vaqonun dörd oxlu, 9-z rəqəmi isə vaqonun səkkiz oxlu olmasını bildirir).
Vaqonlarının yan divarlarına yazılmış səkkiz rəqəmli nömrənin üçüncü, dördüncü, beşinci və
altıncı rəqəmi konveyr tipli vaqonlar istisna olmaqla vaqonun nömrəsini bildirir. Yeddinci rəqəm isə
vaqonun əyləc meydançasının olub olmaması haqqında məlumat verir. Qeyd olunan nömrələrdən
başqa dəmiryolu daşımalarına nəzarətin icrası üçün avtomatlaşmış indeksləşmə sistemi mövcuddur.
Dəmiyolu yük daşımasında istifadə olunan vaqonların əsasən altı tipi vardır:
1. Örtülü vaqonlar;
2. Platformalar;
3. İxtisaslaşmış vaqonlar;
4. Sistern vaqonlar;
5. İzotermik vaqonlar;
6. Konver tipli vaqonlar.
Örtülü vaqonlarla əsasən hava şəraitinin təsirindən tez korlanan məsullar daşınır. Məsələn:
məişət malları və tenikaları, taxıl, mebel, geym və s. Bu tip vaqonların üstündə dəmir qapaqlar,
havalandırma sistemləri, yan, arxa tərəflərdən qapılarla və bəzi yüklərin rahat boşaldılması üçün
alt hissədən qapaqlarla təchiz olunur. Belə tip vaqonlarda bəzi yüklərin daşınması üçün rəflərlə
təchiz olunur ki, bununlada daha çox sayda yük daşınır və yükləmə boşaltma işləridə asanlaşır.
Örtülü vaqonları daşınan yükün xüsusiyyətlərinə və növünə görə ixtisaslaşdırılır ki, heyvanların,
quşların, kağız məmulatların, avtomobillərın və s. daşınması üçün istifadə olunsun.
İzotermik vaqonlar - örtülü
vaqonların bir növüdür. Bu tip
vaqonlardan tez xarab olan ərzaq
malları, meyvə, tərəvəz, ət, balıq və
s. yüklərin daşınmasında istifadə
olunur. Belə vaqonlar malların
saxlama şəraitini təmin edən
aqreqatlarla təchiz olunur. İzotermik vaqonların ikinci növü referijatordur ki, bu vaqonlar soyuducu
və ya qızdırıcı avadanlıqlarla və havalandırma sistemləri ilə təchiz olunur. Bu tip vaqonlar əsasən
ət, balıq və bu kimi məsulların daşınması üçündür.
Atmosfer şəraitinin təsirindən korlanmayan yüklər əsasən yarımvaqolarda daşınır. Məsələn:
qum, çınqıl, sement, kənd təsərrüfatı teknikaları və s.
Dostları ilə paylaş: