Əlavə 1
Fiziki aktivliyin intensivliyinin monitorinqi
Fiziki aktivliyin intensivliyinin monitorinqi fiziki aktivlik zamanı
şəxsin nəbzinin və ya ürək döyüntülərinin sayının hədəf zonasında
olduğunun müəyyən edilməsi ilə aparıla bilər.
Orta intensivli fiziki fəaliyyət üçün ürək döyüntülərinin hədəf
sayı həmin insanın ürək döyüntülərinin maksimal sayının 50-70%-ni
təşkil edir. Maksimal say isə insanın yaşından asılıdır. İnsanın ürək
döyüntülərinin yaşına görə maksimal sayını 220-dən onun yaşını
çıxmaqla təxmini müəyyən etmək olar. Məsələn, 50 yaşında olan bir
nəfər üçün yaşına görə ürək döyüntülərinin hesablanmış maksimal
sayı dəqiqədə 220 - 50 yaş = 170 döyüntü təşkil edəcəkdir. 50% və
70% səviyyələri isə müvafiq olaraq aşağıdakı kimi olacaqdır:
50% səviyyəsi: 170 x 0,50 = 85
70% səviyyəsi: 170 x 0,70 = 119
Beləliklə, 50 yaşında olan insanda orta intensivli fiziki fəaliyyət
zamanı ürək döyüntülərinin sayı dəqiqədə 85 ilə 119 arasında
qalmalıdır.
Bir qədər yüksək intensivli fiziki fəaliyyət üçün isə ürək
döyüntülərinin hədəf sayı həmin insanın ürək döyüntülərinin
maksimal sayının 70-85%-ni təşkil edir. Bu səviyyəni hesablamaq
üçün yuxarıda olan düsturdan istifadə etməklə, “50% və 70%” “70%
və 85%” ilə əvəz olunur. Məsələn, 35 yaşlı bir insan üçün yaşına görə
ürək döyüntülərinin
hesablanmış maksimal sayı
dəqiqədə
220 - 35 yaş = 185 döyüntü kimi hesablanır. 70% və 85% səviyyələri
isə müvafiq olaraq aşağıdakı kimi olacaqdır:
70% səviyyəsi: 185 x 0,70 = 130
85% səviyyəsi: 185 x 0,85 = 157
Beləliklə, 35 yaşında olan insanda bir qədər yüksək intensivli
fiziki fəaliyyət zamanı ürək döyüntülərinin sayı dəqiqədə 130 ilə 157
arasında olmalıdır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
|