167) İmmuna cavab zamanı hansı hüceyrələrin kooperasiyası baş verir?
A) İnterleykinlərin iştirakı zamanı makrofaqlar, T- və B-limfositlər arasında
B) T- və B- limfositlər arasında
C) Makrofaqlar və B-limfositlər arasında
D) Makrofaqlar, timositlər və B-limfositlər arasında
E) Makrofaqlar,T- və B- limfositlər arasında
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007-ci il, səh.126
168) İnterleykin nədir?
A) Sakit halda olan limfositlərin ifraz etdiyi zülallardır
B) Aktivləşmiş limfositlərin ifraz etdiyi zülallar olub, anticisimlər cərgəsinə aiddir
C) Aktivləşmiş limfosit və makrofaqların ifraz etdiyi zülallar olub,anticisimlərə aid deyildir və immun cavab zamanı hüceyrəarası kooperasiyada iştirak edirlər
D) Sadalananların hamısı
E) Sadalananların heç biri
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007-ci il, səh.65
169) Bunlardan hansı insan orqanizminin qeyri-spesifik immun rezistentlik humoral faktorlarına aid deyil ?
A) Spesifik immunoqlobulinlər
B) İnterferon
C) Komplement sisteminin zülalları
D) Lizosim
E) Properdin
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.44
170) Bunlardan hansı insan orqanizminin qeyri-spesifik immun rezistentlik hüceyrə faktorlarına aid deyil?
A) Plazmatik hüceyrələr
B) Monositlər,makrofaqlar
C) Limfositlər
D) Neytrofillər
E) Təbii killerlər
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.44
Dostları ilə paylaş: |