Əlavə 2
Pəhrizlə bağlı Avropa Kardioloji Cəmiyyəti və Avropa
Ateroskleroz Cəmiyyətinin tövsiyələri
Ümumi prinsiplər:
Qidanın ümumi enerjisi dəyərində bütün piylərin həcmi 30%-dən
çox olmamalıdır
Doymuş piylərin həcmi istifadə edilən piylərin ümumi həcminin
1/3-dən çox olmamalıdır
İstifadə edilən xolesterinin gündəlik həcmi 300 mq-dan az
olmalıdır
Tərəvəz və dəniz balıqlarında olan mono- və poli-doymamış
piylərdən daha çox istifadə edilməlidir
Təzə meyvə, dənli bitkilər və tərəvəzdə olan karbohidratlar daha
çox istifadə edilməlidir
Hipertoniya və artıq çəkisi olan insanlara duzdan 5 q/gün-dən az
istifadə edilməlidir. Artıq çəkisi olan insanlara qida kalorisini
azaltmaq vacibdir.
Dostları ilə paylaş: |