300
NOY
ABR
2
Milli Qəhrəmanlar
50
illiyi
Yuri Kovalyov
1965-1991
NOY
ABR
Yuri Petroviç Kovalyov 1965-ci il
noyabr ayının 29-da Göyçay rayonunda
anadan olmuşdur.
1972-ci ildə ailəsi ilə birgə Rusiya-
nın Krasnodar vilayətinə köçmüş, 5
ildən sonra Bakıya qayıtmışdır.
1981-ci ildə Bakı şəhərinin Nizami
rayonundakı 229 saylı tam orta məktəbə
daxil olmuşdur.
1983-1985-ci illərdə Sovet Ordusu
sıralarında xidmət etmişdir.
Dənizçi olmaq arzusu ilə 1987-ci ildə
Qırmızı Bayraqlı Dəniz Donanmasının
109 saylı miçmanlar və praporşiklər
məktəbinə daxil olmuşdur.
1990-cı ildə DİN xüsusi təyinatlı
polis bölməsinə qəbul olunmuş, bir
çox döyüş bölgələrində iştirak etmiş və
qəhrəmanlığı ilə fərqlənmişdir.
1991-ci il oktyabr ayının 3-də
digər Omonçu dostları - Sergey Barı-
nin, Andrey Kudenin, Aleksandr Ab-
ramovla birlikdə Ağdam ərazisində
Xocavənddən növbəti tapşırıqdan qayı-
danda içində olduqları “UAZ” markalı
avtomobili ermənilər fasiləsiz olaraq
atəşə tutmuş, Yuri həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin sərəncamı ilə Azərbaycan Res-
publikasının suverenliyi və ərazi bütöv-
lüyünün qorunmasında, dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində
göstərdiyi şəxsi igidlik və şücaətə
görə Yuri Kovalyova 5 iyun 1992-ci il
tarixində “Azərbaycan Respublikasının
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Dostları ilə paylaş: