Q rafik planşet [graphics tablet], yaxud digitayzer rəsmlərin, yaxud fotoqrafiyaların yaradılması və ya üzünün çıxarılması üçün istifadə olunur. Rəsmlərin yaradılması real şəraitdə şəklin çəkilməsi kimidir. Xüsusi qələmlə, yaxud barmaqla xüsusi səth üzərində rəsm çəkilir.
Y üksək texnologiyalar sahəsində ən son uğurlardan biri rəqəmsal kameralardır [digital camera]. Rəqəmsal kamera vasitəsilə çəkilmiş şəkillər kameranın yaddaşında saxlanılır və istənilən vaxt kompüterin yaddaşına köçürülə bilər. Çəkilmiş şəkillərə dərhal baxmaq, oradakı istənilən çatışmazlığı aradan qaldırmaq və xüsusi effektlər əlavə etmək olur. Kamkorder (videomaqnitofonu olan videokamera), yaxud adi videokamera vasitəsilə çəkilmiş görüntüləri də kompüterə köçürmək imkanları var. Kompüterdə həmin görüntüləri redaktə etmək və ekranda baxmaq olar.
Monitorlar - kompüterə daxil olan məlumatlara və alınmış nətijələrə nəzarət etmək üçün monitordan istifadə olunur. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görə aşağıdakı ölçüdə olurlar: 14,15, 17,19, 20, 21,23 dyüm. Monitorlar şəklin formalaşdırılması prinsinlərinə görə aşağıdakı növlərə bölünürlər: elektron-şüa borusu, mayekristal və plazma. Plazma və mayekristal monitorlar nazik səth formasında olur, çəkiləri və ölçüləri çox kiçik olur.
Mikrofon - səsin elektrik siqnalına çevrilməsinə təmin edən giriş qurğusudur. Mikrofonun köməyi ilə audio məlumat kompüterə daxil edilir.
Web-kamera – video informasiyanı (görüntüləri) kompüterə daxil edən giriş qurğusudur. Qrafiki planşet (digitizer) - əllə çəkilən şəkilləri, sxemləri, imzaları, xəritələri birbaşa kompüterə daxil edən giriş qurğusudur. Qurğu qrafiki planşetdən və qələmdən ibarətdir.
TV – tüner – müxtəlif formatlı (PAL, SECAM, NTSC) televiziya verilişlərini qəbul edib, monitorda göstərilməsini təmin edən giriş qurğusudur.
Dostları ilə paylaş: |