11.Qaz yanacağı ilə işləyən İES-in yanacaq təsərrüfatı Qaz yanacağı ilə işləyən İES-in yanacaq təsərrüfatı bərk və ya maye yanacaqla işləyən İES-in yanacaq təsərrüfatından sadədir.
Magistral qaz kəmərinə daxil olmamışdan əvvəl qaz yanacağı qaz zavodlarına emal edilir. Qazın tərkibində asılı olaraq qaz yanacağıüzərində aşağıdakıəməliyyatlar aparılır. H2S - hidrogen sulfiddən təmizlənir, yüksək karbohidratlardan azad edilir, qurudulur və iyləndirir.Məlumdur ki, yanar qazı təşkil edən komponentlər, o cümlədən qaz yanacağının özü dadsız iyisiz, rəngsiz qazdır. Qaz sızmasının qarşısını almaq məqsədilə qaza kəskin iyli qarışıqlar əlavə olunur. Yanacaq çıxarılan mənbəİES-dən uzaq deyilsə, İES-ə qaz mənbənin qaz yığıcı məntəqəsindən verilir.
Yanacaq çıxarılan mənbə iləİES arasında məsafə bötek olarsa, onda magistral xətlərləİES-əqaz qaz paylayıcı stansiyasından QPS verilir.
Qaz təmizləyici məntəqəninn məsuldarlığı bütün işlək qazanların qaz sərfiyyatının ödənilməsinə hesablanır.
Gücü 1200 MVt-a qədər olan qaz-mazutla işləyən İES-də və buxar sərfi 4000 T/S olan İEM-də 1 ədəd qaz təmizləmə məntəqələri nəzərdə tutulur.
Yalnız qaz yanacağı yandıran İES-lərdə isə stansiyanın gücündən aslı olaraq, 2-dən az olmayaraq qaz təmizləyici məntəqələr quraşdırılır.
Qaz təmizləyici məntəqənin digər funksiyaları
Qazın təmizlənməsi və təzyiqinin aşağı salınması (drosellənməsi)
Girişdə vəçıxışda qazın tempratur və təzyiqinə nəzarət
Sərfiyyata nəzarət
Təzyiqin buraxıla bilən həddən aşağı və yuxarı dəyişməsinə nəzarət
Qaz təmizləmə məntəqəsinin əsas avadanlıqarı aşağıdakılardı.
Təzyiq təmizləyicisi
Qoruyucu tıxac klapan
Qoruyucu-atıcı klapan
Filtr
Nəzarət ölçe alətləri (monometr termometr)
İmpulslu boru kəməri
Tullantı məhsulları boru kəmərləri
Bağlayıcı qurğular (kranlar ventillər)
Baynas
Təzyiq təmizləyici girişə qazın sərfindən və təzyiqinin dəyişməsindən asılı olmayaraq, qazın təzyiqini aşağı salıb, lazım olan həddə saxlayır.
Qoruyucu tıxac klapan qazın təzyiqinin verilmiş həddən fərqlənən zaman təlabatçıya verilməsini avtomatik olaraq kəsir. Qaz xəttində qoruyucu tıxac klapanı təzyiq tənzimləyicisindən əvvəl yerləşdilir.