913) Yumurtaları xüsusi baramacığın içərisində yerləşən qurd aşağıdakılardan hansıdır? A) Donuz teniyası
B) Balqabaqvari qurd
C) Kiçik lent qurdu
D) Alveokokk
E) Öküz teniyası
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 98.
914) Qadın cinsiyyət orqanlarına sürünərək daxil olan və orada iltihab prosesinə səbəb olan qurd hansıdır? A) Tükbaş qurd
B) Ankilostom
C) Askarid
D) Bizquyruq
E) Stronqiloid
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 98.
915) Sürfələri aktiv hərəkətlə dəridən keçərək orqanizmə daxil olan helmint hansıdır? A) Askarid
B) Bizquyruq
C) Nekator
D) Paraqonim
E) Fassida
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 109.
916) Helmint yumurtasını aşkar etmək üçün sentrifuqlaşdırma zamanı sidik çöküntüsünün üzərinə hansı məhlul tökülür? A) Malaxit yaşılı
B) Lüqol və ya Metilen abısı
C) MgSO4
D) ZnSO4
E) NaCl
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 184.
917) Bu üsullardan hansı toksoplazmozun diaqnozu zamanı tətbiq edilir? A) Nəcisin müayinəsi
B) Qanda İg G vəİg M anticismlərinin aşkar edilməsi
C) Bəlğəm müayinəsi
D) Zənginləşdirmə üsulları
E) Analətrafı müayinə
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 234.
918) Tükbaş qurdun diaqnozu zamanı tətbiq edilən üsullar bunlardan hansı ola bilər? A) Berman üsulu
B) Yapışqanlı lent üsulu
C) Qoryaçev üsulu
D) Kato üsulu, zənginləşdirmə üsulları
E) Şulman-fırlatma
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 238
919) Tünd sarı zülal təbəqəli, mayalanmış, düzgün dalğavari kontura malik yumurta hansı helmintə məxsusdur? A) Kiçik lent qurdu
B) Nekator
C) Klanorx
D) Şistosom
E) Askarid
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 103