163) Orqanizmdə su çatmamazlığı və toxumaların dehidratasiyası zamanı osmo - və volümoreseptorların qıcıqlanması nəyə səbəb olur?
A) hipofizin aralıq payından (hissəsindən) adrenokortikotrop və somatotrop hormonların sekresiyası azalır
B) hipofizin ön payından somatotrop hormonun sekresiyası artır
C) hipofizin arxa payından antidiuretik hormonun sekresiyası azalır
D) hipofizin ön payından adrenokortikotrop hormonun sekresiyası azalır
E) hipofizin arxa payından antidiuretik hormonun sekresiyası artır
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
164) Antidiuretik hormonun təsiri ilə suyun böyrək kanalcıqlarının distal hissəsindən və yığıcı borulardan keçiriciliyi yüksəlir və, müvafiq olaraq, bu şöbələrdə suyun fakultativ reabsorbsiyası artır. Nəticədə ifraz olunan sidiyin tərkibi, xüsusi sıxlığı və miqdarı necə dəyişilir?
A) tərkibində yüksək sıxlıqlı osmotik aktiv maddələr və aşağı xüsusi sıxlığa malik az miqdarda sidik
B) tərkibində yüksək sıxlıqlı osmotik aktiv maddələr və aşağı xüsusi sıxlığa malik daha çox miqdarda sidik
C) tərkibində yüksək sıxlıqlı osmotik aktiv maddələr və yüksək xüsusi sıxlığa malik az miqdarda sidik
D) tərkibində aşağı sıxlıqlı osmotik aktiv maddələr və yüksək xüsusi sıxlığa malik az miqdarda sidik
E) tərkibində yüksək sıxlıqlı osmotik aktiv maddələr və yüksək xüsusi sıxlığa malik daha çox miqdarda sidik
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
Dostları ilə paylaş: |