339) Xroniki ürək catmamazlığı olan xəstələrdə təngnəfəsliyin bilavasitə səbəbi hansı pozuntular hesab olunur?
1. ağ ciyərlərdə ventilyasion - perfuzion munasibətin əsaslı pozuntuları (qan axınının normal ventilyasiya edən və ya, hətta hiperventilyasiyalı alveollardan keçərkən zəifləməsi)
2. ağ ciyərlərdə interstisiyanın ödemi və riqidliyin yüksəlməsi, onun genişlənməsinin azalmasına gətirib çıxartması
3. qalınlaşmış alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması
4. ağ ciyərlərdə interstisiyanın ödeminin olmaması və riqidliyinin zəifləməsi, onun genişlənməsinin artmasına gətirib çıxartması
5. nazikləşmiş alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması
A) 2, 4, 5
B) 3, 4, 5
C) 1, 3, 5
D) 1, 2, 3
E) 1, 2, 4
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75», 2007, стр. 75 П.Ф.Литвицкий. Патофизиология.Том 2, 2003, стр. 152
340) Ayaqlarda ödem - xroniki ürək çatmamazlığı (XÜC) olan xəstələrdə xarakterik şikayətlərdən biridir. XÜC - in erkən mərhələlərində, o, harada lokalizə olunur, nə vaxt başlayır və nə vaxt keçir?
A) topuq nahiyyəsində lokalizə olunur, səhərə yaxın əmələ qəlir, axşama yaxın isə keçə bilir
B) pəncə və topuq nahiyyəsində lokalizə olunur, səhərə yaxın əmələ qəlir, axşama yaxın isə keçə bilir
C) pəncə nahiyyəsində lokalizə olunur, nahara yaxın əmələ qəlir, axşama yaxın isə yox olur
D) pəncə və topuq nahiyyəsində lokalizə olunur, axşama yaxın əmələ qəlir, səhərə yaxın isə keçə bilir
E) pəncə və topuq nahiyyəsində lokalizə olunur, səhərə yaxın əmələ qəlir, nahara yaxın isə keçə bilir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 76
341) Xroniki ürək çatmamazlığı olan xəstələrdə boyun venalarının şişməsi zamanı hansı hemodinamik dəyişikliklər vacib klinik əlamət hesab olunur?
Dostları ilə paylaş: |