Cəbrayıl rayonunun işğalı günü (23.08. 1993)
Füzuli rayonunun işğalı günü (23.08. 1993)
Beynəlxalq Azərbaycan Muğamı Günü (26.08.2010)
Ginnesin rekordlar kitabının (27.08.1955) nəşrə başlamasının 60 illiyi
Respublikada İctimai Televiziya yayıma başlamışdır (29.08.2005)
Qubadlı rayonunun işğalı günü (31.08.1993)
231
230
232
234
233
240
235
235
239
236
236
238
237
211
Milli ədəbiyyat
AV
Q
U
S
T
Ə d ə b i y y a t
Seçilmiş əsərləri:
2 cilddə: şeirlər
/B.Vahabzadə; ön söz.
müəl. Ç.Aytmatov; tərt.
ed. və red. A.Bağırov.-
Bakı: Öndər, 2004.-
C.1.- 328 s.; C.2. Poe-
malar.- 2004.- 320 s.
Seçilmiş əsərləri
/B.Vahabzadə; red.
hey.: Ə.Quliyev (baş
red.) və b..-Bakı: Çaşı-
oğlu, 2005.-440 s.
Ağayeva, M. Bəxtiyar
Vahabzadə pyeslərinin
səhnə taleyi: [monoq-
rafiya] /M.Ağayeva;
elmi red. İ.Kərimov;
AMEA, Memarlıq və
İncəsənət İn-tu.- Bakı:
[Xəzər Univeristeti]
2013.- 158 s.
Alməmmədova, S.
Bəxtiyar Vahabzadə
poeziyasının dili:
[monoqrafiya]
/S.Alməmmədova; elmi
red. və ön sözün müəl.
V. Arzumanlı.- Bakı:
Elm, 2010.- 163 s.
Bəxtiyar Vahabzadə -
89 //Ədalət 2014.-16
avqust.- S.16.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
16
Bəxtiyar Vahabzadə
1925-2009
90
illiyi
Akademik
Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-
ci il avqust ayının 16-da Şəki şəhərində
anadan olmuşdur. 1934-cü ildə Bakıya köç-
müş, burada orta məktəbi bitirdikdən sonra,
1942-1947-ci illərdə ADU-nun filologiya
fakültəsində təhsil almışdır.
1951-ci ildə namizədlik, 1964-cü ildə
doktorluq dissertasiyalarını müdafiə etmiş-
dir. 1950-1990-cı illərdə BDU-nun Müasir
Azərbaycan ədəbiyyatı kafedrasının profes-
soru vəzifəsində çalışmışdır. 1980-ci ildə
AEA-nın müxbir üzvü, 2000-ci ildə həqiqi
üzvü seçilmişdir. 1991-ci ildə Azərbaycan
Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağ-
saqallar Şurasının üzvü olmuşdur.
Bədii yaradıcılığa 1943-cü ildə “Ana və
şəkil” adlı ilk şeiri ilə başlamışdır. 1945-ci
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
olmuşdur. 1949-cu ildə “Mənim dostlarım”
adlı ilk kitabı çap olunmuşdur. Onun lirik
şeir və poemalarında, mənzum pyeslərində
müasir dövrün problemləri lirik-fəlsəfi plan-
da, yeni əlvan boyalarla təsvir edilirdi. O,
tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət
göstərmişdir. 100-ə yaxın şeir kitabının,
monoqrafiyanın, yüzlərlə elmi-publisistik
məqalənin, eləcə də tarixi və müasir mövzuda
20-dən artıq irihəcmli poemanın müəllifidir.
Əsərləri dünyanın bir çox dillərinə tərcümə
edilmişdir. “Vicdan”, “Yağışdan sonra”,
“Fəryad”, “Hara gedir bu dünya”, “Özü-
müzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar
ağacı”, “Rəqabət” və s. (1960-2003) pyesləri
Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında tamaşaya qoyulmuşdur.
B.Vahabzadə XX əsrin 60-cı illərindən baş-
layan milli azadlıq hərəkatının öncüllərindən
biri idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” po-
eması ilə iki yerə parçalanmış Azərbaycanın
tarixi faciəsini dilə gətirmiş, rus və fars impe-
riyasının pəncəsi altında inləyən Azərbaycan
xalqının azadlıq və istiqlal uğrundakı ədalətli
mübarizəsinə qoşulmuşdur. 1962-ci ildə şair
“millətçi” damğası ilə ADU-dan uzaqlaşdı-
rılmış, yalnız iki ildən sonra işə bərpa edil-
mişdir. Sovet rejimində milli varlığı tapda-
nan, hər cür məhrumiyyətlərə məruz qalan
millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi
üsullarla ifadə etmiş, öz millətinin dərdlərini
dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını
ifşa edən əsərlərini isə Sovet İttifaqı dağılan-
dan sonra “Sandıqdan səslər” başlığı altında
nəşr etdirmişdir.
O, Azərbaycan KP Bakı şəhər Komitəsinə
üzv və bir neçə çağırış Bakı Xalq Deputatları
Sovetinə, X çağırış Azərbaycan Ali Sovetinə,
1995 və 2000-ci illərdə Azərbaycan Milli
Məclisinə deputat seçilmişdir.
Şairin yaradıcılığı və ictimai fəaliyyəti
dövlət tərəfindən yüksək qiymətləndirilmiş,
o, 1974-cü ildə “Azərbaycanın Əməkdar
incəsənət xadimi” fəxri adına, 1976-cı ildə
“Leninlə söhbət” və “Muğam” poemaları-
na görə Respublika, 1984-cü ildə isə “Bir
gəminin yolçusuyuq” şeirlər kitabına görə
SSRİ Dövlət mükafatlarına layiq görül-
müşdür. 1984-cü ildə “Azərbaycanın Xalq
şairi” fəxri adını almışdır. 1988-ci ildə
M.F.Axundov adına ədəbi mükafatın laureatı
olmuşdur. 1995-ci ildə “Qırmızı Əmək Bay-
rağı” və “İstiqlal” ordenləri ilə təltif olun-
muşdur.
Bəxtiyar Vahabzadə 2009-cu il fevral
ayının 13-də Bakıda vəfat etmişdir.
|