155
ekzogen anticisim komplekslərinin böyrəyi zədələməsi nəticəsində
böyrəyə qarşı autoanticisimlərin meydana gəlməsi müşahidə olunur.
Birinci variantda immun komplekslər podositlərin altına yığılır,
ikinci variantda isə kompliment və qlobulinlər əsas zarın hər yerinə
çökür.
Streptokokların qlomerulonefritin baş verməsində roluna gəldikdə
qeyd olunmalıdır ki, əsas zar və streptokok qılafı arasında antigen
oxşarlığının olması immun proseslərin başlanma səbəblərindən biri
hesab olunur.
Qlomerulonefrit zamanı proteinuriyanın baş verməsi böyrək
yumaqcıqlarının əsas zarının keçiriciliyinin artması və onun elektrik
yükünün dəyişməsi (adətən, normada mənfi olur) ilə izah olunur.
Ödemlərin baş verməsi bir neçə faktorların təsirindən yumaqcıq
filtrasiyasının azalması, aldosteron və antidiuretik hormonun ifrazı-
nın artması nəticəsində böyrəklərin distal kanalcıqlarında natriumun
və suyun reabsorbsiyasının artması, damar divarı keçiriciliyinin yük-
səlməsi və qanın onkotik təzyiqinin azalması nəticəsində baş verir.
Qan təzyiqinin artmasını böyrəklərin işemiyası, renin-angiotenzin-
aldosteron sisteminin aktivliyinin artması, hipervolemiya və böyrək
depressor faktorları sisteminin zəifləməsi ilə əlaqələndirmək olar.
Dostları ilə paylaş: