Oxuma texnikası
88
materialların toplanmasına aid öz şəxsi iş metodunu seçərək bütün təhsil
boyu onu inkişaf etdirməlidirlər. Ənənəvi üsul kimi kartlarla işləmək geniş
yayılmışdır. Vərəq, dəftər, bloknot və bu kimi yazı materialları ilə
müqayisədə kartlar daha çevikdirlər və onların köməyi ilə lazım olan qeyd
tez tapılır. Hansı kart formatının seçilməsi işlənən informasiyanın
həcmindən asılıdır. Kart qutusu daxilində müxtəlif sistemlərdən istifadə
edilir. Bunlardan biri informasiyaların müəllifin adına görə düzülməsidir.
Digər imkan dənlənmiş materialların qoyulan suallara görə düzülməsidir.
Kompyüter dövründə bunun alternativi yaradılmışdır: vurtual kart siste-
mini yaratmaq və bütün vacib məlumatları kompyüterdə idarə etmək. İnter-
netin köməyi ilə elmi işlərin aparılmasının günü-gündən güclənməsini
nəzərə alaraq, vurğulamaq yerinə düşərdi ki, toplanmış materialları da
elektron şəkildə sistemləşdirmək məsləhətdir. Kompyüterdə faylların və
qovluqların yaradılması da kağız kartların tərtibi kimidir.
Dostları ilə paylaş: