190) Nyu - York ürək assosasiyasının təsnifatına əsaslanaraq xəstələrin fiziki yükə dözümlülüyündən asılı olaraq neçə funksional sinifə ayırırlar (FS)?
A) 6 FS
B) 5 FS
C) 3 FS
D) 4 FS
E) 2 FS
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.
191) Trombosirlərin dağılması zamanı ayrılmayan və laxtalanmada iştirak etməyən faktorlara hansılar aiddir?
A) Boyatma faktoru, fibrinoqen
B) III trombositar faktor (tromboplastin), α2 - antiplazmin
C) V faktor, β - tromboqlobulin
D) Katexolaminlər, serotonin
E) IV antiheparin faktor, VIII Villebrand faktoru
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 379
192) Miokardın oksigenə tələbatının artmasına səbəb olmayan faktorlar hansılardır?
A) Ürək vurğularının sayının və sol mədəcik kütləsinin artması (ürək əzələsinin hipertrofiyası)
B) Son yüklənmənin və, müvafiq olaraq, sol mədəcik boşluğunda sistolik təzyiqin artması
C) Son yüklənmənin və, müvafiq olaraq, sol mədəcik boşluğunda sistolik təzyiqin azalması
D) Sol mədəcikdə ön yüklənmənin və son - diastolik həcmin artması
E) Ürək əzələsinin inotropizminin (yığılma qücünün) artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 388
193) Sağlam adamlarda oksigenin maksimal istifadəsi (VO2 max) fiziki yüklənmə zamanı nəcə ml/dəq/m2 təşkil edir?
A) 22, 1
B) 19, 1
C) 18, 1
D) 20, 1
E) 21, 1
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 97
Dostları ilə paylaş: |