142) Eyakulyatın müayinəsi zamanı səhvlər nə ilə şərtlənir? A) Material düzgün alınmadıqda
B) Materialı uzun müddət saxladıqda
C) Pasiyenti düzgün hazırlamadıqda
D) Düzgün cavab yoxdur
E) Bütün cavablar düzgündür
143) Hemorragik likvorda sitozun təyininin qüsurları nədən asılıdır? A) Heç birindən
B) Hər birindən
C) Müxtəlif hesablayıcı kameraların istifadəsi
D) Onurğa beyin mayesində qan
E) Hüceyrə elementlərinin distrofiyası
144) Mədənin sekretor funksiyası haqqında aşağıdakılardan hansının vasitəsi ilə məlumat almaq olar? A) Kələm naharından 25 dəqiqə sonra alınmış qalıqdan
B) Ac qarına mədə şirəsinin miqdarından
C) Sekresiyanın saatlıq gərginliyndən
D) Bütün cavablar düzgündür
E) Bütün cavablar səhvdir
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
145) Mədə şirəsinin turşuluğunun nəzərə çarpan dərəcədə aşağı olması hansı xəstəliklər üçün xasdır? A) 12-barmaq bağırsağın xora xəstəliyi
B) Mədə xorası
C) Xroniki səthi qastrit
D) Xroniki atrofik qastrit
E) Qıcıqlanmış mədə
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
146) Axiliyaya nə zaman rast gəlinir? A) Hər biri
B) Selikli qişanın atrofiyası ilə xroniki qastrit
C) Xroniki səthi qastrit
D) Heç biri
E) 12-barmaq bağırsağın xorası
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002