İnformatikanin əsaslari


Xidmətedici proqram vasitələrinin təsnifatı



Yüklə 1,28 Mb.
səhifə76/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   156
nformatikanin saslari

Xidmətedici proqram vasitələrinin təsnifatı.


  1. Fayllar dispetçeri117. Fayl strukturlarına xidmət üzrə icra edilən əməliyyatların əksəriyyəti118 bunların köməyi ilə icra edilir. Baza proqram vasitələri sistem səviyyəsinin proqramlarının tərkibində yerləşir və əməliyyat sistemi ilə birgə yüklənir.

  2. Verilənlərin sıxılması vasitələri119. Bunlar arxiv yaratmaq üçündür. Arxiv fayllarındakı informasiya daha sıx yerləşdiyindən120 informasiya daşıyıcısından121 daha səmərəli isttifadə etməyə imkan verir.

  3. Diaqnostika vasitələri. Bunlar proqram və aparat təminatlarının diaqnostikası proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Bu vasitələr səhvlərin düzəldilməsi vvə kompüter sisteminin işinin optimallaşdırılması üçün istifadə edilir.

  4. Proqramların qurulması122 vasitələri. Bunlar cari proqram konfiqurasiyasına yeni

proqram təminatının əlavə edilməsinə nəzarət etmək üçündür. Bu vasitələr proqram təminatının ətraf mühitinin vəziyyətini və burada baş verən dəyişikliyi izləyir, əlavəetmə ilə əlaqədar olaraq yeni yaranan əlaqələri və ləğvetmə ilə bağlı olaraq itirilmiş əlaqələri protokollaşdırır. Əlavəetmə və ləğvetməəməllərinin idarə edilməsi üzrə sadə vasitələr əməliyyat sisteminin tərkibində saxlanır. Lakin bu məqsəd üçün əlavə xidmətedici proqramlardan da isstifadə etmək mümkündür.

  1. Kommunikasiya vasitələri. Bunlar uzaq məsafələrdəki kompüterləri əlaqələndirmək, elektron poçtla xəbər ötürmək, faksimil məlumatları göndərmmək və s üçün nəzərdə tutulmuşdur.

  2. Baxış təkraryaratma vasitələri. Bunlar əsasən fayllarla işləmək üçün, onları öz

―doğma‖ proqramlarına (məsələn, mətn sənədini Word-ə) yükləmək və lazımi düzəlişlər etmək üçündür. Əgər redaktə işi lazım deyilsə, mətn üçün verilənlərə universal baxış, səs və ya video üçün universal təkraryaratma vasitələri mövcuddur.

  1. Kompüter təhlükəsizliyi vasitələri. Bunlara: verilənlərin pozulmasına, onlara icazəsiz müdaxilə edilməsinə, baxış keçirilməsinə və dəyişdirilməsinə qarşı istifadə edilən aktiv və passiv vasitələr aiddir. Passiv müdafiə vasitələri dedikdə,



117fayl menecerləri
118 faylın surətinin çıxarılması, yerinin dəyişdirilməsi, adının dəyişdirilməsi, katloqların (qovluqların) yaradılması, obyektlərin ləğv edilməsi, faylların axtarılması və fayl daxilində naviqasiya və s.
119 arxivatorlar 120yazıldığından 121 yaddaşdan
122 installaşdırılması
nüsxələşdirici, yəni ehtiyat nüsxə yaradan xidmətedici proqramlar nəzərdə tutulur. Aktiv müdafiə vasitələri kimi antivirus proqram təminatından istifadə edilir. Verilənləri icazəsiz müdaxilədən qorumaq üçün kriptoqrafiyaya əsaslann xüsusi sistemlər mövcuddur.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin