94
tasiya edilməsi siyasətini daha da genişləndirmək
məqsədilə yeni vasitələrə əl atmışdılar. Bunun
üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr
1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və
başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in
Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi
qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların
öz tarixi torpaqlarından kütləvi surətdə deportasi-
yasına dövlət səviyyəsində nail olmuşdular.
Erməni millətçiləri öz havadarlarının köməyi
ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına
qarşı kəskin mənəvi təcavüz kampaniyasına baş-
lamışdılar. Keçmiş sovet məkanında müntəzəm
şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli
mədəniyyətimizin, klassik irsimizin, memarlıq
abidələrimizin ən nəfis nümunələrinin erməni xal-
qına mənsub olduğunu sübut etməyə çalışırdılar.
Eyni zamanda, onlar tərəfindən bütün dünyada
azərbaycanlıların mənfi obrazını formalaşdırmaq
cəhdləri də güclənmişdi. “Yazıq, məzlum erməni
xalqı”nın surətini yaradaraq əsrin əvvəlində regi-
onda baş verən hadisələr şüurlu surətdə təhrif olun-
muş, azərbaycanlılara qarşı soyqırım törədənlər
soyqırım qurbanları kimi qələmə verilmişdi.
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan
İrəvan şəhərindən və Ermənistan SSR-in digər
bölgələrindən soydaşlarımız təqiblərə məruz qala-
raq kütləvi surətdə qovulmuşlar. Azərbaycanlıların
hüquqları ermənilər tərəfindən kobudcasına pozu-
lur, ana dilində təhsil almasına əngəllər törədilir,
onlara qarşı repressiyalar həyata keçirilirdi.
Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş,
toponimika tarixində misli görünməyən qədim
toponimlərin müasir adlarla əvəzolunma prosesi
baş vermişdir.
1918-ci il martın 30-u gecə saatlarında Bakıda
başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız
insanın, o cümlədən çoxlu sayda qoca, qadın və
uşaqların öldürülməsi ilə nəticələnmişdir.
Martın 30-dan aprelin 2-dək davam edən
kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik
etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə
insanı qətlə yetirmiş, müsəlman ziyarətgahlarını
yandırmış, Bakı əhalisinin 400 milyon manatlıq
əmlakını müsadirə etmişdir. Kütləvi qırğınlar za-
manı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir
məscidi aramsız top atəşinə tutulmuş, Bakının ən
möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə”
binası yandırılmışdır.
Azərbaycanlılara qarşı
həyata keçirilən
soyqırımı siyasəti, təkcə Bakı şəhəri ilə
məhdudlaşmamışdır. Martın 31-də erməni daş-
nakları Şamaxı qəzasının 53 kəndində 8027
azərbaycanlını, o cümlədən 2560 qadın və 1277
uşağı qətlə yetirmişlər. Qubanın 162 kəndində
öldürülən günahsız azərbaycanlıların sayı isə
16 mindən artıq olmuşdur. Erməni daşnakları
Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağ-
da minlərlə kəndi yandırmış, on minlərlə insanı
vəhşicəsinə qətlə yetirmişlər. 1918-ci il iyulun 15-
də Azərbaycan Demokratik Respublikasının yarat-
dığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlar-
la bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə
təqdim etmiş, 1919-cu ildə Azərbaycan Parlamen-
ti 31 mart tarixinin - azərbaycanlıların soyqırımı
günü kimi qeyd olunması barədə qərar qəbul et-
mişdir. Sovet hakimiyyəti illərində bu tarix yad-
daşlardan silinsə də, müstəqillik dövründə tarixi
sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan
xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı
çoxsaylı araşdırmalar aparılmış, kitablar dərc olun-
muşdur. 1998-ci il martın 26-da Prezident Heydər
Əliyev “Azərbaycanlıların soyqırımı haqqında”
Fərman imzalamışdır. Həmin gündən başlayaraq
31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü
kimi qeyd olunur.
Dostları ilə paylaş: