Sadalananların heç biri ilə
E) IgG iştirakı; komplement sisteminin cəlb olunması
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.145
931) Sistem Qırmızı Qurdeşənəyinin patogenezində hansı faktorlar əsas rol oynamır?
A) Antinuklear anticismin sintezinin estrogenlərlə stimulyasiyası
B) HLA-B7, HLA-DR2, HLA-DR3 antigenlərinin daha çox tipləşməsi
C) Sadalananların hamısı
D) Bakterial infeksiya
E) İrsiyyət
Ədəbiyyat: Е.И. Соколов. «Клиническая иммунология», 1998г., стр.126
Dostları ilə paylaş: |