242
Medikamentoz terapiya ilə yanaşı rejim, pəhriz, sanator-kurort
müalicəsi ilə klimatoterapiya tövsiyə olunur.
Operativ müalicə. Böyrəyin hər hansı bir nahiyəsinin kazeoz-
nekrotik prosesi kəsilib götürülür – kavernotomiya, kavernoektomi-
ya, böyrək qütbünün rezeksiyası aparılır. Böyrəyin funksiyası tama-
milə itdikdə, pionefrozda və çox kameralı kavernalarda nefrektomiya
edilir.
İkitərəfli proseslərdə cərrahi – əməliyyatın aparılması təxirə sa-
lınır, çünki ancaq uzunmüddətli konservativ müalicədən sonra ope-
rativ müalicə effektiv olur. Bütün hallarda böyrək vərəmi orqanın
funksiyasının itirilməsi ilə nəticələnibsə, onda nefro-ureteroektomi-
ya əməliyyatı aparılır. Sidik axarının aşağı hissəsinin vərəm prosesi
nəticəsində daralması baş vermişsə, amma hidronefroza uğramış
böyrəyin funksiyası saxlanmışsa plastik əməliyyat aparılır.
Dostları ilə paylaş: