Yazma metodikası
106
İ
stifadə olunmuş mənbələrin dəqiq göstərilməsi və arxivləşdirilməsi texniki
sahədə də elmi işin yazılmasında əsas sənədləşdirmə işi sayılır. Texniki
ə
sərin hazırlanmasında istifadə olunan ədəbiyyat mənbələri ilə bərabər
digər mənbələr, məsələn internet mənbələri, texniki eksponat və buna
bənzər artefaktlar haqqında məlumatlar göstərilməlidir. Humanitar elm-
lərdən fərqli olaraq texniki sahədə kənar mənbələrdən olan informasiyalar
təkcə mətni yox, eyni zamanda verilənlər, şəkillər, cizgilər, anlayışlar, asılı-
lıqlar, düsturlar və s. kimi konkret məlumat daşıyıcılarını özündə əks et-
dirir. Belə “sitat” da bütün elm sahələrində olduğu kimi üç əsas elementdən
ibarətdir [83]:
1. mətnə daxil edilmiş informasiya,
2. məlumat daxil edilmiş yerdə mənbənin nömrəsinin verilməsi,
3. və bu nömrəyə uyğun ədəbiyyatlar siyahısında istifadə edilmiş
mənbənin tam şəkildə göstərilməsi:
Müəllif/İşin adı/Nəşriyyat/Çap ili/Səhifələrin sayı.
Burada mənbələrin transparent olması tələb olunur, yəni onlar istənilən
anda tapılıb baxılabilən olmalıdırlar.
Dostları ilə paylaş: