153) Miokardın konsentrik hipertrofiyası zamanı nə baş verir?
A) mədəciklər boşluğlarının genişlənməməsi şərti ilə onun əzələ divarlarının qalınlaşması
B) mədəciklərin boşluğlarının genişlənməsi və onun əzələ divarlarının qalınlaşması
C) mədəciklərin boşluğlarının genişlənməsi və Frank - Starlinq mexanizminin qoşulması
D) mədəciklərin boşluğlarının genişlənməsi
E) mədəciklərin əzələ divarlarının qalınlaşması və Frank - Starlinq mexanizminin qoşulması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 64
154) Ürəyin sistolik və diastolik disfunksiyası başlayarkən ilkin kompensator faktor nə hesab olunur?
A) simpatiko - adrenal sistemin hiperaktivasiyası və katexolaminlərin konsentrasiyasının yüksəlməsi
B) qulaqcıq natriumuretik peptid sisteminin qoşulması
C) arqinin - vazopressin sisteminin qoşulması
D) renin - anqiotenzin - aldоsteron sisteminin hiperaktivasiyası
E) endotelinin disfunksiyası
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 64 - 65
Dostları ilə paylaş: |