MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə356/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   352   353   354   355   356   357   358   359   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

337 


üzərində  həssaslıqla  durduqları  məhvedilməsi  və  tənəzzülə 

uğradılması üçün ən çox məşğul olduqları yenə Milli Ruhdur. Bu 

ruh, insanlara hürriyyət, millətlərə gələcək təmin edən ən mühüm 

ünsürdür.  Bolşevik  kommunistlərcə  təqibə  uğrayan  insanlarda 

milli  ruh  və  ən  üstün  vəsf  olunandır.  Milli  ruhun    insanlar 

içərsindən  silinərək  onun  yerinə  Kosmopolit  Marksizm  və 

Leninizm öndərləri yetişdirmək istənilməkdədir ki, bu öndərlərin 

insanlar  arasında  qardaşlıqda  başqa  sinfi  ayrılıqları  və  mənfəət 

toxumları  samaq  qayəsini  güddüyünü,  indiyə  qədərki  hadisələr 

bizə açıqlamaqdadır» [239

a

, 178-179].  



Bu doğrudan da bir həqiqət idi ki, mübarizə İslam-Türk 

mədəniyyətinə  əsaslanan  Milli  Ruhla  Rus-Qərb-Avropa  

mədəniyyətinə  söykənən  Rus  Kosmopolitizmi  arasında  gedirdi. 

Rus  kosmopolitizminin  əsas  qayəsi  də  bolşevik  Kommunist 

istilası altındakı millətlərdə Milli Ruhun məhv edilməsi idi. Milli 

Ruhun  daşıyıcları  bunu  anladıqları  üçün  bütün  vasitələrlə  Rus 

kosmopolitizminə qarşı çıxırdılar. Göygöl də məhz bunu nəzərə 

alaraq  Milli  Ruhun  Rus  kosmopolitizminə  qarşı  dayanmasının 

vacibliyindən  bəhs  etmişdir:  «…bu  gün  qurtuluş  üçün  üzərində 

həssaslıqla durulması lazım gələn ünsürün mili ruh olduğu bütün 

çılpaqlığı  ilə  çözülməkdədir.  Mili  ruhun  tənəzzülü  və  ortadan 

itməsi yalnız millətlərə deyil, ümumən insanlığa köləlik, hürriy-

yətsizlik,  haqq  və  hüquqdan  məhrumiyyət  gətirir.  Bu  etibarla  

millətlərdə  mövcud  milli  ruhun  mühafizəsi  insanlığın  üzərində 

ciddiyyətlə  durması  lazım  gələn  bir  məsələdir.  Milli  ruhun 

mövcudiyyəti ilə  «Millətlərə istiqlal, insanlığa hürriyyət» təmin 

edilə  bilir.  Milli  ruhun  mühafizəsi  üçün  bütün  millətlərin 

müştərək  qüvvə  sərf  etmələri  zərurəti,  bu  gün  dünəndən  daha 

çox ehtiyac halındadır» [239

a

, 180]. 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   352   353   354   355   356   357   358   359   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin